Məhkəmə qərarları › İş №e-2(012)-4638/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4638/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4638/2025 27.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin ċavabdeh Cavabdeh qarşı alqısatqı müqaviləsi üzrə mübahisələr tələbinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Qızıl zəmanət Ultra 3 İl xidməti, X4 4 Lite qulaqlıq, İMEİ kodu **********30318 Honar X8B markalı telefon üçün 611,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 61,15 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Qızıl zəmanət Ultra 3 İl xidməti İMEİ kodu **********72363 Honor X8B marka telefon üçün 573,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 57,35 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Yupiter YP-tv asqı, Hoffman TV üçün 324,96 manat ödənilməmiş hissə, 32,50 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********67369 HONOR X5B PLUS markalı telefon üçün, 324,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat rüsum, 32,45 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********15256 HONOR X6B markalı telefon üçün 279 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 27,90 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Velosiped Vista 275,04 manat ödənilməmiş hissə, 27,50 manat dəbbə pulu, olmaqla, ümumilikdə 2721,66 manat borc və ödənilmiş dövlət rüsumuna görə 47,22 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, X4 4 LİTE qulaqlıq, İMEİ KODU **********30318 HONOR X8B markalı telefon, QİZİL QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, İmei kod **********72363 HONOR X8B markalı telefon , YUPİTER YP-tv asqı, HOFFMANN TVQ,İZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********67369 HONOR X5B PLUS markalı teelfon , İMEİ KODU **********15256 HONOR X6Bmarkalı telefon, VELOSİPED VİSTAalmış və nəticədə 2721.66(iki min yeddi yüz iyirmi bir manat, 66 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 611.46 (altı yüz on bir manat, 46 qəpik) manat (18 ay x 33.97 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, X4 4 LİTE qulaqlıq, İMEİ KODU **********30318 HONOR X8B markalı telefoünçün ümumilikdə, 696.21(altı yüz doxsan altı manat, 21 qəpik) manat olmaqla ondan, 611.46 (altı yüz on bir manat, 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 61.15 (altmış bir manat, 15 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 573.48(beş yüz yetmiş üç amnat, 48 qəpik) manat (18 ay x 31.86 manat + 0 manat ilkin ödəniş) olan QİZİL QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, İmei kod **********72363 HONOR X8B markalı telefon üçün ümumilikdə, 654.43(altı yüz əlli dörd manat, 43 qəpik) manat olmaqla ondan 573.48(beş yüz yetmiş üç amnat, 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 57.35 (əlli yeddi manat, 35 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324.96 (üç yüz iyirmi dörd manat, 96 qəpik) manat (12 ay x 27.08 manat + 0 manat ilkin ödəniş) olan YUPİTER YP-tv asqı, HOFFMANN TüVçün ümumilikdə, 357.46(üç yüz əlli yeddi amnat, 46 qəpik) manat olmaqla ondan, 324.96 (üç yüz iyirmi dörd manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 32.50 (otuz iki manat, 50 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 324.48 (üç yüz iyirmi dörd manat, 48 qəpik) manat (12 ay x 27.04 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********67369 HONOR X5B PLUS markalı teelfon üçün ümumilikdə, 380.53 (üç yüz səksən manat, 53 qəpik) manat olmaqla ondan, 324.48 (üç yüz iyirmi dörd manat, 48 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 32.45 (otuz iki manat, 45 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 279 (iki yüz yetmiş doqquz) manat (18 ay x 15.50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********15256 HONOR X6B markalı telefon üçün ümumilikdə, 330.50 (üç yüz otuz manat, 50 qəpik) manat olmaqla ondan, 279 (iki yüz yetmiş doqquz) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 27.90 (iyirmi yeddi manat, 90 qəpik) manat cərimə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 275.04 (iki yüz yetmiş beş manat, 04 qəpik) manat (12 ay x 22.92 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED VİSTAüçün ümumilikdə 302.54 (üç yüz iki manat, 54 qəpik) manat olmaqla ondan, 275.04 (iki yüz yetmiş beş manat, 04 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.50 (iyirmi yeddi manat, 50 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli ********* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Qızıl zəmanət Ultra 3 İl xidməti, X4 4 Lite qulaqlıq, İMEİ kodu **********30318 Honar X8B markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ********** saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Qızıl zəmanət Ultra 3 İl xidməti, İMEİ kodu **********72363 Honor X8B marka telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ......... saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Yupiter YP-tv asqı, Hoffman TV almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********67369 HONOR X5B PLUS markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ............ saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********15256 HONOR X6B markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ********** saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Hüseynova X1 Vista almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Qızıl zəmanət Ultra 3 İl xidməti, X4 4 Lite qulaqlıq, İMEİ kodu **********30318 Honar X8B markalı telefon üçün 611,46 manat ödənilməmiş hissə, 61,15 manat dəbbə pulu, Qızıl zəmanət Ultra 3 İl xidməti İMEİ kodu **********72363 Honor X8B marka telefon üçün 573,48 manat ödənilməmiş hissə, 57,35 manat dəbbə pulu, Yupiter YP-tv asqı, Hoffman TV üçün 324,96 manat ödənilməmiş hissə, 32,50 manat dəbbə pulu, QİZİL ZƏMANƏT ULTRA 3 İL XİDMƏTİ, İMEİ KODU **********67369 HONOR X5B PLUS markalı telefon üçün, 324,48 manat ödənilməmiş hissə, 32,45 manat dəbbə pulu, Velosiped Vista 275,04 manat ödənilməmiş hissə, 27,50 manat dəbbə pulu, olmaqla ümumilikdə 2721,66 manat borcu vardır. -Təhvil-təslim aktından görünür ki, alıcı müqavilə üzrə əşyanı ABC-Telecom MMCdən tam qüsursuz halda təhvil almışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2006-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1can Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hesablanmış 61,15 manat məbləğində cərimə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hesablanmış 57,35 manat məbləğində cərimə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hesablanmış 32,50 manat məbləğində cərimə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27,90 manat məbləğində cərimə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 27,50 manat məbləğində cərimə 5 manat, məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 47,22 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ : Ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 611,46 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 573,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 324,96 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 324,48 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 5 manat dəbbə pulu xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 279 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat, 5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 275,04 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 2512,82 (iki min beş yüz on iki manat səksən iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 47,22 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar