Məhkəmə qərarları › İş №e-2(012)-4219/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4219/2024

29.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4219/2024 29.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Elbrus qızının cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh2 qarşı vərəsəlik hüququnun qəbul edilmiş hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Elbrus qızı cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh2 qarşı vərəsəlik hüququnun qəbul edilmiş hesab edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1971-ci il təvəllüdlü X1 miras qalmış Abşeron rayonu, Masazır kəndi, 28 may küçəsi, 12 saylı evdə mərhumun oğlu xx.xx.2013-cü il təvəllüdlü X2 qanun üzrə vərəsəlik hüququnun həmin miras əmlakın X2 qanuni nümayəndəsi İddiaçı Elbrus qızı tərəfindən qəbul edilmiş hesab olunması və Abşeron rayonu, Masazır kəndi, 28 may küçəsi, 12 saylı evdə X2 miras əmlak üzrə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə əlavə edilsə də, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin notariat ofisinin imtina məktubu əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icaatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də yolverilməzliyə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya ilkin olaraq müvafiq notariat orqanından müraciətinə cavab olaraq imtina olunduğu halda məhkəməyə müraciət etməsi izah edilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı Elbrus qızı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə **********37 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməli, habelə iş üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 284-1-284-4-cü maddələrini rəhbər tutub, QƏRARAALDİ: İddiaçı Elbrus qızının cavabdehlər 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi və Cavabdeh2 qarşı vərəsəlik hüququnun qəbul edilmiş hesab edilməsi və miras payının müəyyən edilməsi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Elbrus qızının hazırki mülki iş (e-2(012)-4219/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (**********37 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı Elbrus qızına qaytarılsın. İddiaçıya ilkin olaraq müvafiq notariat orqanından müraciətinə cavab olaraq imtina olunduğu halda məhkəməyə müraciət etməsi hüquqlarının olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar