Məhkəmə qərarları › İş №e-2(012)-4542/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4542/2025

18.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4542/2025 18.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış cəmi 467 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində həmin mənzili alğı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Qaz ödənişi karta yüklənir və istifdə edilir. İddiaçı tərəfindən istifadə edilən qaz pulu ödənildikdə aşkar edilmişdir ki, iddiaçıya məxsus kartdan əsassız yerə tutulmalar həyata keçirilir. Cavabdehnə müraciət edildikdən sonra onlara məlumat verilmişdir ki, iddiaçının evi ilə bağlı köhnə tarixə akt tərtib edilmiş və 467 manat qaz borcu vardır. Bildirmək istəyir ki, xx.xx.2018-ci ildə mənzil ilə bağlı ******* nömrəli akt tərtib edilmiş və cərimə hesablanmışdır. Qeyd edir ki, mənzil iddiaçının mülkiyyətinə 2024-cü ildə keçmişdir və Cavabdeh borc olduğuna görə qaz sayğacını iddiaçının adına keçirmir və ödədikləri pulları qaz sərfiyyatına görə yaranmış borca tutur. Onlar 2024-cü ildə ipoteka ilə mənzil almaq üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etmiş, daha sonra həmin fond vasitəsilə evi satın almışdırlar. Sözügedən evə mülkiyyət hüququ ilə bağlı çıxarış mövcuddur. Evi təhvil aldıqdan sonra həmin evdə yaşamaları mümkün olmamış və evin təmir ehtiyacı olduğu qənaətinə gəlmişdirlər. Bir dəfə evə daxil olarkən 2018-ci ildə sayğaca müdaxilə olunması barədə Cavabdeh tərəfindən məlumat daxil olduğunu görmüşdür. Qaz sayğacı evin keçmiş mülkiyyətçisi olan Həqiqət Orucovanın adınadır və vaxtilə Həqiqət Orucova sayğaca müdaxilə olunması səbəbi ilə 467 manat cərimə edilmişdir. Bildirir ki, 2018-ci ildə Həqiqət Orucova tərəfindən evə quraşdırılmış qaz sayğacına müdaxilə olunmuşdur. Onlar ancaq mənzil iddiaçının adına qeydiyyata alındıqdan sonra qeyd edilən borc məbləğinin mövcudluğundan məlumatlı olmuşdurlar. Hələ sayğaca hesablanmış cərimə ödənilməmiş evə yeni sayğac quraşdırılmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə2 məhkəməyə etiraz ərizəsi göndərək bildirmişdir ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış, Cavabdeh İB-nin Sumqayıt RQİİdə X2 adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu: **********00420) baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən abonent Həqiqət Orucovanın iştirakı ilə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 4860 m3 təbii qaz sərfi – 486 manat dəymiş ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 524-cü maddəsinə əsasən öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. Yenə həmin Məcəllənin 528-ci maddəsinin tələbinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən abonentə dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarının nəzərə alınaraq qeyd olunan əsaslarla hazırkı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh təşkilatın iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahat verərək, onun Cavabdeh tərəfindən hesablanmış 467 manat məbləğində cərimə borcunun mövcudluğundan xəbəri olmadığını, əvvəllər onun mülkiyyətində olmuş və hazırda iddiaçıya məxsus olan fərdi yaşayış evində 3 ay ərzində qaldığı zaman sayğaca pul köçürdükdə həmin məbləğdən pul çıxılmadığını, halbuki borcu olsa idi, həmin borc məbləğinin vaxtilə onun ödədiyi puldan çıxıla biləcəyini bildirdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, X3 məxsus (abonent kodu: **********00420) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman 29/1710-00095/1-36 nömrəli rəyinə əsasən 1202AQ**********0 nömrəli sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri 12 saylı notariat ofisində satıcı X5, ipoteka saxlayan "xxxx" ASC, borcalan Nümayəndə1 və alıcı (ipoteka qoyan)-borcalan İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 0418İK-YAS/2024 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 1, mənzil 42 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX tərəfindən 21 fevral 2024-cü il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********63-05101-093081 olan daşınmaz əmlakın dövlət reyesirindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı (ipoteka qoyan)-borcalan İddiaçı mükkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiymətinin 110000 manat olduğu, daşınmaz əmlakın dəyərinin 50000 manat məbləğində olan hissəsinin alıcı (ipoteka qoyan)-borcalan İddiaçı özü tərəfindən, 60000 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan "xxxx" ASC tərəfindən onunla alıcı-ipoteka qoyan/Borcalan İddiaçı arasında Bakı şəhərində bağlanmış 01 mart 2024-cü il tarixli, 0418İK-YAS/2024 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyan İddiaçı verilmiş kredit vəsaiti hesabına ödənilməsi qeyd edilmiş, həmçinin alıcı-ipoteka qoyan İddiaçı daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditor-ipoteka saxlayan "xxxx" ASC-yə ipotekaya vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 101,80 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzil vaxtilə hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 mülkiyyətində olduğu zaman abonent kodu **********00420 olan sayğac üzrə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2018-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 2,6 m3, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 467 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edildiyi zaman mülkiyyətində olmayan mənzildə əvvəlki mülkiyyətçi və onun ailəsi tərəfindən istifadə edilmiş qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X7 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********00420) ünvan 1 ünvanında yerləşən mənzilə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 467 manat məbləğində hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə (abonent kodu: **********00420) xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 467 manat məbləğində cərimə silinsin. Cavabdehndən 30 (otuz) dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar