Məhkəmə qərarları › İş №e-2(012)-4711/2022

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-4711/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4711/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Vəlizadə Kamal Təbib oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsi üzrə pulun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630111 ban nömrəli, ağ avtomobilin bərpa olunması üçün tələb olunan 742 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasının xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630111 ban nömrəli, ağ rəngli avtomobilin bərpa olunması üçün tələb olunan 742 manat pul, 153 manat ödənilmiş cərimələr, ümumilikdə 895 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1330 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəliklər 11 mart 2020-ci il tarixli MAS-1330 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh ötürülmüş və İddiaçı MMC-nə məxsus lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1İİHFLF630111 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün İddiaçı MMC borclu Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 31 mart 2022-ci il tarixli 2(012)-999/2022 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı MMC-nin iddası qismən təmin edilərək, MAS-1330 saylı “Daxili Lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1997,53 manat pulun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə 12 may 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 742 manat maddi ziyan dəymişdir. Lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X8 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 153 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, MAS-1320 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X2 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 10800 manat təşkil etmişdir. İş materiallarında olan 11 mart 2020-ci il tarixli, MAS-1320 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X2 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X2 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsi üzrə 1582,13 manat gecikdirilmiş əsas, 361,56 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 1953,69 manat pul vəsaiti və ödənilmiş 43,84 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 742 manat maddi ziyan dəymişdir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh məxsus **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə xx.xx.2021-ci ildə 9 manat, xx.xx.2021-ci ildə 45 manat, xx.xx.2021-ci ildə 45 manat, xx.xx.2021-ci ildə 9 manat, xx.xx.2021-ci ildə 45 manat olmaqla, cəmi 153 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11 mart 2020-ci il tarixli, MAS-1320 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 11 mart 2020-ci il tarixli, MAS-1320 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X2 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X2 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. Abşeron Rayon Məhkəməsinin 2(012)-999/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC ilə X1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC-yə geri qaytarılması, Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-1330 saylı Daxili lizinq müqaviləsi üzrə 1582,13 manat gecikdirilmiş əsas, 361,56 manat gecikdirilmiş mükafat və 10 manat dəbbə pulu olmaqla, ümumilikdə cəmi 1953,69 manat pul vəsaiti və ödənilmiş 43,84 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki «Khazar LX» minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 742 manat maddi ziyan dəymişdir. Lizinq obyekti Cavabdeh istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR X8 tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 153 manat məbləğində pul ödənilmişdir. Daxili lizinq müqaviləsinin 10.5-ci bəndinə əsasən, lizinq obyektinin qaytarılması və ya geri tələb edilməsi lizinq alanın bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən, lizinq ödənişlərini həyata keçirməkdən, cərimələri, dəbbə pulunu ödəməkdən, lizinq obyekinin geri qaytarıldığı tarixədək olan lizinq obyektinə və ya lizinq verənə dəymiş ziyanın tam həcmdə ödəməkdən azad etmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.''’ Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.3-ci maddəsinə görə “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. ” Azərbaycan Respublikasının Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən nıiiəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan cıldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçiin hcıqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri iizrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin biıtiin növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, lizinq ödənişlərinin iimumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s. daxildir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 30,40 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630111 ban nömrəli, ağ rəngli avtomobilin bərpa olunması üçün tələb olunan 742 manat pul, 153 manat ödənilmiş cərimələr, ümumilikdə 895 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar