Məhkəmə qərarları › İş №e-2(012)-5061/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5061/2022

29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5061/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisinə görə qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 28 oktyabr 2021-ci il tarixli, NDM-027004 saylı akta əsasən yazılmış olan 213,48 manat məbləğində borcun silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, NDM-027004 saylı akta əsasən yazılmış olan 213,48 manat məbləğində borcun silinməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ilkin olaraq borcun silinməsinə dair eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmə İPM-nin 23, 35 və 85-ci maddələrini rəhbər tutaraq iddianı mümkün hesab etməmiş və işə ümumi məhkəmədə baxılmalı olduğunu qeyd etmişdir. Onun mülkiyyətində Abşeron şəhəri, Masazır qəsəbəsi, Yolun üstü - 1 ünvanında yerləşən ev vardır. İllərdir ailə üzvləriylə birlikdə həmin mənzildə yaşayır və elektrik enerjisinin sərfiyyatına dair məbləği hər ay vaxtıvaxtında ödəyir. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları mənzilinə aid sayğacı yoxladıqdan sonra elektrik sayğacına gələn xəttə müdaxilə olunmasına dair NDM- 027004 saylı akt tərtib etmişlər. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları” na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur aşkar olunmuşdur. Akt tərəfindən imzalanmamışdır. Həmin xx.xx.2021-ci il tarixli, NDM-027004 saylı akt əsasında 213,48 manat məbləğində borc yazılmışdır. Qeyd etmək istəyir ki, sayğaca onun müdaxilə etməyi həm mümkün deyil, həm də marağında deyildir. Belə ki, sayğaca ödənişlər vaxtı-vaxtında olunmuşdur. Onun barəsində heç vaxt hər hansı pul tələbinə dair mübahisə olmamışdır. Sayğac quraşdırılarkən elektrik xətləri cavabdehin nümayəndələri tərəfindən çəkilmişdir. Bununla bərabər qeyd etmək istəyir ki, sayğac quraşdırıldıqdan sonra "xxxx" ASC-nin nümayəndələri dəfələrlə yoxlamalar aparmış və heç bir problem aşkar etməmişlər. Bütün bunlardan başqa ən əsası da ondadır ki, sayğac ümumiyyətlə mənzildən kənarda, yəni çöldə yerləşir, hətta istədikləri halda belə ona müdaxilə edə bilməz. Sayğacın qapağının açarlan "xxxx" ASC-nin nümayəndələrindədir. “Koropkada” olan sayğacın hansının onların olmasından ümumiyyətlə məlumatı yoxdur. Qeyd olunanlara əsasən, o, iddianın tələbinin təmin olumasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixli akta əsasən, abonent İddiaçı 221 manat cərimə edilmişdir. Odur ki o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, NDM 027004 nömrəli aktdan görünür ki, baxış zamanı abonent kodu **********02102 olan sayğacın işləmədiyi aşkar edilmişdir və abonentə 213,48 manat cərimə yazılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, **********02102 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində Satışa nəzarət idarəsinin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur (sayğac işləmir. Belə ki, sayğacın impuls lampası döyünsə də, sayğacın hesablama mexanizmi işləmir.) səbəbilə NDM 027004 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 2268 kVts (213,48 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Aktda qeyd edilən qüsur (sayğac daxili qüsur nəticəsində işləmir və istismara yararsızdır.) Sayğac quraşdırma və uçota nəzarət idarəsinin xx.xx.2021-ci il tarixli 235001 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Abunə haqqında bildiriş vərəqinin təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi, tarif fərqi nəzərə alınmaqla, “Elektrik enerjisindən istifadə Qaydaları” na uyğun olaraq aparılmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı məxsus abonent kodu **********02102 olan fərdi yaşayış evindəki sayğaca baxış keçirilərkən elektrik sayğacındakı qüsur səbəbilə xx.xx.2021-ci il tarixli, NDM 027004 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə iddaçıya 213,48 manat cərimə hesablanmışdır. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********02102 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından abonent kodu **********02102 olan sayğac üzrə hesablanmış 213,48 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları” nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin qaydaların 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində yaxud pilləkan meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 7.12-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçısı, enerjitəchizatı müəssisəsi və istehlakçı öz elektrik qurğularında “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun olaraq texniki nəzarət uçot cihazlarını quraşdırır və istismar edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən Abşeron rayonu, Masazır kəndində yeləşən mənzilə quraşdırılmış abonent kodu **********02102 olan sayğac üzrə xx.xx.2021-ci il tarixli, NDM-027004 saylı akta əsasən qanunsuz hesablanmış 213,48 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar