Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4537/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi ilə, İddiaçı2 cavabdeh Tağıyev Şirkətinə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən cavabdeh Tağıyev Şirkətinə alqı-satqı muqaviləsi uzrə qabaqcadan ödənilmiş 1416,99 manat məbləğində pul vəsaitinin, habelə pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı çəkdiyi xərclərin, yəni 60 manat vəkil xidmətinin əvəzinin, 10 manat kuryer xidmətinə ödənişin əvəzinin və 35 manat odənilmiş dğvlət rüsumunun əvəzinin, toplam olaraq 1521,99 məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər-İddiaçı2 və cavabdeh Tağıyev Şirkətinin nümayəndəsi xx.xx.2022-ci il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı2 və cavabdeh Tağıyev Şirkəti aşağıdakı şərtlərlə razılaşırlar.
1. Cavabdeh Tağıyev Şirkəti iddia tələbini 1417 manat hissəsində qəbul edir.
2. İddia olunan məbləği cavabdeh Tağıyev Şirkəti qapıları sataraq 6 (altı) ay müddətində hissə-hissə olaraq, hər ayın 20-dən gec olmayaraq xx.xx.2021-cü il tarixə qədər ödəməyi öhdəsinə götürür.
3. Tərəflər məhkəmənin barış sazişi barədə qərardad qəbul etməsini və icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı2 və cavabdeh Tağıyev Şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən, İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddiaçı2 cavabdeh Tağıyev Şirkətinə qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin.
1. Cavabdeh Tağıyev Şirkəti iddia tələbini 1417 manat hissəsində qəbul edir.
2. İddia olunan məbləği cavabdeh Tağıyev Şirkəti qapıları sataraq 6 (altı) ay müddətində hissə-hissə olaraq, hər ayın 20-dən gec olmayaraq xx.xx.2021-cü il tarixə qədər ödəməyi öhdəsinə götürür.
3. Tərəflər məhkəmənin barış sazişi barədə qərardad qəbul etməsini və icraata xitam verilməsini xahiş edirlər. İddiaçı2 cavabdeh Tağıyev Şirkətinə qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar 2(012)- 4537/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Elman Məmmədov