Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5299/2025 30.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1482.12 manat ödənilməmiş hissə, 148.21 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün 1460.16 manat ödənilməmiş hissə, 146.02 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən ZƏMANƏT + 3 İL xidməti, İmei kod **********76247 SAMSUNG GALAXY A55, RASTAR oyuncaq maşın, SAMSUNG CHARGER üçün 1351.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 135.11 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH SE 2 qol saatı üçün 599.94 manat ödənilməmiş hissə, 59.99 manat dəbbə, ümumilikdə 5406.23 manat borc və 74.07 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən. 2 ədəd PLAYSTATİON 5, ZƏMANƏT + 3 İL xidməti, İmei kod **********76247 SAMSUNG GALAXY A55, RASTAR oyuncaq maşın, SAMSUNG CHARGER, APPLE WATCH SE 2 qol saatı almış və nəticədə 5406.23 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1482.12 manat (18 ay x 82.34 manat + 0 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1630.33 manat olmaqla ondan, 1482.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 148.21 manat dəbbə pulu ,xx.xx.2025- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1480.16 manat (18 ay x 81.12 manat + 20 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 üçün ümumilikdə, 1606.18 manat olmaqla ondan, 1460.16 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.02 manat dəbbə pulu ,xx.xx.2025- cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1351.08 manat (18 av x 75.06 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, İıııei kod **********76247 SAMSUNG GALAXY A55, RASTAR oyuncaq maşın, SAMSUNG CHARGER üçün ümumilikdə, 1509.79 manat olmaqla ondan, 1351.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 135.11 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 794.94 manat (18 ay x 33.33 manat + 195 manat ilkin ödəniş) olan APPLE WATCH SE 2 qol saatı üçün ümumilikdə, 659.93 manat olmaqla ondan. 599.94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59.99 manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 215 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025- ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki. cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbini digər hissələrdə müdafiə etdiyini bildirərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən APPLE WATCH SE 2 qol saatı üçün 599.94 manat ödənilməmiş hissə, 59.99 manat dəbbə borcunun cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirmiş və onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddianı tam şəkildə qəbul etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən APPLE Watch qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kod **********76247 SAMSUNG GALAXY A55 markalı telefon , RASTAR oyuncaq maşın, SAMSUNG CHARGER qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən PLAYSTATİON 5 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən PLAYSTATİON 5 qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1482.12 manat ödənilməmiş hissə, 148.21 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1460.16 manat ödənilməmiş hissə, 146.02 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1351.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 135.11 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 599.94 manat ödənilməmiş hissə, 59.99 manat dəbbə olmaqla, ümumilikdə 5406.23 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 148.21 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 146.02 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 135.11 manat dəbbə və xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 59.99 manat dəbbə azaldılmalı və müvafiq olaraq 6 manat, 5 manat, 1,1 manat və 1 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1482.12 manat ödənilməmiş hissə, 6 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1460.16 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1351.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 1,1 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 599.94 manat ödənilməmiş hissə, 1 manat dəbbə borcu olmaqla, cəmi 4930 manat və dövlət rüsumu üçün 74,07 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 74,07 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 1482.12 manat ödənilməmiş hissə, 6 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1460.16 manat ödənilməmiş hissə, 5 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 1351.08 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum, 1,1 manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 599.94 manat ödənilməmiş hissə, 1 manat dəbbə borcu olmaqla, cəmi 4930 manat və dövlət rüsumu üçün 74,07 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5299/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5299/2025
30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver