Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4868/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Noutbuk Lenovo üçün 1463 manat ödənilməmiş hissə, 146,30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Applewatch üçün 1262,50 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 797,80 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon üçün 730,40 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla, ümumilikdə 4678 manat borc və ödənilmiş dövlət rüsumuna görə 66,78 manat pulun Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci tarixli müqavilələrə əsasən, Noutbuk Lenovo, Applewatch, İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon və İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon almış və 4678 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1938 manat olan Noutbuk Lenovo üçün 1463 manat ödənilməmiş hissə, 146,30 manat dəbbə pulu, alqı-satqı qiyməti 1525,50 manat olan Applewatch üçün 1262,50 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu, alqı-satqı qiyməti 2847,80 manat olan İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 797,80 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu və alqı-satqı qiyməti 800,40 manat olan İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon üçün 730,40 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla, ümumilikdə 4678 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2858 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22234553 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Noutbuk Lenovo almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22393323 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən İsmayılov X1 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 21228694 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23065250 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında 12 avqust 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Noutbuk Lenovo üçün Cavabdeh 1463 manat ödənilməmiş məbləğ və 146,30 manat dəbbə pulu, Applewatch üçün 1262,50 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 797,80 manat ödənilməmiş hissə, 79 manat dəbbə pulu və İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon üçün 730,40 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla, ümumilikdə 4678 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 22234553 saylı, xx.xx.2021-ci il tarixli, 22393323 saylı, xx.xx.2020-ci il tarixli, 21228694 saylı və xx.xx.2021-ci il tarixli, 23065250 saylı alqı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli, 22234553 saylı, xx.xx.2021-ci il tarixli, 22393323 saylı, xx.xx.2020-ci il tarixli, 21228694 saylı və xx.xx.2021-ci il tarixli, 23065250 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alqı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, xx.xx.2021-ci il tarixli, 22234553 saylı müqaviləyə əsasən, Noutbuk Lenovo üçün hesablanmış 146,30 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 10 manat, xx.xx.2021-ci il tarixli, 22393323 saylı müqaviləyə əsasən, Applewatch üçün hesablanmış 126 manat dəbbə pulu 10 manat, xx.xx.2020-ci il tarixli, 21228694 saylı müqaviləyə əsasən, İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon üçün hesablanmış 79 manat dəbbə pulu 5 manat və xx.xx.2021-ci il tarixli, 23065250 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon üçün hesablanmış 73 manat dəbbə pulu isə 5 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 66,78 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 22234553 saylı müqaviləyə əsasən, Noutbuk Lenovo üçün 1463 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli, 22393323 saylı müqaviləyə əsasən, Applewatch üçün 1262,50 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli, 21228694 saylı müqaviləyə əsasən, İMEİ Kod **********77999 Galaxy Tab A 8 markalı planşet, İMEİ Kod **********23062 Samsung Galaxy S10+ Dual markalı telefon üçün 797,80 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli, 23065250 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********37299 Samsung Galaxy A52 markalı telefon üçün 730,40 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, ümumilikdə 4283,70 manat borc və dövlət rüsumu kimi ödənilmiş 66,78 manat pul Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4868/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4868/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver