Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4278/2022 18.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənəd olan Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında yerləşən, yaşayış sahəsi 56 kv.m, köməkçi sahəsi 155,4 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 12 oktyabr 2001-ci ildə 23057 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq bildirmişdir ki, ərizədə səhvən maraqlı şəxsin adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əvəzinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi olaraq göstərilmişdir. Odur ki, qeyd edilən düzəlişin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, Ərizəçi Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında yerləşən, yaşayış sahəsi 56 kv.m, köməkçi sahəsi 155,4 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 12 oktyabr 2001-ci ildə 23057 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ərizəçinin adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Qeydiyyat Vəsiqəsi verilmişdir. X5 ərizəçinin soyad, ad və ata adı X4 olaraq göstərilmişdir: Soyad yerində ərizəçinin qızlıq soyadı olan “Məmmədova” qeyd edilmiş, ərizəçinin adı isə şəxsiyyət vəsiqəsində olduğu kimi “Sürayyə“ deyil, “Sürəyyə” yazılmışdır. Bununla yanaşı, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ərizəçinin adına verilmiş 09 aprel 2022-ci il tarixli, 16A/1480 nömrəli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yükllülüyünə) dair dövlət reyestrindən arayışda həmin məlumatlar Qurbanova (Məmmədova) Sürayyə Novruz qızı kimi göstərilmişdir. Sənədlərindəki müxtəlifliklər ərizəçiyə hüquqlarının həyata keçirilməsində çətinliklər yaradır. Ona görə də o, 18 aprel 2022-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək sənədlərdəki müxtəlifliyin aradan qaldırılmasını, ərizəçinin adına olan Qeydiyyat Vəsiqəsinin yerinə ərizəçiyə şəxsiyyət vəsiqəsinə uyğun olaraq məlumatlarının Ərizəçi kimi göstərildiyi yeni Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi 06 iyul 2022-ci il tarixli **********05 nömrəli məktubla bundan imtina etmişdir. Ona görə də Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında yerləşən, yaşayış sahəsi 56 kv.m, köməkçi sahəsi 155,4 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 12 oktyabr 2001-ci ildə 23057 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinin ərizəçiyə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeydiyyat Vəsiqəsinin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi ərizəçiyə daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan AA******* saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında yerləşən, yaşayış sahəsi 56 kv.m, köməkçi sahəsi 155,4 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 №-li Dövlət Notariat Kontorunun 4Ə-4-693 saylı müqaviləsi ilə 12 oktyabr 2001-ci ildə qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin vəkilinümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi soyadı və adı qeydiyyat vəsiqəsində səhv olaraq X4 olaraq göstərilmiş, lakin ərizəçinin soyadı və adı şəxsiyyət vəsiqəsində Ərizəçi olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, Abşeron rayonu Xırdalan şəhəri, Masazır şossesinin şimalı ünvanında yerləşən, yaşayış sahəsi 56 kv.m, köməkçi sahəsi 155,4 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, 12 oktyabr 2001-ci ildə 23057 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X3 Sürayyə Novruz qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 12 oktyabr 2001-ci ildə 23057 nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsinin AA******* saylı, xxxxxxx FİN №-li şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-4278/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4278/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver