Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5170/2025 03.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 komputer üçün 2088 manat ödənilməmiş hissə, 208,80 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 komputer üçün 2088 manat ödənilməmiş hissə, 208,80 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 13 komputer üçün 1969.60 manat ödənilməmiş hissə, 196,96 manat dəbbə, ümumilikdə 6760,16 manat borc, 87,61 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli müqavilələrə əsasən, 3 ədəd APPLE MACBOOK AİR 13 komputer almış və nəticədə 6760.16(altı min yeddi yüz altmış manat, 16 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088 manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 komputer üçün ümumilikdə, 2296,80 manat olmaqla ondan, 2088 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 208,80 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088 manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 komputer üçün ümumilikdə, 2296,80 manat olmaqla ondan, 2088 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 208,80 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088 manat (18 ay x 116 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 komputer üçün ümumilikdə, 2166.56 manat olmaqla ondan,1969,60 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 196,96 manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 118,40 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-cü il,xx.xx.2025-cü il, xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul etdiyini və tələb edilən borcun şişirdildiyini bildirmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən APPLE MACBOOK AİR 13 komputeri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən APPLE MACBOOK AİR 13 komputeri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən APPLE MACBOOK AİR 13 komputeri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2088 manat ödənilməmiş hissə, 208,80 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2088 manat ödənilməmiş hissə, 208,80 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1969,60 manat ödənilməmiş hissə, 196,96 manat dəbbə pulu olmaqla, ümumilikdə 6760,16 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli birinci müqaviləyə əsasən 208,80 manat, xx.xx.2025-ci il tarixli ikinci müqaviləyə əsasən 208,80 manat və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 196,96 manat dəbbə azaldılmalı və müvafiq olaraq 2 manat, 2 manat və 0,40 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2025-ci il tarixli birinci müqaviləyə əsasən, 2088 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2025-ci il tarixli ikinci müqaviləyə əsasən 2088 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1969,60 manat ödənilməmiş hissə, 0,40 manat dəbbə borcu olmaqla, cəmi 6150 manat və dövlət rüsumu üçün 87,61 manat pul alınaraq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli birinci müqaviləyə əsasən, 2088 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2025-ci il tarixli ikinci müqaviləyə əsasən 2088 manat ödənilməmiş hissə, 2 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1969,60 manat ödənilməmiş hissə, 0,40 manat dəbbə borcu olmaqla, cəmi 6150 manat və dövlət rüsumu üçün 87,61 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5170/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5170/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver