Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4877/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********56248 iPhone 12 Pro Max markalı mobil telefon üçün 3232,8 manat ödənilməmiş hissə, 831,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer markalı komputer üçün 1185,6 manat ödənilməmiş hissə, 323,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı komputer üçün 629,1 manat ödənilməmiş hissə, 172,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75144 Samsung Galaxy A51 markalı telefon üçün 278,1 manat ödənilməmiş hissə, 82,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Bosch” markalı perforator üçün 278,1 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı mini soba üçün 92,9 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Xiaomi qulaqlıq üçün 60,9 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********64522 Nokia 106 Dual, İMEİ kod **********64415 Nokia 106 Dual markalı mobil telefonlar üçün 48,8 manat ödənilməmiş hissə, 13,5 manat dəbbə pulu olmaqla, ümumilikdə 7351 manat borc və ödənilmiş dövlət rüsumuna görə 93,51 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kod **********56248 iPhone 12 Pro Max markalı mobil telefon, Acer markalı kompüter, Lenovo markalı kompüter, İMEİ kodu **********75144 Samsung Galaxy A51 markalı mobil telefon, “Bosch” markalı perforator, HOFFMANN markalı mini soba, 2 ədəd Xiaomi qulaqlıq və İMEİ kod **********64522 Nokia 106 Dual, İMEİ kod **********64415 Nokia 106 Dual markalı mobil telefonlar almış, nəticədə 7351 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 4524 manat (18 ay x 231 manat + 366 manat ilkin ödəniş) İMEİ kodu **********56248 iPhone 12 Pro Max markalı telefon üçün ümumilikdə, 4064,4 manat olmaqla ondan, 3232,8 manat ödənilməmiş hissə, 831,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1740 manat (15 ay x 98.8 manat + 258 manat ilkin ödəniş) Acer komputer üçün ümumilikdə 1509 manat olmaqla ondan, 1185,6 manat ödənilməmiş hissə, 323,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1161,6 manat (24 ay x 48.4 manat + 0 manat ilkin ödəniş) Lenovo komputer üçün ümumilikdə 801,9 manat olmaqla ondan, 629,1 manat ödənilməmiş hissə, 172,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880,2 manat (18 ay x 46.4 manat + 45 manat ilkin ödəniş) İMEİ kodu **********75144 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 360,9 manat olmaqla ondan, 278,1 manat ödənilməmiş hissə, 82,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 525,6 manat (24 ay x 21.9 manat + 0 manat ilkin ödəniş) Bosch Perforator üçün ümumilikdə 353,7 manat olmaqla ondan, 278,1 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 169,2 (yüz altmış doqquz manat, iyirmi qəpik) manat (18 ay x 9.4 manat + 0 manat ilkin ödəniş) HOFFMANN mini soba üçün ümumilikdə 119,9 (yüz on doqquz manat, doxsan qəpik) manat olmaqla ondan, 92,9 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 183,6 manat (6 ay x 30.6 manat + 0 manat ilkin ödəniş) 2 ədəd Xiaomi qulaqlıq üçün ümumilikdə 78,9 manat olmaqla ondan, 60,9 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 117,6 manat (12 ay x 9.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********64522 Nokia 106 Dual, İMEİ kodu **********64415 Nokia 106 Dual markalı telefonlar üçün ümumilikdə 62,3 manat olmaqla ondan, 48,8 manat ödənilməmiş hissə, 13,5 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3495,5 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu mübahisənin məhkəmədən kənar həll olunması ehtimalını azaltmışdır. Buna görə də iddia təmin olunmalıdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilələr bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kod **********56248 iPhone 12 Pro Max markalı mobil telefon, Acer markalı kompüter, Lenovo markalı kompüter, İMEİ kodu **********75144 Samsung Galaxy A51 markalı mobil telefon, “Bosch” markalı perforator, HOFFMANN markalı mini soba, 2 ədəd Xiaomi qulaqlıq və İMEİ kod **********64522 Nokia 106 Dual, İMEİ kod **********64415 Nokia 106 Dual markalı mobil telefonlar qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********56248 iPhone 12 Pro Max markalı mobil telefon üçün 3232,8 manat ödənilməmiş hissə, 831,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Acer markalı komputer üçün 1185,6 manat ödənilməmiş hissə, 323,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Lenovo markalı komputer üçün 629,1 manat ödənilməmiş hissə, 172,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75144 Samsung Galaxy A51 markalı telefon üçün 278,1 manat ödənilməmiş hissə, 82,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən “Bosch” markalı perforator üçün 278,1 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN markalı mini soba üçün 92,9 manat ödənilməmiş hissə, 27 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Xiaomi qulaqlıq üçün 60,9 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********64522 Nokia 106 Dual, İMEİ kod **********64415 Nokia 106 Dual markalı mobil telefonlar üçün 48,8 manat ödənilməmiş hissə, 13,5 manat dəbbə pulu olmaqla, ümumilikdə 7351 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 831,6 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 323,4 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 172,8 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 82,8 manat, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 75,6 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 27 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 18 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 13,5 manat dəbbə azaldılmalı və müvafiq olaraq 15,6 manat, 5,4 manat, 1,8 manat, 1,8 manat, 1,6 manat, 1 manat, 1 manat və 0,5 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3232,8 manat ödənilməmiş hissə, 15,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1185,6 manat ödənilməmiş hissə, 5,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 629,1 manat ödənilməmiş hissə, 1,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 278,1 manat ödənilməmiş hissə, 1,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 278,1 manat ödənilməmiş hissə, 1,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 92,9 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 60,9 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 48,8 manat ödənilməmiş hissə, 0,5 manat dəbbə pulu olmaqla, ümumilikdə 5835 manat pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 93,51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 3232,8 manat ödənilməmiş hissə, 15,6 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1185,6 manat ödənilməmiş hissə, 5,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 629,1 manat ödənilməmiş hissə, 1,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 278,1 manat ödənilməmiş hissə, 1,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 278,1 manat ödənilməmiş hissə, 1,6 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 92,9 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 60,9 manat ödənilməmiş hissə, 1 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 48,8 manat ödənilməmiş hissə, 0,5 manat dəbbə pulu olmaqla, ümumilikdə 5835 manat pul və dövlət rüsumu üçün ödənilmiş 93,51 manat pulun əvəzi alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4877/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4877/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver