Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-453/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, YASEMEN - YUMSAQ - KUNC üçün 832,77 manat ödənilməmiş hissə, 83,23 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Hoffmann markalı aspirator üçün 199,22 manat ödənilməmiş hissə, 19,78 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Singer markalı tikiş maşını üçün 451,18 manat ödənilməmiş hissə, 45,82 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Panasonic markalı blender üçün 152,68 manat ödənilməmiş hissə, 15,32 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Şam ağacı üçün 149,16 manat ödənilməmiş hissə, 14,84 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MATRAS , MARSEL - YATAQ - CARPAYİ üçün 900,96 manat ödənilməmiş hissə, 90,04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL üçün 1051,92 manat ödənilməmiş hissə, 105,08 manat cərimə olmaqla, ümumilikdə, 4112 manat borcun və 61,12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərindəki müqavilələrinə əsasən YASEMEN - YUMSAQ - KUNC, Hoffmann markalı aspirator, Singer markalı tikiş maşını, Panasonic markalı blender, Şam ağacı, MATRAS, MARSEL - YATAQ - CARPAYİ, İmei kodu **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL almış və nəticədə 4112 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 949,92 manat olan YASEMEN - YUMSAQ - KUNC üçün 832,77 manat ödənilməmiş hissə, 83,23 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 216,96 manat olan Hoffmann markalı aspirator üçün 199,22 manat ödənilməmiş hissə, 19,78 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 476,1 manat olan Singer markalı tikiş maşını üçün 451,18 manat ödənilməmiş hissə, 45,82 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 172,08 manat olan Panasonic markalı blender üçün 152,68 manat ödənilməmiş hissə, 15,32 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 158,04 manat, Şam ağacı üçün 149,16 manat ödənilməmiş hissə, 14,84 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900,96 manat, MATRAS , MARSEL - YATAQ - CARPAYİ üçün 900,96 manat ödənilməmiş hissə, 90,04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1051,92 manat, İmei kodu **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL üçün 1051,92 manat ödənilməmiş hissə, 105,08 manat cərimə olmaqla, ümumilikdə, 4112 manat məbləğində borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 188,09 manat təşkil edir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13982988 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh YASEMEN - YUMSAQ - KUNC almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 08922513 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Hoffmann markalı aspirator almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 04154384 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Singer markalı tikiş maşını almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü i il tarixli, 09544402 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Mürşüdova X2 markalı blender almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 13983321 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh Şam ağacı almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10735711 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Cavabdeh MATRAS , MARSEL - YATAQ - CARPAYİ almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 10735712 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış, bu müqaviləyə əsasən Mürşüdova X1 **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL almış və malların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, YASEMEN - YUMSAQ - KUNC üçün 832,77 manat ödənilməmiş hissə, 83,23 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Hoffmann markalı aspirator üçün 199,22 manat ödənilməmiş hissə, 19,78 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Singer markalı tikiş maşını üçün 451,18 manat ödənilməmiş hissə, 45,82 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Panasonic markalı blender üçün 152,68 manat ödənilməmiş hissə, 15,32 manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, Şam ağacı üçün 149,16 manat ödənilməmiş hissə, 14,84 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, MATRAS , MARSEL - YATAQ - CARPAYİ üçün 900,96 manat ödənilməmiş hissə, 90,04 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL üçün 1051,92 manat ödənilməmiş hissə, 105,08 manat cərimə olmaqla, ümumilikdə, 4112 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, 13982988 saylı, xx.xx.2023-cü il tarixli, 08922513 saylı, xx.xx.2023-cü il tarixli, 04154384 saylı; xx.xx.2023-cü il tarixli, 09544402 saylı; xx.xx.2023-cü il tarixli, 13983321 saylı; xx.xx.2024-cü il tarixli, 10735711 saylı və xx.xx.2024-cü il tarixli, 10735712 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. xx.xx.2023-cü il tarixli, 13982988 saylı, xx.xx.2023-cü il tarixli, 08922513 saylı, xx.xx.2023-cü il tarixli, 04154384 saylı; xx.xx.2023-cü il tarixli, 09544402 saylı; xx.xx.2023-cü il tarixli, 13983321 saylı; xx.xx.2024-cü il tarixli, 10735711 saylı və xx.xx.2024-cü il tarixli, 10735712 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqavilələrinə və ödəmə cədvəllərinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli, 08922513 saylı müqaviləyə əsasən hesablanmış 19,78 manat, xx.xx.2023-cü il tarixli, 04154384 saylı müqaviləyə əsasən hesablanmış 45,82 manat, xx.xx.2023-cü il tarixli, 09544402 saylı müqaviləyə əsasən hesablanmış 15,32 manat; xx.xx.2023-cü il tarixli, 13983321 saylı müqaviləyə əsasən hesablanmış 14,84 manat cərimə pulu 5 manat məbləğində; xx.xx.2023-cü il tarixli, 13982988 saylı müqaviləyə əsasən hesablanmış 83,23 manat, xx.xx.2024-cü il tarixli, 10735711 saylı müqaviləyə əsasən hesablanmış 90,04 manat və xx.xx.2024-cü il tarixli, 10735712 saylı müqaviləyə əsasən hesablanmış 105,08 manat məbləğində cərimə pulu isə 10 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 61,12 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, 13982988 saylı müqaviləyə əsasən, YASEMEN - YUMSAQ - KUNC üçün 832,77 manat ödənilməmiş hissə, 10 manat cərimə pulu; xx.xx.2023-cü il tarixli, 08922513 saylı müqaviləyə əsasən, Hoffmann markalı aspirator üçün 199,22 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli, 04154384 saylı müqaviləyə əsasən, Singer markalı tikiş maşını üçün 451,18 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli, 09544402 saylı müqaviləyə əsasən, Panasonic markalı blender üçün 152,68 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2023-cü il tarixli, 13983321 saylı müqaviləyə əsasən, Şam ağacı üçün 149,16 manat ödənilməmiş hissə, 5 manat cərimə; xx.xx.2024-cü il tarixli, 10735711 saylı müqaviləyə əsasən, MATRAS , MARSEL - YATAQ - CARPAYİ üçün 900,96 manat ödənilməmiş hissə, 10 manat cərimə; xx.xx.2024-cü il tarixli, 10735712 saylı müqaviləyə əsasən, İmei kodu **********25644 olan Samsung Galaxy A24 markalı telefon, CASE, SAMSUNG CHARGER, VİNİL ŞƏFFAF, BATTANİYE SETİ - TEKSTİL üçün 1051,92 manat ödənilməmiş hissə, 10 manat cərimə olmaqla, ümumilikdə, 3787,89 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 61,12 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-453/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-453/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver