Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5296/2025 25.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 4 ədəd X2 2 il Xidməti, İMEİ Kodu **********67157 Samsung Galaxy A25, İMEİ Kodu **********16331 Samsung Galaxy A25, İMEİ Kodu **********35657 Samsung Galaxy A25, İMEİ Kodu **********98377 Samsung Galaxy A25 üçün 3328,82 manat ödənilməmiş hissə, 332,88 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********87994 Samsung Galaxy S23 üçün 1352,04 manat ödənilməmiş hissə, 135,20 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16256 Samsung Galaxy A25 üçün 593,04 manat ödənilməmiş hissə, 59,30 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Apple Airpods 4 qulaqlıq üçün 355,06 manat ödənilməmiş hissə, 35,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6191,86 manat borc və ödənilmiş dövlət rüsumuna görə 81,92 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2024-cü tarixli müqavilələrə əsasən, 4 ədəd X2 2 il Xidməti, İMEİ Kodu **********67157 Samsung Galaxy A25, İMEİ Kodu **********16331 Samsung Galaxy A25, İMEİ Kodu **********35657 Samsung Galaxy A25, İMEİ Kodu **********98377 Samsung Galaxy A25, İMEİ Kodu **********87994 Samsung Galaxy S23, İMEİ Kodu **********16256 Samsung Galaxy A25 və Apple Airpods 4 qulaqlıq almış və 6191,86 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3644,64 manat olan 4 ədəd X2 2 il Xidməti, İMEİ Kodu **********67157 Samsung Galaxy A25, İMEİ Kodu **********16331 Samsung Galaxy A25, İMEİ Kodu **********35657 Samsung Galaxy A25, İMEİ Kodu **********98377 Samsung Galaxy A25 üçün 3328,82 manat ödənilməmiş hissə, 332,88 manat dəbbə pulu, alqı-satqı qiyməti 1391,04 manat olan İMEİ Kodu **********87994 Samsung Galaxy S23 üçün 1352,04 manat ödənilməmiş hissə, 135,20 manat dəbbə pulu, alqı-satqı qiyməti 593,04 manat olan İMEİ Kodu **********16256 Samsung Galaxy A25 üçün 593,04 manat ödənilməmiş hissə, 59,30 manat dəbbə pulu, alqı-satqı qiyməti 405,96 manat olan Apple Airpods 4 qulaqlıq üçün 135,51 manat ödənilməmiş hissə, 35,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 6191,86 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 405,72 manat təşkil edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 4 ədəd X2 2 il Xidməti, İMEİ Kodu **********67157 Samsung Galaxy A25, İMEİ Kodu **********16331 Samsung Galaxy A25, İMEİ Kodu **********35657 Samsung Galaxy A25, İMEİ Kodu **********98377 Samsung Galaxy A25 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********87994 Samsung Galaxy S23 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********16256 Samsung Galaxy A25 almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Apple Airpods 4 qulaqlıq almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 4 ədəd X2 2 il Xidməti, İMEİ Kodu **********67157 Samsung Galaxy A25, İMEİ Kodu **********16331 Samsung Galaxy A25, İMEİ Kodu **********35657 Samsung Galaxy A25, İMEİ Kodu **********98377 Samsung Galaxy A25 üçün Cavabdeh 3328,82 manat ödənilməmiş məbləğ və 332,88 manat dəbbə pulu, İMEİ Kodu **********87994 Samsung Galaxy S23 üçün 1352,04 manat ödənilməmiş hissə, 135,20 manat dəbbə pulu İMEİ Kodu **********16256 Samsung Galaxy A25 üçün 593,04 manat ödənilməmiş hissə, 59,30 manat dəbbə pulu, Apple Airpods 4 qulaqlıq üçün 355,06 manat ödənilməmiş hissə, 35,51 manat dəbbə pulu olmaqla ümumilikdə 6191,86 manat borcu vardır. -Təhvil-təslim aktından görünür ki, alıcı müqavilə üzrə əşyanı ABC-Telecom MMCdən tam qüsursuz halda təhvil almışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2006-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1can Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hesablanmış 332,88 manat məbləğində cərimə 10 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hesablanmış 135,20 manat məbləğində cərimə 5 manat, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, hesablanmış 59,30 manat məbləğində cərimə 5 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 35,51 manat məbləğində cərimə 5 manat məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğundur. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 81,92 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 3328,82 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1352,04 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 593,04 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 355,06 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, cəmi 5653,96 (beş min altı yüz əlli üç manat doxsan altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 81,92 (səksən bir manat doxsan iki qəpik) manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov