Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4828/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xİİİ-ЖГ 266528 nömrəli doğum haqqında şəhadətnamədə "X6”-nın, AZ-İİ 222010 nömrəli ölüm haqqında şəhadətnamədə "X6”-nın Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamədə qeyd edilmiş "X7” ilə eyni şəxs olması faktınının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamədə ailə üzvləri haqqında məlumat yazılan qrafada yanlış olaraq qeyd edilmiş "X7”-nın "X6” olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamənin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ünvanlayaraq, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamənin 14 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, həyat yoldaşı X4 vəfat etməsi ilə əlaqədar notariat kontorunda vərəsəlik işi ilə bağlı müraciət etdikləri zaman 05 fevral 2015-ci ildə ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamədə mülkiyyətçinin ailə üzvlərinin olduğu hissədə mərhum qızı X6 barədə qeyd olan qrafada texniki yanlışlığa yol verilərək adının "Şahinə” kimi qeyd olunduğu məlum olmuşdur. Belə ki, qızı X6 05 mart 1988-ci ildə Quba rayonunun Mirzəməmməd kəndində dünyaya gəlmiş, 14 sentyabr 2021-ci ildə nazik bağırsağın "kron” xəstəliyi səbəbindən vəfat etmişdir. Mərhum qızı həyatda olduğu zaman bütün sənədlərində adı olduğu kimi "Şəhanə” olaraq qeyd olunmuş, yuxarıda qeyd edilən sənəddən başqa heç bir sənəddə yanlışlığa yol verilməmişdir. Hal-hazırda isə yaranmış zərurətlə əlaqədar müəyyən notarial hətəkətlər həyata keçirilməlidir. Lakin notariat kontoru tərəfindən qeyd edilən şəhadətnamədə mərhum qızının adının "Şahinə”, doğum və ölüm haqqında şəhadətnamələrdə isə "Şəhanə” kimi qeyd olunmasını əsas gətirilərək həmin uyğunsuzluğun aradan qaldırılacağı müddətədək müvafiq notarial hərəkətlərin edilməsindən imtina edilmişdir. Bundan sonra o, həmin yanlışlığın aradan qaldırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə rəsmi müraciət etmişdir. Həmin qurumun 5 saylı Xaçmaz ərazi idarəsinin 09 avqust 2022- ci il tarixli cavab məktubuna əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad, soyad və ata adlarının yazılışında yaranmış uyğunsuzluqların aradan qaldırmaq və düzəlişələrin həyata keçirilməsinin onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş və həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Dövlət qurumunun etdiyi texniki səhv ucbatından hal-hazırda ciddi çətinliklər çəkir. Qeyd olunanlara əsasən o, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə məhkəmədə ərizəçinin izahatıyla eyni məzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, 14 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X6 onun bacısı olmuşdur. Bacısının adı Şahinə deyil Şəhanə olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X6 onun bacısı olmuşdur. Şəhanə heç vaxt ailə qurmamışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F (kod ********) nömrəli şəhadətnamədə bacısının adı səhvən X7” olaraq göstərilmişdir. Onların Şahinə adlı qohumları da olmamışdır. İş materiallarında olan Xİİİ-ЖГ № 266528 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.1988-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 222010 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F, 30311018 kodlu şəhadətnamədən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 nömrəli qərarı ilə verilmiş 0,10 hektar ölçüsü olan torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş materiallarını araşdıraraq, hesab edir ki, mərhum X2 adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq X7 olaraq göstərilmiş, lakin mərhumun adı ölüm haqqında şəhadətnamədə X6 olaraq qeyd edilmişdir. Bu uyğunsuzluq ərizəçiyə mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən məhkəmə hesab edir ki, 0,10 hektar ölçüsü olan torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F, 30311018 kodlu şəhadətnaməsinin mərhum X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 29 iyun 2004-cü il tarixində verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair” JN-164F, 30311018 kodlu şəhadətnaməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 222010 saylı ölüm haqqında şəhadətnamədə göstərilən mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-4828/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4828/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver