Məhkəmə qərarları › İş №e-2(012)-5007/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5007/2022

28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5007/2022 28.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35748 olan X1 20 Ultra markalı mobil telefon üçün 1943,4 manat ödənilməmiş hissə, 582 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 1450,08 manat ödənilməmiş hissə, 240 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı LED TV üçün 710,5 manat ödənilməmiş hissə, 211,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı qulaqlıq və saat üçün 536,94 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57191 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün 248 manat ödənilməmiş hissə, 74,4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81302 olan iPhone 12 markalı mobil telefon üçün 2254 manat ödənilməmiş hissə, 366,48 manat cərimə olmaqla, ümumilikdə 8617 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 106,17 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********35748 olan X1 20 Ultra markalı mobil telefon, Apple markalı saat, Samsung markalı LED TV, Apple markalı qulaqlıq və saat, İMEİ kodu **********57191 olan Samsung Galaxy A51 markalı və İMEİ kodu **********81302 olan iPhone 12 markalı mobil telefonlar almış və nəticədə 8617 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2461,8 manat olan İMEİ kodu **********35748 X1 20 Ultra markalı mobil telefon üçün 1943,4 manat ödənilməmiş hissə, 582 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1450,08 manat olan Apple markalı saat üçün 1450,08 manat ödənilməmiş hissə, 240 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1207,8 manat olan Samsung markalı LED TV üçün 710,5 manat ödənilməmiş hissə, 211,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1902,96 manat olan Apple markalı qulaqlıq və saat üçün 536,94 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1010 manat olan İMEİ kodu **********57191 Samsung Galaxy A51 markalı mobil telefon üçün 248 manat ödənilməmiş hissə, 74,4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3378,7 manat olan İMEİ kodu **********81302 iPhone 12 markalı mobil telefon üçün 2254 manat ödənilməmiş hissə, 366,48 manat cərimə olmaqla, ümumilikdə 8617 manat borcu yaranmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində Apple markalı saatdan imtina etmiş və məhsul 1366,02 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən xx.xx.2021-ci il tarixində yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 358,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin borcu xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 0 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1366,02 manat, ümumilikdə, 1366,02 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 766,5 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 358,2 manat, ümumilikdə, 1124.7 manat təşkil edir. Digər 4 müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 1777,67 manat təşkil edir. Bunlara əsasən iddiaçı tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********35748 olan X1 20 Ultra markalı mobil telefonu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Apple markalı saatı qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Samsung markalı LED TV qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Apple markalı qulaqlıq və saat qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********57191 olan Samsung Galaxy A51 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********81302 olan iPhone 12 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35748 olan X1 20 Ultra markalı mobil telefon üçün 1943,4 manat ödənilməmiş hissə, 582 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 1450,08 manat ödənilməmiş hissə, 240 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı LED TV üçün 710,5 manat ödənilməmiş hissə, 211,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı qulaqlıq və saat üçün 536,94 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57191 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün 248 manat ödənilməmiş hissə, 74,4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81302 olan iPhone 12 markalı mobil telefon üçün 2254 manat ödənilməmiş hissə, 366,48 manat cərimə olmaqla, ümumilikdə 8617 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 582 manat cərimənin məbləği azaldılmalı və 9 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 240 manat cərimənin məbləği azaldılmalı və 5 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 211,2 manat cərimənin məbləği azaldılmalı və 4,2 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə hesablanmış 74,4 manat cərimənin məbləği azaldılmalı və 1,4 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə hesablanmış 366,48 manat cərimənin məbləği azaldılmalı və 8,48 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********35748 olan X1 20 Ultra markalı mobil telefon üçün 1943,4 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2021ci il tarixli müqaviləyə əsasən Apple markalı saat üçün 1450,08 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən Samsung markalı LED TV üçün 710,5 manat ödənilməmiş hissə, 4,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Apple markalı qulaqlıq və saat üçün 536,94 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57191 olan Samsung Galaxy A51 markalı mobil telefon üçün 248 manat ödənilməmiş hissə, 1,4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81302 olan iPhone 12 markalı mobil telefon üçün 2254 manat ödənilməmiş hissə, 8,48 manat cərimə olmaqla, cəmi 7171 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə MPM-nin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ödənilmiş 106,17 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1943,4 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1450,08 manat ödənilməmiş hissə, 5 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 710,5 manat ödənilməmiş hissə, 4,2 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 536,94 manat ödənilməmiş hissə, 0 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 248 manat ödənilməmiş hissə, 1,4 manat cərimə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2254 manat ödənilməmiş hissə, 8,48 manat cərimə olmaqla, ümumilikdə 7171 manat pul və ödənilmiş 106,17 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar