Məhkəmə qərarları › İş №e-2(012)-4849/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4849/2022

29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4849/2022 29.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair ərizəsinə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə HOFFMANN markalı kondisioner üçün 401 manat ödənilməmiş hissə, 40 manat cərimə borcu olmaqla, ümumilikdə 441 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri birlikdə nəzərdən keçirərək hesab edirəm ki, verilmiş tələbi təsdiq edən sənəd – xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqavilə üzrə maliyyə arayışı təqdim olunmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Təqdim edilmiş sənədlər tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə aiddir. Mülki Prosessual Məcəllənin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bundan başqa, işdən görünür ki, İddiaçı MMC hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 15:12-də ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizə və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina edilməli, habelə iş üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 284-1-284-4-cü maddələrini rəhbər tutub, QƏRARAALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin qəbul olunmasından imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı MMC-nin hazırki mülki iş (e-2(012)-4849/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar