Məhkəmə qərarları › İş №e-2(012)-4750/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4750/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4750/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilənin ləğvi və müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 10 üçün 2780,2 manat ödənilməmiş hissə, 722 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner üçün 862 manat ödənilməmiş hissə, 153,9 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi üçün 854 manat ödənilməmiş hissə, 254 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı mobil telefon üçün 698 manat ödənilməmiş hissə, 207,9 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefon üçün 95 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu olmaqla, ümumilikdə 6656 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 86,56 manat məbləğində pulun tutulması, həmçinin xx.xx.2021-ci il tarixli 23082840 saylı və xx.xx.2021ci il tarixli 23235488 saylı müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən X1 10, GREE markalı kondisioner, Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi, İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı və İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefonlar almış, nəticədə 6656 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3337,20 manat olan X1 10 almış, 2780,2 manat ödənilməmiş hissə, 722 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1035 manat olan GREE markalı kondisioner almış, 862 manat ödənilməmiş hissə, 153,9 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1708,2 manat olan Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi almış, 854 manat ödənilməmiş hissə, 254 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 931,2 manat olan İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı mobil telefon almış, 698 manat ödənilməmiş hissə, 207,9 manat cərimə borcu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 586,8 manat olan İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefon almış, 95 manat ödənilməmiş hissə, 29 manat cərimə borcu yaranmışdır. Cavabdehin ödədiyi cəmi məbləğ 2309,2 manat təşkil edir. Bunlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən X1 10 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən GREE markalı kondisioner qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-cu il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 10 üçün 2780,2 manat ödənilməmiş hissə, 722 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner üçün 862 manat ödənilməmiş hissə, 153,9 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi üçün 854 manat ödənilməmiş hissə, 254 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı mobil telefon üçün 698 manat ödənilməmiş hissə, 207,9 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefon üçün 95 manat ödənilməmiş hissə, 29 manat cərimə pulu olmaqla, ümumilikdə 6656 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 722 manat cərimə pulunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 153,9 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 254 manat cərimə pulunun, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 207,9 manat cərimə pulunun, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 29 manat cərimə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 12,8 manat, 1 manat, 2 manat, 2 manat və 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X1 10 üçün 2780,2 manat ödənilməmiş hissə, 12,8 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən GREE markalı kondisioner üçün 862 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Termex markalı seksiya, NOVA markalı kombi stabilizatoru, Hoffmann markalı kombi üçün 854 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********20245 olan Samsung Galaxy A 52 markalı mobil telefon üçün 698 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59301 olan Samsung Galaxy A 21 S markalı mobil telefon üçün 95 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu olmaqla, ümumilikdə 5308 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməli, eyni zamanda tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli 23082840 saylı və xx.xx.2021ci il tarixli 23235488 saylı müqavilələr ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,56 manat pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli 23082840 saylı və xx.xx.2021-ci il tarixli 23235488 saylı müqavilələr ləğv edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2780,2 manat ödənilməmiş hissə, 12,8 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 862 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 854 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 698 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 95 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu olmaqla, ümumilikdə 5308 manat və ödənilmiş dövlət rüsumu üçün 86,56 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar