Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-455/2025 13.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh1 və X9 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Nümayəndə2, Cavabdeh1 və X4 müştərək qaydada 880 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının, cəmi 910,40 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də (bundan sonra ASC) “İcbari Sığortalar haqqında” AR Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Nümayəndə2 məxsus olan, etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilmiş və X7 idarə etdiyi "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolunda X13 tərəfindən idarə edilən “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil və X5 məxsus “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə Səbail RPİ-nin DYPŞ tərəfindən araşdırılmış və Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X7 AR CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmişdir. X1 zərərçəkmiş şəxslərlə barışmasına görə onun barəsində cinayət təqibinə AR CPM-in 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Avtomobillərə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 880 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia tələbinin əsaslı olmasını təsdiq edən sübutlar: İddia ərizəsinə əlavə edilmiş Səbail rayon Polis İdarəsinin İstintaq müstəntiqi, polis baş leytenantı X2 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolunda Nümayəndə2 məxsus olan, etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilmiş və X7 idarə etdiyi "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobillə “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi müəyyən olunur. Həmin qərara əsasən X7 AR CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsini törətməsi müəyyən edilmişdir. X1 zərərçəkmiş şəxslərlə barışmasına görə onun barəsində cinayət təqibinə AR CPM-in 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər Səbail RPİ tərəfindən tərtib edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayış”dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ ilə Nümayəndə2 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixli, AR-İİ № 386114 saylı etibarnamənin surətindən müəyyən olunur ki,"xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 sahibliyi və istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixli PAZ********** nömrəli icbari sığorta müqaviləsinin surətindən müəyən olunur ki, "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş dəymiş zərərin hesabatından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillərə cəmi 880 manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından müəyyən olunur ki, “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə və “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 880 manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş pretenziya məktubu və xəbərnamələrdən müəyyən olunur ki, cavabdehlərdən müştərək qaydada 880 manat məbləğində sığorta ödənişinin ASC-yə geri ödənilməsi tələb edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X8 izahatında bildirmişdir ki, Cavabdeh1 onun övladıdır. Belə ki, övladı hazırda başqa bir məsələ ilə bağlı artıq 2 ilə yaxındır ki, həbsdədir. Qeyd edir ki, mərhum X10 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda verdiyi izahatında avtomobili Cavabdeh1 icazəsi olmadan götürdüyünü etiraf etmişdir. Odur ki, o, sözügedən məbləği ödəyə bilməyəcəkdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-455/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh1 və X9 qarşı pul tələbinə dair mülki iş üzrə icraata cavabdeh X9 münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, X10 xx.xx.2024-cü il tarixində vəfat etmiş və cavabdehin hüquqi varisi müəyyən olunmamışdır. -xx.xx.2021-ci il tarixli, AR-İİ № 386114 saylı etibarnamənin surətindən müəyyən olunur ki, Nümayəndə2 məxsus olan "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil etibarnamə ilə idarəetmə hüququ əsasında Cavabdeh1 sahibliyi və istifadəsinə verilmişdir. -"xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktlarından görünür ki, X7 idarə etdiyi "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolunda X13 tərəfindən idarə edilən “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil və X5 məxsus “VAZ 21074” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərərlə bağlı tərəflərindən 880 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 220 manat müəyyən edilmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktlarından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 660 manat müəyyən edilmişdir. -Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında X7 verdiyi izahatdan görünür ki, bir müddət əvvəl Orxanla ilə tanış olmuşdur. Tanışlığa səbəb Orxanın dostu Xalid olmuşdur. O. Xalid ilə Bakı şəhərində Sahil bağında tanış ölmüşdür. Xalid onun evi olmadığını, küçədə yaşadığını görüb onu öz yaşadığı Səbail rayonu. Oqtay Daşdəmirov küçəsində yerləşən evinə aparmışdır. Orada iki ay qalmışdır. Xalid imkanı olmadığı üçün qonşuluqda yaşayan tanışı Orxana onun barədə danışmışdır. Xalid Orxandan kasıb olmağı səbəbindən onu öz evində müvəqqəti saxlamasını xahiş etmişdir. O. 3 gün idi ki. Orxanın evində qalmışdır. Orxan ona heç bir qarşılıq olmadan yemək verib evində qalmağa icazə vermişdir. Orxan ona şəxsiyyət vəsiqəsi düzəltdikdən sonra iş tapacağını da demişdir. Elə olmuşduru ki, xx.xx.2021-ci il tarixdə saat 02:00 radələrində Orxanın yatmasından sonra onun gödəkçəsini götürüb evi tərk etdim. O. gödəkçənin cibində olan açarla Orxana məxsus "xxxx" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Avtomobili işə salıb bir saata yaxın həmin ərazidə idarə etmişdir. O, Oqtay Daşdəmirov küçəsində 20-ci Sahəyə düşən yerə avtomobili sürətlə idarə etdiyi üçün avtombili yol kənarında dayanmış vəziyyətdə olan “Vaz 2107" markalı və “Leksus" markalı avtomobillərə vurmuşdur. Daha sonra avtomobili arxaya idarə etdikdə həyəcandan avtomobilin arxasını da divara vurmuş və bundan sonra avtomobili əvvəlki yerdə saxlayıb evə getmişdir. -Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında Cavabdeh1 verdiyi izahatdan görünür ki, təxminən bir müddət əvvəl ailə dostu olan Xalid Emil adlı kasıb bir oğlanın olduğunu və imkanı olmadığını deyib küçədə qalmasın deyə yaşadığı evdə qalmasını icazə verməsini xahiş etmişhdir. O da Emili öz yaşadığı evə aparmışdır. 05 noyabr 2021-ci il tarixdə, təxminən saat 20 radələrində o, özünə məxsus "xxxx" markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri. Səbail rayonu, Badamdar yolu küçəsində yol kənarında sçaxlayıb evinə getmişdir. Gecə Emil ilə birlikdə spirtli içki içib yatmağa getmişdir. 06 noyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində yuxudan oyandıqda Emilin sakit və rəngi ağarmış halda olmasını görüb Emildən nə olmasını maraqlanmışdır. Emil də ondan xəbərsiz ona məxsus avtomobili götürüb idarə edərkən qəza törətdiyini, sonra isə avtomobili gətirib həmin yerdə saxladığını bildirmişdir. O da Emil ilə birlikdə dərhal hadisə yerinə getmiş və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra hadisə yerinə gələn YPX əməkdaşı hadisə zamanı maddi ziyan çəkmiş iki avtomobilin sürücülərini hadisə yerinə dəvət etmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası «X6» MMC-nin xx.xx.2025-ci il tarixli 93 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, xx.xx.2021-ci il tarixində "xxxx" ASC tərəfindən verilmiş dəymiş zərərin hesabatlarına əsasən, “Lexus RX300” minik markalı, “Universal” tipli, buraxılış ili 1999-cu il, rəngi ağ mirvari, dövlət qeydiyyat nişanı **-DZ-***, mühərrik həcmi 3000 sm3 olan avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə - 185 manat, “VAZ 21074” minik markalı, “Sedan” tipli, buraxılış ili 2004-cü il, rəngi ağ, dövlət qeydiyyat nişanı **-RU-***, mühərrik həcmi 1568 siri olan avtomobilə dəymiş ziyanın ümumi məbləği qeyd olunan tarixə - 471 manat olaraq müəyyən edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” AR Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış, Nümayəndə2 məxsus olan, etibarnamə əsasında Cavabdeh1 istifadəsinə verilmiş və X7 idarə etdiyi "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolunda X13 tərəfindən idarə edilən “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil və X5 məxsus “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X2 29 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən X7 AR CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmişdir. X1 zərərçəkmiş şəxslərlə barışmasına görə onun barəsində cinayət təqibinə AR CPM-in 40.3-cü maddəsinin tələblərinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. İddiaçı "xxxx" ASC avtomobillərə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 880 manat məbləğində sığorta ödənişi edilmişdir. Lakin cavabdehlər tərəfindən iddiaçı şirkətə sığorta ödənişi qaytarılmamışdır. Bu səbəbdən hazırda iddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Nümayəndə2 və Cavabdeh1 müştərək qaydada 880 manat məbləğində sığorta ödənişinin tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari Sığorta” haqqında Azərbaycan Respublikası Qanunun: 25.2. maddəsinə əsasən, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. 25.1.3. maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək qeyd edir ki, X10, Cavabdeh1 icazəsi olmadan qanunsuz olaraq "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobili götürmüş və xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolunda X13 tərəfindən idarə edilən “LEXUS” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomobil və X5 məxsus “VAZ 21074” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Törədilən hadisədə X7 təqsirinin olması iş materiallarında olan Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Hadisə olan dövrdə Nümayəndə2 məxsus olan və "xxxx" markalı, ** FY *** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi üçün Cavabdeh1 verilmiş etibarnamə qüvvədə olmuşdur. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan göründüyü kimi X10 xx.xx.2024-cü il tarixində vəfat etmiş və cavabdehin hüquqi varisi müəyyən olunmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, sözügedən yol-nəqliyyat hadisəsinin törədilməsi, Cavabdeh1 iradəsindən kənar baş verdiyindən hazırki mübahisədə Cavabdeh1 və avtomobilin mülkiyyətçisi olan digər cavabdeh Nümayəndə2 məsuliyyət daşımır. Hadisənin törədilməsində təqsirli olan X10 isə vəfat etdiyindən və iddiaçı tərəfindən X7 hüquqi varislərinin müəyyən edilməsinə dair sənədlər məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASCnin cavabdehlər Nümayəndə2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan əlavə sözügedən hadisənin törədilməsində təqsirli olmuş X10 vəfat etdiyindən, iddiaçı "xxxx" ASC-nin X7 hüquqi varis(lər)inə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Mülki Məcəllənin; 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.3. maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Nümayəndə2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-455/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-455/2025
13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver