Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-500/2023 09.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı 24 noyabr 1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, bacısı 24 noyabr 1987-ci il təvəllüdlü X7 “USİ-nin davamlı qalıqları, spastik tetraparez” xəstəsidir. Bu səbəbdən bacısına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-nun Abşeron rayon şöbəsi tərəfindən müddətsiz olaraq “1-ci (birinci) qrup əlillik dərəcəsi” müəyyən edilmişdir. Qasımova Aygünün kənar şəxslərin daim xidmət və qulluğuna ehtiyacı vardır. Ərizəyə sübut olaraq əlavə etdiyi sənədləri bacısı Qasımova Aygünün hərəkətlərinin mənasını dərk etmədiyini nəzərə alaraq, hüquqi mənafeyini müdafiə etmək həmçinin təmsil etmək üçün fəaliyyət qabilləyəti olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş X1 şəxslərə haqqında xx.xx.2022-ci il tarixli arayışdan göründüyü kimi o, 1-ci qrup əlil X6 qulluq edən şəxs kimi müəyyən olunmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operatif Sosial Təminat Agentliyi 6 saylı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********1 saylı arayışından göründüyü kimi, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş electron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan şəxs - X6 qulluğa görə aylıq 80 (səksən) manat məbləğində Prezident təqaüdü alır. Göstərilənlərə əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsi X9 məhkəmədə izahatında bildirdi ki, o, X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə etiraz etmir. İş materiallarında olan Abşeron Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 431525 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 24 noyabr 1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 14 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X7 qızında “X13 X14 X11 (İmbesillik Dərəcəsində)”(F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (vaxtından erkən doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zə'ıfliyi ilə əlaqədar təhsil ala bilməməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən "X13nin davamlı qalıqları, spastik tetraparez” İ dərəcə əlil olması) hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual 24 noyabr 1987-ci il təvəllüdlü X7 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərinə rəhbərlik edə bilirmi? Cavab:24 noyabr 1987-ci il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 2-ci sual:24 noyabr 1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab oluna bilərmi? Cavab:24 noyabr 1987-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, 24 noyabr 1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmür və onun öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 14 saylı rəyi ilə tamamilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasının başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan sayıla bilər. Onların üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyətli olmayan sayılmış fiziki şəxsin adından əqdi onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyətli olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 35.7-ci maddəsinə əsasən, qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların hüquq və mənafelərini qorumağa borcludurlar. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 24 noyabr 1987-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-500/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-500/2023
09.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver