Məhkəmə qərarları › İş №e-2(012)-46/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-46/2025

04.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-46/2025 04.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin təsisçisi X10 Ahmedin iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evi İddiaçı mərhum X2nun mülkiyyətindədir. Bu barədə əri M.İ.Piriyevin mülkiyyət hüququ 29 yanvar 2000-ci il tarixdə qeydə alınaraq ona müvafiq qeydiyyat vəsiqəsi, həmçinin yanvar 2000-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi faktiki olaraq 0,15 ha torpaq sahəsi də mərhum ərinə məxsusdur. X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 29 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhum X2nun vərəsəsidir. Vərəsəsi olduğu ərinin mülkiyyətində olan sözügedən torpaq sahəsinə dair cavabdeh şirkətlə aralarında ilkin razılaşnma əldə edilsə də, cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna baxmayaraq bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evi qanunsuz olaraq cavabdeh tərəfindən sökülərək yerində müəyyən tikililər inşa edilmişdir. Cavabdeh tərəfindən qanunsuz olaraq ona məxsus torpaq sahəsinin zəbt edilərək, həmin torpaq sahəsində inşa etdiyi özbaşına tikililər onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən müvafiq pretenziya ilə Cavabdehnə müraciət edilərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikililərin öz hesablarına sökülərək, 0,15 ha torpaq sahəsinin 5 gün ərzində təhvil verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Göstərilənlərə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh razılaşmaya əsasən öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı tərəfindən müvafiq pretenziya ilə Cavabdehnə müraciət edilərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikililərin öz hesablarına sökülərək, 0,15 ha torpaq sahəsinin 5 gün ərzində təhvil verilməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli ünvanda iddiaçıya məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,15 ha torpaq sahəsi mövcud olmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evi qanunsuz olaraq sökülmüş və həmin evin yerləşdiyi 0,15 ha torpaq sahəsi zəbt edilərək orda tikililər inşa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu tanıyır. Lakin həmin idarənin mütəxəssisi isə rəyində əmlakın olmadığını göstərir. Bu səbəbdən də vəsatətləri təmin edilməklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və işin materialları nəzərə alınmaqla, Abşeron rayon Dövlət texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən X3 şəxsi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 (bir) yaşayış otaqlı, yaşayış sahəsi 12 kv.m, ümumi sahəsi 12 kv.m-dən ibarət olan 179 nömrəli yaşayış evinin yerləşdiyi 1560 kv.m torpaq sahəsində Cavabdehnə məxsus qanunsuz tikililərin olub-olmaması, olduğu təqdirdə hansı hissədə və ölçüdə olması, torpaq sahəsinin zəbt edilib-edilməməsi, zəbt varsa ölçüsü müəyyən edilməlidir. Bundan sonra isə 0,15 ha torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılmalıdır. Həmçinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi ilk əvvəl iddiaçıya məxsus sözügedən evin və evin yerləşdiyi torpaq sahəsinin yerini müəyyən etməli idi. Lakin bunu etməmişdir. Onlar iddia ərizəsində də evin cavabdeh tərəfindən söküldüyünü qeyd etmişlər. Eləcə də, bu tip mübahisələr ancaq mütəxəssis rəyi ilə həll olunur. Lakin mütəxəssis və daha sonra ekspert məhkəmə qərardadında qoyulan suala cavab verməmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sözügedən torpaq sahəsini zəbt etmədiyini və orda tikili inşa etmədiyini sübut etməlidir. Cavabdeh tərəf özünə məxsus 0,20 ha torpaq sahəsində inşa etdiyi tikili ilə bağlı sənədlər - sübutlar təqdim etməli idi. Həmçinin qarşı tərəf icarə müqaviləsini təqdim etməli idi, hansı ki, hər il həmin icarə müqaviləsi təzələnir. Lakin təqdim etməmişdir. Göstərilənlərə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı üçün beh müqaviləsində və daha sonra verdiyi iltizamda tərəfindən 0,17 ha torpaq sahəsinə görə ümumilikdə 51.500 manat aldığını etiraf edir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında ilk əvvəl 0,17 ha torpaq sahəsinin qiyməti 76.500 manat müəyyən edilmiş və alqı-satqısı üçün razılaşma bağlanmışdır. İddiaçı cavabdehdən qeyd olunan 0,17 ha torpaq sahəsinə dair mülkiyyət sənədinin hazırlanması üçün ilk əvvəl 26.500 manat alınmışdır. Daha sonra isə iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsinə görə əlavə olaraq 25.000 manat, ümumilikdə 51.500 manat alınmışdır. Lakin razılaşmaya əsasən pul alınsa da, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyət sənədləri hazırlanaraq cavabdehə təhvil verilməmişdir. İddiaçının cavabdehə satmaq istədiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud olmamışdır. İddiaçı qeyd edilən torpaq sahəsinə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehi aldadaraq 51.500 manat pulunu almışdır. Həmçinin göründüyü kimi cavabdeh iddiaçıdan torpaq sahəsi almaq istəmiş, lakin torpaq sahəsinə dair mülkiyyət sənədinin alınması qeyri-mümkün olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir tikili sökülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübutetmək yükü iddiaçının üzərinə düşür. Həmçinin iş üzrə ekspert rəyi mövcuddur. İddianın təmin edilməsi üçün torpaq sahəsinin zəbti və orda tikilinin inşa edilməsi ilə bağlı ekspert rəyi olmalıdır. Eyni zamanda torpaq sahəsində tikilinin olması və onun cavabdeh tərəfindən sökülməsi sübut edilməlidir. Cavabdeh təşkilat iddiaçıdan torpaq sahəsi almaq istəmiş, lakin iddiaçı qeyd edilən torpaq sahəsini mülkiyyət sənədləri ilə ona təqdim etməmişdir. Daha sonra cavabdeh təşkilat bələdiyyədən torpaq sahəsi icarəyə götürmüşdür. Eləcə də iddiaçının təqdim etdiyi texniki pasportda əksini tapan torpaq sahəsini də ekspert müəyyən edə bilməmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçının satmaq istədiyi torpaq sahəsi ilə cavabdehin bələdiyyədən icarəyə aldığı torpaq sahələri fərqli torpaqlardır. Torpaq sahələri müxtəlif yerdə yerləşir və ölçüləri fərqlidir. Cavabdehin notarial qaydada aldığı 0,20 ha torpaq sahəsində isə tikili vardır. Həmçinin hər hansı bir şəxsin müxtəlif yerlərdə müxtəlif sayda torpaq sahəsi mövcud ola bilər. Tərəflər arasında 0,17 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə 2021-ci il tarixdə bağlanmışdır. Lakin iddiaçı torpaq sahəsinə dair mülkiyyət sənədi əldə edərək cavabdehə təhvil verə bilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin təsisçisi X10 Ahmed iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, ümumilikdə notarial qaydada 0,30 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0,10 ha hissəsini satmış, qalan 0,20 ha torpaq sahəsində isə ev tikmişdir. İddiaçı satmaq istədiyi 0,17 ha torpaq sahəsinin mülkiyyət sənədi olmamışdır. Qarşı tərəf ona torpaq sahəsinə mülkiyyət sənədi alaram demişdir. O da buna görə iddiaçıya 51.500 manat məbləğində pul vermişdir. Sonradan həmin torpaq sahəsinin bələdiyyə torpağı olduğunu öyrənmişdir. Bələdiyyədən icarəyə götürmüş, həmin torpaq sahəsini hasara almış və orda yaxşılaşdırma işləri aparmışdır. İddiaçı isə ondan aldadaraq aldığı 51.500 manat məbləğində pulu geri qaytarmamışdır. O da qarşı tərəf qadın olduğuna görə ondan şikayət etməmişdir. O, haqlıdır. İddiaçı tərəf isə onu aldatmışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 yaşayış otaqlı, sahəsi 12 kv.m, ümumi sahəsi 12 kv.m olan 179 nömrəli yaşayış evi X3 adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirilmişdir. Mülki işin materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, 179 nömrəli evin texniki pasportu tərtib edilmişdir. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 14 mart 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 933381 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 08 mart 2018-ci il tarixdə qaraciyərin ikincili bədxassəli yenitörəməsi xəstəliyindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 mart 2018-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan 2V-106 reyestr nömrəli, 29 iyun 2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X3 vərəsəsi arvadı İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR İqtisadi İnkişaf Nazirliyi tərəfindən 28.032.2002-ci il tarixdə X4 verilmiş reyestr kitabı 2, səhifə 42, 000982 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148.8 kv.m qeyri yaşayış sahəsindən ibarətdir. Mülki işin materiallarına əlavə olunan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı üçün beh müqaviləsinin surətindən görünür ki, İddiaçı Saray qəsəbəsində yerləşən 10278 nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən (amma mövcud olmayan) ərazinin ümumi sahəsi 0.1732 ha təşkil edən həmin torpaq sahəsini Cavabdeh MMC-nin direktoru X8 76.500 manata satmışdır. Sözləşməyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən torpağın mülkiyyət hüququ haqqında sənədin hazırlanması üçün avans olaraq 26.500 manat məbləğində ödənişi almışdır. Ümumi dəyəri 76.500 manatdan qalan qismini sənədləşmədən sonra notarial qaydada ödənilməsi razılaşdırımışdır. Mülki işin materiallarına əlavə olunan İddiaçı tərəfindən verilmiş iltizamdan görünür ki, o, Saray qəsəbəsində istifadəsində olan 17 sot torpaq sahəsinə görə əvvəl aldığı 26.500 manatdan əlavə xx.xx.2021-ci il tarixdə 25.000 manat almışdır. Həmin torpaq sahəsinin Cavabdeh şirkəti tərəfindən alınmasına görə cəmi 51.500 manat ona ödənilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum X4 məxsus 179 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 19 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 10278 nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən baxış keçirilmiş ərazinin ümumi sahəsinin 0.1732 ha təşkil etdiyi və həmin torpaq sahəsinin 0.1677 ha hissəsinin yüksək gərginlikli (220 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirilmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən sözügedən ümumi sahəsi 12 kv.m olan bir otaqlı fərdi yaşayış evi aşkarlanmadığından TECHNO CORP MMC-yə məxsus qanunsuz tikililərin olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki: məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 23 dekabr 2024-cü il tarixli, 10/9600 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-32/2- 14018/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, qərardadda qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki: məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2021-ci il tarixli alqı-satqı üçün beh müqaviləsinə əsasən İddiaçı Saray qəsəbəsində yerləşən 10278 nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən ərazinin ümumi sahəsi 0.1732 ha təşkil edən torpaq sahəsini Cavabdeh MMC-nin direktoru X8 76.500 manata satmağı, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən torpağın mülkiyyət hüququ haqqında sənədin hazırlanmağı öhdəsinə götürmüş, bunun üçün avans olaraq Cavabdehndən 26.500 manat məbləğində pul almışdır. Tərəflər həmin müqaviləyə əsasən torpaq sahəsinin 76.500 manat dəyərinin qalan qismini sənədləşmədən sonra notarial qaydada ödənilməsini razılaşdırmışlar. Daha sonra isə İddiaçı həmin torpaq sahəsinə görə əvvəl aldığı 26.500 manatdan əlavə 14 dekabr 2021-ci il tarixdə 25.000 manat da Cavabdehndən almışdır. Hazırda isə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, aralarındakı yuxarıda qeyd olunan müqaviləyə cavabdeh tərəfindən əməl edilmədiyini, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünü, evin yerləşdiyi 0,15 ha torpaq sahəsinin zəbt edilərək orda cavabdeh tərəfindən tikililər inşa edildiyi iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasındakı müqaviləyə əsasən iddiaçı satdığı 0.1732 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməklə daşınmaz əmlakın dövlət reyestrindən sözügedən torpaq sahəsinə dair çıxarış almamış, torpaq sahəsinin notarial qaydada alqı-satqısını həyata keçirərək cavabdehə təhvil verməmişdir. Həmçinin iddiaçı ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 06 may 2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum X4 məxsus 179 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 19 aprel 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmış, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş 10278 nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmiş, baxış keçirilmiş ərazinin ümumi sahəsinin 0.1732 ha təşkil etdiyi və həmin torpaq sahəsinin 0.1677 ha hissəsinin yüksək gərginlikli (220 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmiş, habelə sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirilmə aparılması üçün müvafiq məlumatlar - torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamış, ərizənin icrasından imtina edilmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən sökülməsini iddia etdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evi tərəflər arasında 15 aprel 2021-ci il tarixdə alqısatqı üçün beh müqaviləsi bağlanan dövrdən 2 il əvvəl faktiki olaraq mövcud olmamış, təqdim edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış 26 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən sözügedən ümumi sahəsi 12 kv.m olan bir otaqlı fərdi yaşayış evi aşkarlanmadığından Cavabdehnə məxsus qanunsuz tikililərin olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza rəyindən də görünür ki, elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki: məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır. Ümumiyyətlə iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 179 nömrəli fərdi yaşayış evinin naturada faktiki mövcudluğu, evin cavabdeh tərəfindən sökülməsi, evin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və cavabdeh tərəfindən həmin torpaq sahəsində tikililərin inşa edilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar