Məhkəmə qərarları › İş №e-2(012)-4726/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4726/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4726/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmə qətnaməsinin çıxarılması ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09787 Samsung Galaxy A51 markalı telefon üçün 224 manat ödənilməmiş hissə 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon üçün 137 manat ödənilməmiş hissə güzəşt olaraq 13 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54018 Samsung Galaxy A02 s markalı telefon üçün 232 manat ödənilməmiş hissə 23 manat cərimə olmaqla, ümumilikdə 651 manat borc və 31,60 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09787 Samsung Galaxy A51 almış və xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********54018 Samsung Galaxy A02 s markalı telefon almış 651 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 917 manat İMEİ Kodu **********09787 Samsung Galaxy A51 üçün ümumilikdə 246 manat olmaqla ondan,224 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 307,4 İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon üçün ümumilikdə 150 manat olmaqla ondan 137 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 362,4 manat İMEİ kodu **********54018 Samsung Galaxy A02s markalı telefon üçün ümumilikdə 255 manat olmaqla ondan 232 manat ödənilməmiş hissə, güzəşt olunaraq 23 manat cərimə olmaqla, ümumilikdə 651 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 993,8 manat təşkil edir. Bunlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21057356 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********09787 Samsung Galaxy A51 qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22195548 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və X1 "xxxx" MMC-dən İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tarixli, 22261181 saylı müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********54018 Samsung Galaxy A02 s markalı telefon qəbul etmiş və avadanlığın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09787 Samsung Galaxy A51 üçün X1 "xxxx" MMC-yə 37,2 manat ödənilməmiş hissə 3,8 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon üçün, 246 manat ödənilməmiş hissə güzəşt olaraq 24 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54018 Smsung Galaxy A02 smarkalı telefon üçün 314,4 manat ödənilməmiş hissə 31,6 manat cərimə olmaqla, ümumilikdə 657 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09787 Samsung Galaxy A51 üçün 224 manat ödənilməmiş hissə 22 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********69119 Samsung Galaxy A015 markalı telefon üçün 137 manat ödənilməmiş hissə, güzəşt olaraq 13 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********54018 Samsung Galaxy A02s markalı telefon üçün 232 manat ödənilməmiş hissə, 23 manat cərimə olmaqla, ümumilikdə 651 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar