Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-430/2023 23.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair mülki işə 23 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı borcun alınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" MMC-yə vurduğu ziyan üzrə olan 11 940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125.82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X1 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə əsasən 11 940 (on bir min doqquz yüz qırx manat) manat maddi ziyan dəymişdir. Həmin ziyanın məbləği istintaq zamanı Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən lizinq predmeti olan nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün Qrand Avto servisə müraciət edilmiş və həmin avto servisin xx.xx.2020-ci il tarixli 275 saylı arayışına əsasən müəyyən edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.1 və 264-cü maddələri ilə Nərimanov rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökm elan edilmişdir. Cavabdeh2 "xxxx" MMCnin mülkiyyətində olan nəqliyyat vasitəsini iddiaçının razılığı olmadan sənədsiz idarə etdiyini etiraf etmiş və məhkəmə zamanı iddiaçıya vurmuş olduğu ziyanı tez bir zamanda ödəyəcəyi ilə bağlı söz verməsinə baxmayaraq o, iddiaçıya vurmuş olduğu ziyanı bugünə kimi ödəməmişdir. Göründüyü kimi cаvаbdеhlər 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişi əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC-ni müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişlər. Bоrcun ödənilməsi tələbi ilə cаvаbdеhlərə dəfələrlə şifahi və yazılı mürаciət оlunmаsınа, məsələnin məhkəmədən kənаr qаydаdа həll еdilməsi üçün mümkün оlаn bütün tədbirlərin görülməsinə bахmаyаrаq, cavabdehlər vurmuş olduqları ziyanın qаytаrılmаsı üçün hеç bir təşəbbüs göstərməmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh2 "xxxx" MMC-nin mülkiyyətində olan Audi A7 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı vurmuş olduğu maddi ziyan üzrə 11 940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində borcunun və iddiа ərizəsinə görə ödənilmiş 125.82 (bir yüz iyirmi beş manat səksən iki) mаnаt dövlət rüsumu ödənişinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin adından elektron ərzə ilə məhkəməyə müraciət edərək, ekspertiza rəyinə etiraz etmədiklərini, işə iştirakları olmadan baxılmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişdən müəyyən edilir ki, Cavabdeh1 04 mart 2015-ci il tarixli 126/15 saylı daxili maliyyə lizinqi müqaviləsinə olunmuş əlavəyə əsasən "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixə borcu 53268,39 manat təşkil edir. Qeyd edilən məbləğ AK-126/15 saylı müqavilədəki əlavənin qrafikinin davamı olaraq illik 18 % hesablanmaqla hər ay 1626,18 manat olmaqla tam ödənilənədək lizinq obyektinin mülkiyyət hüququ "xxxx" MMC-yə məxsusdur. Cavabdeh1 lizinq ödənişi cədvəlinə əsasən öhdəliyini tam icra edənədək lizinq obyekti olan avtomobilin texniki və kosmetik işlərinə avtomobilin tam sazlığına cavabdehdir. Cavabdeh1 daxili maliyyə lizinq müqaviləsi üzrə ödənişi hər ayın 22-si tarixində ödəməlidir. Ödəniş günündən 30 təqvim günü ərzində Cavabdeh1 ödəniş etməzsə "xxxx" MMC lizinq obyekti olan avtomobili mübahisəsiz geri almaq hüququna malikdir. Cavabdeh1 lizinq obyekti olan avtomobilə mülkiyyət hüququ lizinq obyektinin dəyəri lizinq verənə tam şəkildə ödənildikdən sonra yaranır. Mülki işin materiallarında olan 10 oktyabr 2017-ci il tarixli AK-126 saylı zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh3 "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2017-ci il tarixli daxili lizinq müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin tamamilə icrası üçün bu müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyət daşığamı öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı X2, Lizinq verən "xxxx" MMC və Lizinq alan Cavabdeh1 tərəfindən tərtib edilmiş təhvil-təslim aktına əsasən, Cavabdeh1 Audi A7 minik markalı, buraxılış ili 2011, ban nömrəsi WAUZZZ4G4BN027763, rəngi qara metal olan avtomobili tam qüsursuz halda təhvil almışdır. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli iltizamdan müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMC ilə bağladığı 126 saylı müqaviləyə olunmuş əlavəyə əsasən, aldığı Audi A7 minik markalı, buraxılış ili 2011, ban nömrəsi WAUZZZ4G4BN027763, rəngi qara metal olan avtomaşına görə qrafik üzrə ödənişi hər ayın 22-si tarixində ödəməyi, 30 gün ərzində ödənişi gecikdirəcəyi təqdirdə "xxxx" MMC tərəfindən avtomobilin müsadirə edilməsinə heç bir etirazının olmadığına, VİP leasing” MMC-yə qarşı heç bir iddiasının olmayacağına öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan AD 111137 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, 2011-ci il buraxılışlı, Audi A7 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir. Mülki işin materiallarında olan Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-17/2021 saylı hökmünə əsasən müəyyən edilir ki, “Qrand” avtoservis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 275 saylı arayışa əsasən Audi A7 minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı 11 940 (on bir min doqquz yüz qırx manat) manat məbləğində ziyan dəymişdir. Mülki işin materiallarında olan Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 göndərilmiş dəymiş zərərin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli 1296 saylı xəbərdarlıqdan müəyyən edilir ki, lizinq predmeti olan nəqliyyat vasitəsinə 11940 manat maddi ziyan dəyməsi və həmin məbləğin 3 gün müddətində ödənilməsi, əks təqdirdə qanunvericiliyə əsasən dəymiş ziyanın məhkəmə qaydasında tələb olunacağı tələb olunmuşdur. Mülki işin materiallarından olan “Atlas” Express sürətli poçt xidməti tərəfindən tərtib edilmiş 30 avqust 2022-ci il tarixli xəbərnamələrdən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-dən qəbul edilmiş zərf qaimə (225473), Cavabdeh3, zərf qaimə (225471), Cavabdeh1, zərf qaimə (225472), Cavabdeh2 olan məktublar qeyd olunan ünvana çatdırılmışdır. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-6054/2022 saylı qərarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4862/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, təsvir olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında 10 oktyabr 2017-ci il tarixli, öhdəliyin icrası ilə bağlı saziş bağlanmışdır. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişə əsasən X1 04 mart 2015-ci il tarixli 126 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh1 ötürülmüşdür. 10 oktyabr 2017-ci il tarixli öhdəliyin icrası ilə bağlı sazişin təminatı olaraq Cavabdeh3 ilə eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 cəmiyyətin razılığı olmadan lizinq predmeti olan nəqliyyat vasitəsini sürücülük hüququ olmayan Cavabdeh2 (etibarnaməsiz) vermiş və cavabdeh lizinq predmeti olan nəqliyyat vasitəsi ilə 10 noyabr 2019-cu il tarixində Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi törətmiş və nəticədə lizinq predmeti olan nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tarixli, 9/870 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Qrand” Avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur akrındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Audi A7” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9329 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında öhdəliyin icrası ilə bağlı saziş bağlanmış, lizinq obyekti cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Cavabdeh1 öhdəliyinin icrasının təmin edilməsi üçün iddiaçı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh1 həmin lizinq obyektini idarə etmək üçün etibarnamə olmadan, sürücülük hüququ olmayan şəxs Cavabdeh2 verdiyini və sonuncunun avtoqəza nəticəsində avtomobili yararsız vəziyyətə saldığını iddia etmişdir. Ekspert rəyi ilə sözügedən avtomobilin zədələndiyi və dəymiş ziyanın 9329 manat olduğu müəyyən edilmişdir.Ekspert rəyini təkzib edən mötəbər sübut olmadığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə iddia tələbinin cavabdeh (zamin) Cavabdeh3 aid hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və kredit müqaviləsi üzrə borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun normasından göründüyü kimi, iddiaçı Cəmiyyət tərəfindən cavabdeh (zamin) Cavabdeh3 münasibətdə hazırkı iddianın hüquqi əsası yoxdur..Belə ki, avtomobilə vurulan ziyanla bağlı zaminin lizinqverən qarşısında hər hansı öhdəliyi yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarına və maddi hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üçün 9329 manat borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 125,82 manat və ekspertiza xərci üçün 50 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 125,82 manat pul vəsaitinin 100 manat məbləğindəki hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də, ekspertiza xərci olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 10 oktyabr 2017-ci il tarixli AK-126/15 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən, lizinq obyekti olan “Audi A7” minik markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan üçün 9329 manat borc və ödənilmiş dövlət rüsumu üçün 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birindən 25 manat olmaqla, cəmi 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-430/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-430/2023
23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver