Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4264/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akta əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akta əsasən hesablanmış cərimə pulunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində (abonent kodu **********00011) təbii qazdan qeydiyyatsız istifadə edilməsi ilə bağlı təbii qaz xəttinə müdaxilə edilməsi barədə Cavabdehİstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı akt ləğv edilməli, həmin akt əsasında dəymiş ziyan kimi hesablanmış 1188 (bir min bir yüzsəksən səkkiz) manat məbləğində pulun və 1239 (bir min iki yüz otuz doqquz) manat 54 (əlli dörd) qəpik borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin evdə iddiaçı, oğlu və gəlini ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması vəistismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılması üçün Cavabdeh ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalamışdır. Həmin vaxta qədər iddiaçıya məxsus həmin evdə qaz sayğacı olmamış və təbii qazdan istifadə edilməmişdir. Buna görə də evin istiliyi elektrik enerjisi ilə təmin edilmişdir. Lakin bir müddət əvvəl ona məlum olmuşdur ki, onun adına olan müqavilə üzrə abonent hesabına 2427,54 manat borc məbləği hesablanmışdır. Buna görə də Cavabdehnə şifahi olaraq müraciət etmiş və bu borcun mənbəyi barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona tərib edilmiş sənədlərin surətləri təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”aktın surətindən görünür ki, xx.xx.2021ci il tarixdə əraziyə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyinin aşkar olunduğu sözləri qeyd edilmiş və onun guya qaz sayğacına müdaxilə etməyi əsas götürülməklə 11880 m3 itirilmiş təbii qaz hesablanmış və 1188 (min bir yüz səksən səkkiz) manat məbləğində dəymiş ziyan hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı aktda əraziyə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyinin aşkar olunduğu və bundan sonra akt tərtib edildiyi göstərilmişdir. xx.xx.2021-ci il tarixdə ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində ümumiyyətlə təbii qazdan istifadə edilməmiş və sayğac olmamışdır. Buna baxmayaraq Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarix saylı aktda guya əraziyə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyinin aşkar olunması barədə göstərilənlər tamamilə cəfəngiyyatdır. Lakin o, nəinki qeydiyyatsız təbii qazdan istifadə etməmiş, ümumiyyətlə həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkilməmiş və sayğac quraşdırılmamışdır. Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə faktları sübuta yetirilmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə pul məbləği və borc hesablanmışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi Cavabdeh üzərinə düşür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib izahatında bildirdi ki İddiaçı tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edilməsi aşkar olunduğundan Cavabdeh əməkdaşları tərəfindən əsaslı olaraq xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən hesablanmış 1188 (min bir yüz səksən səkkiz) manat borc hesablanmışdır. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 14/101584 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən edilir ki, xx.xx.2021-cu il tarixdə Cavabdeh əməkdaşları tərəfindən İddiaçı məxsus ünvanda (abonenti kodu **********00011) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış, baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb edilmişdir. İstehlakçı İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Mülki işin materiallarında olan dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən cavabdehə 1,2 m3/saat x 24 saat x 90 gün = 2592 m3, 1,5 m3/saat x 24 saat x 90 gün = 3240 m3, 2 x1.4 m3/saat x 24 saat x 90 gün = 6048 m3, cəmi 11880 m3 əlavə ödəniş hesablanmışdır. Mülki işin materiallarında olan abonentin saldosundan görünür ki, abunə kodu **********00011 olan ünvan üzrə xx.xx.2022-ci il tarixdə SMART tipli sayğac quraşdırılmışdır.05/2022-ci il tarixli akt əsasında 1088,64 manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********88-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna 4 olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından görünür ki, iddiaçı barəsində tərtib olunan akt birtərəfli tərtib olunmuş, istehlakçının iştirakı təmin edilməmiş, tərtib edilmiş aktda iddiaçının imzası yoxdur. Tərtib olunan aktın həqiqiliyini iddiaçı mübahisələndirir. Həmçinin, iş materiallarında olan aktdan göründüyü kimi akt Cavabdeh ilə İddiaçı arasında təbii qazdan istifadəyə dair xx.xx.2022-ci il tarixli, 14/101584 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin tarixindən əvvəlki dövrlərə, yəni sayğacdan əvvəlki dövrlərə aid tərtib edilmişdir. Eyni zamanda, işin materiallarından göründüyü kimi abunə kodu **********00011 olan ünvan üzrə qeydiyyatsız təbii qazdan istifadəyə görə 12/2021-ci il tarix üçün 1346,40 manat cərimə borcu hesablanmışdır, iddiaçı 1188 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş edir.İddiaçı həmin ünvanda təbii qazdan deyil, yalnız elektrik enerjisindən istifadə etdiyini bildirsə də, təqdim edilmiş fotoşəkillədən də kənar qoşulmalar olduğu görünür.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın dəlilləri qismən təsdiq olunduğundan iddia tələbi qismən təmin edilməli İddiaçı yaşadığı ünvan 2i ünvanına adi qaz sayğacına (abonent kodu **********00011) dair 12/2021-ci il tarix üçün hesablanmış 1188 manat cərimə borcu əsassız hesab edilib silinməli, iddia tələbi bu hissədə təmin edilməli, qalan hissədə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin xx.xx.2021-ci il tarixli, ******* saylı aktın ləğv edilməsinə dair hissəsinə münasibətdə isə qeyd edir ki, akt iş üzrə sübut vasitəsidir, yekun məhkəmə aktında sübut növü kimi ona hüquqi qiymət verilir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul Cavabdehndən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2i ünvanına aid qaz sayğacına (abonent kodu **********00011) dair hesablanmış 1188 manat cərimə borcu silinsin. İddia digər hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 manat tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-4264/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4264/2022
15.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver