Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5246/2023 14.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Playstation 5” üçün 1825 manat olmaqla, ondan, 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “Playstation 5” üçün 1825 manat olmaqla, ondan, 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER üçün 1165,5 manat ödənilməmiş hissə, 349,5 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “FEN DYSON” üçün 1009,92 manat ödənilməmiş hissə, 247,08 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, “LG XBOOM ON5 DJ AUDİO” üçün 329,98 manat ödənilməmiş hissə, 99,02 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, “EPSON L3151” üçün 315,54 manat ödənilməmiş hissə, 46,46 manat dəbbə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00903 SAMSUNG GALAXY markalı tablet üçün 205,8 manat ödənilməmiş hissə, 61,2 manat dəbbə olmaqla, ümumilikdə 7480 manat borcun və 94,80 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, PLAYSTATİON 5, PLAYSTATİON 5, İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER, FEN DYSON, LG XBOOM ON5 DJ AUDİO, EPSON L3151 , İmei kod **********00903 SAMSUNG GALAXY markalı tablet almış və nəticədə 7480(yeddi min dörd yüz səksən) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1553,94 manat (18 ay x 86,33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1825 manat olmaqla ondan 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1553,94 manat (18 ay x 86,33 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1825 manat olmaqla ondan 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1669,5 manat (15 ay x 106 manat + 79,5 manat ilkin ödəniş) olan İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon,APPLE 20W USB-C ADAPTER üçün ümumilikdə, 1515 manat olmaqla ondan, 1165,5 manat ödənilməmiş hissə, 349,5 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1069,92 manat (18 ay x 59.44 manat + 0 manat ilkin ödəniş) olan FEN DYSON üçün ümumilikdə, 1257 manat olmaqla ondan, 1009,92 manat ödənilməmiş hissə, 247,08 manat dəbbə borcu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514,98 manat (3 ay x 166.66 manat + 15 manat ilkin ödəniş) olan LG XBOOM ON5 DJ AUDİO üçün ümumilikdə, 429 manat olmaqla ondan. 329,98 manat ödənilməmiş hissə, 99,02 manat dəbbə borcu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 632,64 (altı yüz otuz iki manat, altmış dörd qəpik) manat (12 ay x 52,72 manat + 0 manat ilkin ödəniş) olan EPSON L3151 üçün ümumilikdə. 362 manat olmaqla ondan, 315,54 manat ödənilməmiş hissə, 46,46 manat dəbbə borcu; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 619,2 manat (18 ay x 34,4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00903 SAMSUNG GALAXY markalı tablet üçün ümumilikdə, 267 manat olmaqla ondan. 205,8 manat ödənilməmiş hissə, 61,2 manat dəbbə borcu miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1659,5 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən “Playstation 5” qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən “Playstation 5” qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kod **********26918 İPHONE 11 64GB markalı telefon, APPLE 20W USB-C ADAPTER qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən “FEN DYSON” qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən “LG XBOOM ON5 DJ AUDİO” qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən “EPSON L3151” qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kod **********00903 SAMSUNG GALAXY markalı tablet qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1165,5 manat ödənilməmiş hissə, 349,5 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1009,92 manat ödənilməmiş hissə, 247,08 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 329,98 manat ödənilməmiş hissə, 99,02 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 315,54 manat ödənilməmiş hissə, 46,46 manat dəbbə və xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, 205,8 manat ödənilməmiş hissə, 61,2 manat dəbbə olmaqla, ümumilikdə 7480 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 361,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 349,5 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 247,08 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 99,02 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 46,46 manat dəbbə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 61,2 manat dəbbə məbləği azaldılmalı və müvafiq olaraq 20,06 manat, 20,06 manat, 20,5 manat, 20,08 manat, 20,02 manat, 10,46 manat və 19,2 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 20,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 20,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1165,5 manat ödənilməmiş hissə, 20,5 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1009,92 manat ödənilməmiş hissə, 20,08 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 329,98 manat ödənilməmiş hissə, 20,02 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 315,54 manat ödənilməmiş hissə, 10,46 manat dəbbə və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 205,8 manat ödənilməmiş hissə, 19,2 manat dəbbə olmaqla, ümumilikdə 6085 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 94,80 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 20,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1463,94 manat ödənilməmiş hissə, 20,06 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1165,5 manat ödənilməmiş hissə, 20,5 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 1009,92 manat ödənilməmiş hissə, 20,08 manat dəbbə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, 329,98 manat ödənilməmiş hissə, 20,02 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 315,54 manat ödənilməmiş hissə, 10,46 manat dəbbə və xx.xx.2021ci il tarixli müqaviləyə əsasən, 205,8 manat ödənilməmiş hissə, 19,2 manat dəbbə olmaqla, ümumilikdə 6085 manat və dövlət rüsumu üçün 94,80 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5246/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5246/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver