Məhkəmə qərarları › İş №e-2(012)-5091/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5091/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5091/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 540 manat əsas, 162 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 704 manat əsas, 211 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 437 manat əsas, 131 manat cərimə və xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 306 manat əsas, 92 manat cərimə olmaqla, ümumilikdə, cəmi 2583 manat borc və 46 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ********** saylı VÖEN əsasında fəaliyyət göstərən və Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi olan fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RSK ******* saylı, xx.xx.2019-cu il tarixli RSK ******* saylı, xx.xx.2019-cu il tarixli RSK ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı müqavilələr bağlanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilənin şərtlərinə əsasən, ümumi dəyəri 900 manat olan 1 ədəd “LG” markalı televizor almış, ilkin ödəniş olaraq 36 manat ödəniş etmiş, nəticədə, 864 manat borc yaranmış, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilənin şərtlərinə əsasən, ümumi dəyəri 990 manat olan 1 ədəd “HP” markalı notebook almış, ilkin ödəniş olaraq 30 manat ödəniş etmiş, nəticədə, 960 manat borc yaranmış, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilənin şərtlərinə əsasən, ümumi dəyəri 744 manat olan 1 ədəd “LG” markalı televizor almış, ilkin ödəniş etməmiş, nəticədə, 744 manat borc yaranmış və xx.xx.2019-cu il tarixli ******* saylı müqavilənin şərtlərinə əsasən, ümumi dəyəri 542 manat olan 1 ədəd “LG” Led TV markalı televizor almış, ilkin ödəniş olaraq 20 manat ödəniş etmiş, nəticədə, 522 manat borc yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 36 manat, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 64 manat, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 50 manat və xx.xx.2019cu il tarixli ******* saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti RSK ******* saylı müqavilə üzrə 900 manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə, 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, alqı-satqı qiyməti RSK5722496 saylı müqavilə üzrə 990 manat olan 1 ədəd “HP” markalı notebook üçün ümumilikdə, 704 manat ödənilməmiş hissə, 211 manat dəbbə pulu, alqı-satqı qiyməti RSK5722607 saylı müqavilə üzrə 744 manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə, 437 manat ödənilməmiş hissə, 131 manat dəbbə pulu və alqı-satqı qiyməti Y20K5758048 saylı müqavilə üzrə 542 manat olan 1 ədəd “LG” markalı televizor üçün ümumilikdə, 306 manat ödənilməmiş hissə, 92 manat dəbbə pulu yaranmışdır. Qeyd edilən müqavilələrə əsasən, göstərilən məbləğin ödənilməmiş hissəsi alıcı tərəfindən və ya alıcının müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh 900 manat dəyərində olan aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 36 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh 990 manat dəyərində olan aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 64 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh 744 manat dəyərində olan aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 31 manat ödəniş etmək şərti ilə almışdır. -Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ******* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh 542 manat dəyərində olan aldığı əşyaya görə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 29 manat ödəniş etmək şərti ilə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, cavabdeh müqavilələrə əsasən əşyaları tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 540 manat əsas, 162 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 704 manat əsas, 211 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 437 manat əsas, 131 manat cərimə və xx.xx.2019cu il tarixli ******* saylı müqavilə üzrə 306 manat əsas, 92 manat cərimə olmaqla, ümumilikdə, 2583 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Fiziki şəxsin sahibkarlıq uçotu haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı Vöen: ********** qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Seyidov X1 rayonu Xırdalan şəhəri Ə.Nəvai küçəsi dalan 8, 66 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissəhissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 540 manat ödənilməmiş hissə üzrə hesablanmış 162 manat, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 704 manat ödənilməmiş hissə üzrə hesablanmış 211 manat, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 437 manat ödənilməmiş hissə üzrə hesablanmış 131 manat, xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 306 manat ödənilməmiş hissə üzrə hesablanmış 92 manat cərimələrin azaldılaraq hər birinin 5 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 540 manat əsas, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 704 manat əsas, 5 manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 437 manat əsas, 5 manat cərimə və xx.xx.2019-cu il tarixli ******* saylı müqavilə üzrə 306 manat əsas, 5 manat cərimə olmaqla, ümumilikdə, cəmi 2007 manat borc və 46 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 540 (beş yüz qırx) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 704 (yeddi yüz dörd) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2019-cu il tarixli RSK ******* saylı müqavilə üzrə 437 (dörd yüz otuz yeddi) manat əsas, 5 (beş) manat cərimə və xx.xx.2019cu il tarixli ******* saylı müqavilə üzrə 306 (üç yüz altı) manat əsas, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 2007 (iki min yeddi) manat borc və 46 (qırx altı) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar