Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4570/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «icarə müqaviləsinin ləğv edilməsi və pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinə əsasən hər ay üzrə 500 manat olmaqla, 6000 manat pul vəsaiti və 60 manat mediasiya xərci, cəmi 6060 manat pulun onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 15 avqust 2023-cü il tarixdə Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış icarə müqaviləsinin şərtlərinə görə iddiaçı ona məxsus ümumi sahəsi 334 kv.m olan yaşayış sahəsini cavabdehə icarəyə vermişdir, cavabdeh isə müqavilənin bağlandığı gündən hər ay üzrə iddiaçıya 1 il müddətində 500 manat miqdarında pul ödəməlidir. Cavabdeh Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanılmış 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinin şərtlərini açıq-aşkar pozmaqla, hər ay üzrə 500 manat miqdarında pul ödəməkdən imtina etmiş və bu günə qədər 15 avqust 2023-cü il tarixli icarə müqaviləsini pozmağa cəhd etməmişdir, icarə müqaviləsinin şərtlərinə görə müqavilənin müddəti daha 1 il müddətində uzanmışdır. Göründüyü kimi qanunvericiliyə əsasən cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməli olan məbləğ 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinə əsasən hər ay üzrə 500 manat olmaqla, cəmi 6000 manat pul vəsaiti təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin müddəti hələ bitməmişdir. Onlar artıq icarə predmetini təhvil almışdırlar, belə ki, 2024-cü ilin mart ayında iddiaçı yaşayış sahəsinin giriş qapısının açarını dəyişib cavabdehi buraxmamışdır. Cavabdeh iddiaçıya rəfiqəsi ilə birlikdə uşaqlar toplayıb sözügedən sahəni bağça edəcəklərini bildirmiş, lakin sonradan rəfiqəsi cavabdehi aldatmışdır. Onlar Cavabdeh ilə dəfələrlə danışıqlar aparmalarına baxmayaraq bunun bir nəticəsi olmamış, cavabdeh iddiaçıya heç bir ödəniş etməmişdir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, Cavabdeh ilə bağlanılmış 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 15 avqust 2023-cü il tarixli icarə müqaviləsinə əsasən hər ay üzrə 500 manat olmaqla, 6000 manat pul vəsaiti və 60 manat mediasiya xərci, cəmi 6060 manat pulun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının vəkili-nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Bakı şəhəri 18 saylı notariat ofisində icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 334,8 kv/m olan sahəni icarəçi Cavabdeh icarəyə vermiş, həmin müqavilədə icarə müddətinin xx.xx.2026-cı il tarixədək müəyyən edilməsi və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi (icarəyə götürən) Cavabdeh icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqı ödəməsi və müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ona verilmiş **********50-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 334,8 kv/m olan sahəni icarəçi Cavabdeh icarəyə vermiş, həmin müqavilədə icarə müddətinin xx.xx.2026-cı il tarixədək müəyyən edilməsi və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddətinin daha 1 il müddətinə uzadılmış hesab edilməsi, icarəyə verilən sahənin istifadəsinə görə icarəçi (icarəyə götürən) Cavabdeh icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqı ödəməsi və müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və icarə müqaviləsi üzrə hər ay ödəməli olduğu 500 manat icarə haqqını iddiaçıya ödəməmiş, nəticədə 6000 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsi ləğv edilməli və həmin müqaviləyə əsasən hesablanmış 6000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 676-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməsi, yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmaması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 692.2.1-ci maddəsinə əsasən kirayəyə verənin kirayə hüquq münasibətlərinə kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda xitam vermək hüququ var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Həmçinin iddia tələbinin 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh 15 avqust 2023-cü il tarixli, 3M-976 reyestr nömrəli icarə müqaviləsi üzrə borclu olduğu 6000 manat pul və 60 manat mediasiya xərci olmaqla, cəmi 6060 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4570/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-4570/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver