Məhkəmə qərarları › İş №e-2(012)-4777/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4777/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4777/2025 08.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, JOBY TRİPOD, CANON EOS 800D fotoaparat, SANDİSK ULTüRçAün 1102 (min yüz iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 110 (yüz on) manat 25 (iyirmi beş) qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, TƏRƏZİ BEURER, CHOETECH CHARGER adapter, BLENDER PHİLİPS, MARSHALL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün 350 (üç yüz əlli) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat 07 (yeddi) qəpik cərimə; xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, MASAJOR BEURER, ÜTÜ BRAUN, ZƏMANƏT + 3 İL xidməti üçün 66 (altmış altı) manat 33 (otuz üç) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 63 (altmış üç) qəpik cərimə, ümumilikdə 1671 (min altı yüz yetmiş bir) manat 46 (qırx altı) qəpik borc, 36 (otuz altı) manat 72 (yetmiş iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmı0ş8.03.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, JOBY TRİPOD, CANON EOS 800D fotoaparat, SANDİSK ULTRA, TƏRƏZİ BEURER, CHOETECH CHARGER adapterBLENDER PHİLİPS, MARSHALL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA1 İL XİDMƏTİ, MASAJOR BEURER, ÜTÜ BRAUN, ZƏMANƏT3 İL XİDMƏTİ almış və nəticədə 1671,46 (min altı yüz yetmiş bir manat, 46 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2205 (iki min iki yüz beş) manat (18 ay x 122.5 manat + 0 manat ilkin ödəniş) olan JOBY TRİPOD, CANON EOS 800D fotoaparat, SANDİSK ULTRA üçün ümumilikdə, 1212,75 (min iki yüz on iki manat,75 qəpik) manat olmaqla ondan, 1102,5 (min yüz iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110 (yüz on) manat 25 (iyirmi beş) qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 703,44 (yeddi yüz üç manat,44 qəpik) manat (18 ay x 39,08 manat + 0 manat ilkin ödəniş) olan TƏRƏZİ BEURER, CHOETECH CHARGER adapter, BLENDER PHİLİPS, MARSHALL qulaqlıq, QİZİLZƏMANƏT ULTRA 1 İL XİDMƏTüİ çün ümumilikdə, 385,75 (üç yüz səksən beş manat, 75 qəpik) manat olmaqla ondan, 350 (üç yüz əlli) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 35 (otuz beş) manat 07 (yeddi) qəpik cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 397,98 (üç yüz doxsan yeddi manat,98 qəpik) manat (18 ay x 22,11 manat + 0 manat ilkin ödəniş) olan MASAJOR BEURER, ÜTÜ BRAUN, ZƏMANƏT + 3 İL XİDMüƏçTünİ ümumilikdə, 72,96 (yetmiş iki manat, 96 qəpik) manat olmaqla ondan, 66 (altmış altı) manat 33 (otuz üç) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6 (altı) manat 63 (altmış üç) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1786,91 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, "xxxx" MMC-dən JOBY TRİPOD, CANON EOS 800D fotoaparat, SANDİSK ultra qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, "xxxx" MMC-dən TƏRƏZİ BEURER, CHOETECH CHARGER adapter, BLENDER PHİLİPS, MARSHALL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, "xxxx" MMC-dən MASAJOR BEURER, ÜTÜ BRAUN, ZƏMANƏT + 3 İL xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1102 (min yüz iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 110 (yüz on) manat 25 (iyirmi beş) qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 350 (üç yüz əlli) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 35 (otuz beş) manat 07 (yeddi) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 66 (altmış altı) manat 33 (otuz üç) qəpik ödənilməmiş hissə, 06 (altı) manat 63 (altmış üç) qəpik cərimə borcu olmaqla, ümumilikdə 1671 (min altı yüz yetmiş bir) manat 46 (qırx altı) qəpik borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 110 (yüz on) manat 25 (iyirmi beş) qəpik cərimə pulunun məbləği azaldılmalı və 10 (on) manat 25 (iyirmi beş) qəpik, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 35 (otuz beş) manat 07 (yeddi) qəpik cərimə pulunun məbləği azaldılmalı və 05 (beş) manat 07 (yeddi) qəpik, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hesablanmış 06 (altı) manat 63 (altmış üç) qəpik cərimə pulunun məbləği azaldılmalı və 0,17 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında üç müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ultra xidməti 1102 (min yüz iki) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 10 (on) manat 25 (iyirmi beş) qəpik cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TƏRƏZİ BEURER, CHOETECH CHARGER adapter, BLENDER PHİLİPS, MARSHALL qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün 350 (üç yüz əlli) manat 68 (altmış səkkiz) qəpik ödənilməmiş hissə, 05 (beş) manat 07 (yeddi) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən MASAJOR BEURER, ÜTÜ BRAUN, ZƏMANƏT + 3 İL xidməti üçün 66 (altmış altı) manat 33 (otuz üç) qəpik ödənilməmiş hissə, 0,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1535 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 36,72 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1102,50 manat ödənilməmiş hissə, 10,25 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 350,68 manat ödənilməmiş hissə, 5,07 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 66,33 manat ödənilməmiş hissə, 0,17 manat cərimə borcu olmaqla, ümumilikdə 1535 manat və ödənilmiş dövlət rüsumu üçün 36,72 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar