Məhkəmə qərarları › İş №e-2(012)-5041/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5041/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5041/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən İmei kod **********02722 XİAOMİ REDMİ NOTE 13 üçün 275.4 manat ödənilməmiş hissə, 27.54 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 2 ədəd HD GLASS ekran qoruyucu, İmei kod **********78906 SAMSUNG GALAXY A15, İmei kod **********53627 SAMSUNG GALAXYA 15 üçün 406.4 manat ödənilməmiş hissə, 40.64 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən SOYUDUCU HİSENSE üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən VELOSİPED ZİGZAG üçün 123.99 manat ödənilməmiş hissə, 12.40 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən MİNİ SOBAZİMMER üçün 77.77 manat ödənilməmiş hissə, 7.78 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən TOSTER DAEWOO, İZQARAQUİCKS, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 34.2 manat ödənilməmiş hissə, 3.42 manat cərimə, ümumilikdə 1163.54 manat borc, 31.64 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********04664 POCO C65, İmei kod **********02722 XİAOMİ REDMİ NOTE 13, 2 ədəd HD GLASS ekran qoruyucu, İmei kod **********78906 SAMSUNG GALAXY A15, İmei kod **********53627 SAMSUNG GALAXY A15,. SOYUDUCU HİSENSE, VELOSİPED ZİGZAG, MİNİ SOBA ZİMMER, TOSTEDAEWOO, İZQARAQUİCKS, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA2 İL xidmət almış və nəticədə 1163.54 (bir min yüz altmış üç manat 54 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 841.2 (səkkiz yüz qırx bir manat, 20 qəpik) manat (12 ay x 70.1 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********04664 POCO C65, İmei kod **********02722 XİAOMİ REDMİ NOTE 13 üçün ümumilikdə 302.94 (üç yüz iki m anat, 94 qəpik) manat olmaqla, ondan, 275.4 (iki yüz yetmiş beş manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27.54 (iyirmi yeddi manat, 54 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 915.2 (doqquz yüz on beş manat 50 qəpik) manat (18 ay x 50.8 manat + 0.8 manat ilkin ödəniş) olan 2 ədəd HD GLASS ekran qoruyucu, İmei kod **********78906 SAMSUNG GALAXYA15, İmei kod **********53627 SAMSUNG GALAXYA15 üçün ümumilikdə 447.04 (dörd yüz qırx yeddi manat 4 qəpik) manat olmaqla, ondan, 406.4 (dörd yüz altı manat 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40.64 (qırx manat, 64 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 444 (dörd yüz qırx dörd) manat (6 ay x 70 manat + 24 manat ilkin ödəniş) olan SOYUDUCU HİSENSE üçün ümumilikdə 154 (yüz əlli dörd) manat olmaqla, ondan, 140 (yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 247.98 (iki yüz qırx yeddi manat, 98 qəpik) manat (6 ay x 41.33 manat + 0 manat ilkin ödəniş) olan VELOSİPED ZİGZAG üçün ümumilikdə 136.39 (yüz otuz altı manat, 39 qəpik) manat olmaqla, ondan, 123.99 (yüz iyirmi üç manat, 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12.40 (on iki manat, 40 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 199.98 (yüz doxsan doqquz manat, 98 qəpik) manat (18 ay x 11.11 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBAZİMMERüçün ümumilikdə 85.55 (səksən eş manat, 55 qəpik) manat olmaqla, ondan, 77.77 (yetmş yeddi manat, 77 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.78 (yeddi manat, 78 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (6 ay x 11.4 manat + 3.6 manat ilkin ödəniş) olan TOSTER DAEWOO, İZQARAQUİCKS, 2 ədəd QİZİL ZƏMANƏT ULTRA2 İL xidmət üçün ümumilikdə 37.62 (otuz yeddi manat, 62 qəpik) manat olmaqla, ondan, 34.2 (otuz dörd manat, 20 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.42 (üç manat, 42 qəpik) manat cərimə pulu borcu yaranmışdır Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 275.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 290.4 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1096.8 manat təşkil edir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İmei kod **********02722 XİAOMİ REDMİ NOTE 13 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən 2 ədəd HD GLASS ekran qoruyucu, İmei kod **********78906 SAMSUNG GALAXY A15, İmei kod **********53627 SAMSUNG GALAXY A15 markalı telefon qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Zəmanət+1 İl xidməti, SOYUDUCU HİSENSE qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən MİNİ SOBAZİMMER xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən MİNİ SOBA ZİMMER xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən TOSTER DAEWOO, İZQARA QUİCKS xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 275,40 manat ödənilməmiş hissə, 27,54 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 406,40 manat ödənilməmiş hissə, 40,64 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 140,14 manat ödənilməmiş hissə, 14 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 123,99 manat ödənilməmiş hissə, 12,40 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 77,77 manat ödənilməmiş hissə, 7,78 manat cərimə borcu vardır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34,20 manat ödənilməmiş hissə, 3,42 manat cərimə borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dair əsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 27.54 manat cərimə pulunun məbləği azaldılmalı və 0,22 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 40,64 manat cərimə pulunun məbləği azaldılmalı və 1,64 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 14 manat cərimə pulunun məbləği azaldılmalı və 1 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 12,40 manat cərimə pulunun məbləği azaldılmalı və 1,40 manat, xx.xx.2024cü il tarixli müqavilə üzrə hesablanmış 7,78 manat cərimə pulunun məbləği azaldılmalı və 1,78 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 3,42 manat cərimə pulunun məbləği azaldılmalı və 1,20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında altı müqavilə bağlanmasına baxmayaraq, cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 275,40 manat ödənilməmiş hissə, 0,22 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 406,40 manat ödənilməmiş hissə, 1,64 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 140 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 123,99 manat ödənilməmiş hissə, 1,40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 77,77 manat ödənilməmiş hissə, 1,78 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34,2 manat ödənilməmiş hissə, 1,20 manat cərimə olmaqla, ümumilikdə 1065 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 31,64 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 275,40 manat ödənilməmiş hissə, 0,22 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 406,40 manat ödənilməmiş hissə, 1,64 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 140 manat ödənilməmiş hissə, 1 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 123,99 manat ödənilməmiş hissə, 1,40 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 77,77 manat ödənilməmiş hissə, 1,78 manat cərimə və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 34,2 manat ödənilməmiş hissə, 1,20 manat cərimə borcu olmaqla, ümumilikdə 1065 manat və ödənilmiş dövlət rüsumu üçün 31.64 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar