Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4833/2022 03.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Hoffmann markalı seksiya üçün 863,8 manat ödənilməmiş hissə, 86,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 589,6 manat ödənilməmiş hissə, 58,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı mobil telefon üçün 167,4 manat ödənilməmiş hissə, 16,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi üçün 119 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu olmaqla, ümumilikdə 1912 manat borcun və 39,12 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İmmergas markalı kombi, HOFFMANN markalı seksiya, HOFFMANN markalı kondisioner, İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı mobil telefon və HOFFMANN markalı musiqi mərkəzi almış və cəmi 1912 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2217,6 manat (18 ay x 123,2 manat + 0 manat ilkin ödəniş) İmmergas kombi, Hoffmann seksiya üçün ümumilikdə, 950 manat olmaqla ondan, 863,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 86,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 643,2 manat (24 ay x 26,8 manat + 0 manat ilkin ödəniş) HOFFMANN kondisoner üçün ümumilikdə 648 manat olmaqla ondan, 589,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 353,8 manat (12 ay x 27,9 manat + 19 manat ilkin ödəniş) İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı telefon üçün ümumilikdə 184 manat olmaqla ondan, 167,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 525,6 manat (18 ay x 29.2 manat + 0 manat ilkin ödəniş) HOFFMANN musiqi mərkəzi üçün ümumilikdə 130 manat olmaqla ondan, 119 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 manat cərimə borcu yaranmışdır. Cavabdehin bütün müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2000,4 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İmmergas markalı kombi və Hoffmann markalı seksiya qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı kondisioner qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı musiqi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Hoffmann markalı seksiya üçün 863,8 manat ödənilməmiş hissə, 86,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 589,6 manat ödənilməmiş hissə, 58,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı mobil telefon üçün 167,4 manat ödənilməmiş hissə, 16,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi üçün 119 manat ödənilməmiş hissə, 11 manat cərimə borcu olmaqla, ümumilikdə 1912 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 86,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 58,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 16,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 11 manat cərimə borcunun məbləği azaldılmalı və müvafiq olaraq 9,2; 6,4; 2,6 və 2 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İmmergas markalı kombi, Hoffmann markalı seksiya üçün 863,8 manat ödənilməmiş hissə, 9,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı kondisioner üçün 589,6 manat ödənilməmiş hissə, 6,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********98125 Samsung Galaxy A12 markalı mobil telefon üçün 167,4 manat ödənilməmiş hissə, 2,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı musiqi mərkəzi üçün 119 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, cəmi 1760 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 39,12 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 863,8 manat ödənilməmiş hissə, 9,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 589,6 manat ödənilməmiş hissə, 6,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 167,4 manat ödənilməmiş hissə, 2,6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 119 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 1760 manat və ödənilmiş dövlət rüsumu üçün 39,12 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4833/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4833/2022
03.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver