Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4879/2022 23.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Vəlizadə Kamal Təbib oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” nin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLE630113 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılması və Cavabdeh 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2022-ci il tarixə 1076,76 manat gecikdirilmiş əsas, 77,79 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 179,98 manat dəbbə pulu olmaqla, cəmi 1334,53 manat borc və 33,75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” nə əsasən 2019-cu il buraxılışlı, “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLE630113 ban nömrəli, ağ rəngli avtomobil müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi” nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən lizinq alan illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385,05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. 11 mart 2020-ci il tarixdə X2, Cavabdeh və İddiaçı MMC arasında MAS-1329 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-1329 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-1329 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 12 avqust 2022-ci il tarixə ümumilikdə 1334,53 manat borcu yaranmışdır. Cavabdeh sonuncu dəfə xx.xx.2022-ciil tarixində ödəniş etmişdir. Sözügedən avtomobil isə hazırda cavabdehdədir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi”ndən görünür ki, X3 (lizinq alan) ilə İddiaçı MMC (lizinq verən) arasında daxili lizinq müqaviləsi bağlanmış və bu müqavilənin şərtlərinə görə lizinq verən lizinq alanın sifariş etdiyi lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 10800 manat təşkil etmişdir. İş materiallarında olan 11 mart 2020-ci il tarixli, MAS-1329 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X3 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X3 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. İş materiallarında olan 11 mart 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 və Cavabdeh, X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” üzrə Cavabdeh 12 avqust 2022-ci il tarixə 1076,76 manat gecikdirilmiş əsas, 77,79 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 179,98 manat dəbbə pulu olmaqla, cəmi 1334,53 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında 11 mart 2020-ci il tarixli, MAS-1329 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 11 mart 2020-ci il tarixli, MAS-1329 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”ndən görünür ki, Cavabdeh (öhdəlikləri qəbul edən) ilə İddiaçı MMC arasında öhdəliklərin ötürülməsi barədə müqavilə bağlanmış və bu müqavilənin şərtlərinə görə öhdəlikləri ötürən X3 ilə İddiaçı MMC arasında bağlanmış “Daxili lizinq müqaviləsi” üzrə X3 İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri Cavabdeh ötürmüş və Cavabdeh isə bu öhdəlikləri, öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etmiş və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüşdür. 11 mart 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X3 və Cavabdeh X1 istifadəsində olan və İddiaçı MMC-nin mülkiyyətində olan Khazar LX markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil təslimini aparmışlar. Hazırda isə avtomobil Cavabdehdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” nə əsasən hesablanmış 179,98 manat cərimə 10 manat məbləğində olmalıdır. Bundan əlavə iş materiallarında olan 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” ndən göründüyü kimi daxili lizinq müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Daxili lizinq müqaviləsinin müddəti 16 oktyabr 2022-ci ildə bitdiyindən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı MMC ilə bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi”nin ləğv edilməsi hissəsində rədd edilməlidir. Həmçinin cavabdeh tərəfindən 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” üzrə öhdəliklər yerinə yetirilmədiyindən, lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLE630113 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün ödədiyi 33,75 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2019-cu il buraxılışlı, «Khazar LX» markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLE630113 ban nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi” üzrə, lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 avqust 2022-ci il tarixə 1076,76 manat gecikdirilmiş əsas, 77,79 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 10 manat dəbbə pulu olmaqla, cəmi 1164,55 manat borc və 33,75 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi İddiaçı MMC ilə bağlanmış 16 oktyabr 2019-cu il tarixli, MAS-1329 saylı “Daxili lizinq müqaviləsi”-nin ləğv edilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4879/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4879/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver