Məhkəmə qərarları › İş №e-2(012)-4834/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4834/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4834/2022 24.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə görə, Marmaris divan, Luna-qonaq-masa-Modena, stul Bugat üçün 2381 manat ödənilməmiş hissə, 238 manat dəbbə pulu olmaqla, cəmi 2619 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,19 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Marmaris divan, Luna-qonaq-masa-Modena, stul Bugat almış və nəticədə 2619 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5865,60 manat olan Marmaris divan, Luna-qonaq-masa-Modena, stul Bugat üçün 2381 manat ödənilməmiş hissə, 238 manat dəbbə pulu olmaqla cəmi 2619 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3484,60 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, hazırki iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddianı qəbul etməyərək rədd edir və hesab edir ki, iddianın dəlilləri əsassız olduğundan iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə onunla "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən o, həmin MMC-dən 24 aya cəmi 6203 manat ödəmək şərti ilə Marmaris divan, Luna qonaq-masa-modena, Stil Bugat almış, bir neçə ay ərzində 3584 manat ödəmiş və 2619 manat borcu qalmışdır. O, mebellərin pulundan 3584 manat ödədikdən sonra öyrənmişdir ki, mebelləri ona çox baha satmışlar. O, "xxxx" MMC-yə gedib həmin əşyaları baha satıldığını demişdir. Eyni divan “Riyad” ticarət mərkəzində 1000 manatadır. Həmçinin o, eyni divanı alıb iddiaçı şirkətə gətirməyini və onun borcunu silməklərini təklif etsə də, lakin iddiaçı bunların heç birinə razı olmamışdır. 2020-ci ilin dekabr ayında və 2021-ci ilin yanvar ayında o, "xxxx" MMC-nin qazilərin onlara olan borcunu silərək əfv etdiyini öyrənmişdir. O, da öz növbəsində mebelləri aldığı həmin MMC-nin Abşeron filialına getmiş və onu Şamaxinka deyilən yerdə olan baş idarələrinə yönləndirmişlər. Hüquq şöbəsində olan adını bilmədiyi şəxslə görüşmüşdür. Ona hüquq şöbəsində həmin əməkdaş əlilliklə bağlı vəsiqənin və qaziliklə bağlı müvafiq sənədləri MMC-yə təqdim etməyi bildirmişlər. Ona hətta bunun üçün MMC-nin baş direktorunun adına ərizə də yazdırmışlar. Ona hüquq şöbəsidə onun qazi olduğuna və İİ qrup əlil olduğuna görə əfv edəcəklərini bildirmişlər. O, müvafiq sənədləri təqdim edib getmişdir. Həmin vaxtdan əfv olunduğunu bilmişdir. Yalnız məhkəmədən ona bildiriş gələndə əfv edilmədiyini, MMC-nin onu aldatdığını öyrənmişdir. Hazırda sağlamlığı və gəliri ödəniş etməyə imkan vermir."xxxx" MMC mebelləri həmin dövr üçün bazar qiymətindən dəfələrlə baha satdığına və onu əfv etdiklərini bildirib üstündən 2 il keçdikdən sonra məhkəməyə vediklərinə gödə MMC-nin ona qarşı qaldırdığı iddia rədd edilməlidir. Odur ki, o, iddia tələnbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 20102964 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Tağıyev X1 divan, Luna-qonaq-masa- Modena, stul Bugat almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Marmaris divan, Luna-qonaq-masa-Modena, stul Bugat üçün Cavabdeh 2381 manat ödənilməmiş hissə, 238 manat dəbbə pulu olmaqla ümumilikdə 2619 manat borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, 20102964 saylı il tarixli müqavilə bağlanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2020ci il tarixli, 20102964 saylı müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqısatqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2020-ci il tarixli, 20102964 saylı il tarixli müqaviləyə əsasən, Marmaris divan, Lunaqonaq-masa-Modena, stul Bugat üçün hesablanmış 238 manat məbləğində cərimə borcunun azaldılması cavabdehin maddi durumunu daha da yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 20 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 46,19 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 20102964 saylı müqaviləyə əsasən, Marmaris divan, Luna-qonaq-masa- Modena, stul Bugat üçün 2381 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla, cəmi 2401 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 46,19 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar