Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4692/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 200.86 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi, "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmış “Kamaz 5320 yük” markalı, **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobil və X2 idarə etdiyi “VAZ- 2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nömrəli avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb olunmuşdur. “Kamaz 5320 yük” markalı, **-RM-*** dövlət qeydiyyat nömrəli avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PBA ********** saylı sığorta müqaviləsi bağlanılmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qüsur aktına əsasən, hadisə nəticəsində “VAZ-2107” markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobilə 150 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli ödəniş aktına əsasən, “VAZ-2107” markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 150 manat məbləğində sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 200.86 manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. Sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən "xxxx" ASC 200.86 manat məbləğində pul ödənilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -İcbari sığorta müqaviləsinə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə “Kamaz 5320 yük” markalı ** RM *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 250 manat, bonus-malus əmsalı 0.65, yekun sığorta haqqı 162.5 manat olmaqla əmlaka dəyən zərərə görə 5000 manat, sağlamlığa dəyən zərərə görə 5000 manat dəyərində sığortalamışdır. -"xxxx" ASC-nin verdiyi xx.xx.2023-cü il tarixli yekun aktdan görünür ki, “VAZ-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat ziyan dəymişdir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, ZBTS-0571/23 saylı ödəniş aktından görünür ki, sığortalı Cavabdeh1 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Kamaz 5320 yük” markalı ** RM *** qeydiyyat nişanlı avtomobili 5000 manat məbləğində icbari sığorta növündə sığortalamış, xx.xx.2023-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “VAZ-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:45 radələrində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, Cavabdeh1 mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh2 tərəfindən idarə olunmuş “Kamaz 5320 yük” markalı ** RM *** qeydiyyat nişanlı avtomobil X2 idarə etdiyi “VAZ-2107” markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. -İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə “Kamaz 5320 yük” markalı ** RM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. -İş materiallarında olan pretenziyadan görünür ki, cavabdehlərə müqavilə üzrə dəymiş ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanına qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində olan “Kamaz 5320 yük” markalı ** RM *** qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə edilmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X2 idarə etdiyi “VAZ-2107” markalı, **-HJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 150 manat dəyərində ziyan dəymiş, həmin məbləğin xx.xx.2023-cü il tarixli, ZBTS-0571/23 saylı ödəniş aktına əsasən, X1 yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, “Kamaz 5320 yük” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətində olduğundan və həmin avtomobili etibarnamə əsasında digər Cavabdeh2 idarə etdiyindən iddiaçı 200.86 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci və 63-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 25.1.3. və 63.1 maddəsidir ki, həmin maddələrə əsasən: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. “İcbari sığortalar haqqında” Qanunun 63-cü maddəsinə əsasən, cavabdehin etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etməsi ödənilmiş sığorta məbləğinin ondan tutulmasına əsas verir. Göstərilənlərə əsasən, tədqiq edilmiş sübutlarla məhkəmə ərizəni əsaslı və qanunauyğun hesab edərək təmin olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdehlər tərəfindən törədilmiş və Cavabdeh2 təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “VAZ-2107” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200.86 manat pul vəsaiti və 30,40 manat dövlət rüsumu müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 “VAZ-2107” markalı, ** HJ *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 200.86 (iki yüz manat səksən altı qəpik) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 231.26 (iki yüz otuz bir manat iyirmi altı qəpik) manat pul vəsaiti müştərək qaydada "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4692/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4692/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver