Məhkəmə qərarları › İş №e-2(012)-5334/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5334/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5334/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 06 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyətə dair JN-561, KOD 30800118 nömrəli dövlət aktının Azərbaycan Respublikası vətəndaşının AZE ******** saylı şəxsiyyət vəsiqəsinə uyğun olaraq Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1964-cü ildə anadan olmuşdur. Ailə üzvləri ilə birgə 14 dekabr 2018-ci il tarixdə X5, Abşeron rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,45 ha təşkil edən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətində çıxarış almağı və digər hüquqları etibar etmişdir. X10 ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinə hüquqların qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi Dairəsindən verilən cavabda, qeyd edilən torpağa dair ad, soyad və ata adında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, JN-561 nömrəli dövlət aktında hüquq sahibləri “X22”, “X17”, “X20”, “X7” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X22”, “X17”, “X20”, “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Göründüyü kimi, tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və ərizəçi həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili-nümayəndəsi Nümayəndə ərizədə göstərilənləri təsdiq edərək, ərizədə yazılanlara uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkil-nümayədəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən və Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X8 xx xxxxxx 1964-cü ildə Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuş, atası X6, anası X9r. Mülki iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayon, Çarhan kənd icra nümayəndəliyi tərəfindən X22 və X3 nikahı haqqında 26 iyul 1982-ci il tarixdə 29 №-li akt qeydi tərtib olunmuş, arvada “Xasayeva” soyadı verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən X18 və digərlərinə məxsus 0,45 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 01 avqust 2022-ci il tarixli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-561 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən hüquq sahiblərinin ad, ata adı və soyadları ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, ata adı və soyadları arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-561 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında hüquq sahibləri ardıcıl olaraq “X22”, “X17”, “X20”, “X7” göstərildiyi halda, şəxsiyyəti təsdiq edən sənəddə müvafiq olaraq “X22”, “X17”, “X20”, “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq ərizənin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan xx.xx.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-561, KOD 30800118 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi sakini X18, X11, X13, X4 Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 saylı qərarı ilə 0.45 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli müraciətə baxılması barədə bildirişdə qeyd olunmuşdur ki, torpaq sahəsinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin müraciətinə əlavə edilmədiyindən Abşeron rayonu, Novxanı kəndində yerləşən X18 və digərlərinə məxsus 0,45 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 19 oktyabr 2022-ci il tarixli ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, iş materiallarında olan sübutlar ilə müəyyən olundu ki, xx.xx.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-561, KOD 30800118 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət X1 kimi qeyd edilən şəxsin xx.xx.1964-cü il tarixdə anadan olmuş Ərizəçi olması müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-561, KOD 30800118 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixdə Abşeron rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-561, KOD 30800118 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar