Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5450/2022 05.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Samsung LED TV üçün 506,4 manat ödənilməmiş hissə, 50,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən HOFFMANN markalı soyuducu üçün 61 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı mobil telefon üçün 194,7 manat ödənilməmiş hissə, 19,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən SAMSUNG markalı tozsoran, Trimmer Panasonic üçün 275,7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Foriella-Dnepr yataq dəsti üçün 132,4 manat ödənilməmiş hissə, 13,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı mobil telefon üçün 11 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 1298 manat borc və ödənilmiş dövlət rüsumuna görə 32,98 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED TV, soyuducu HOFFMANN, İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı telefon, tozsoran SAMSUNG, Trimmer Panasonic, Foriella-Dnepr yataq dəsti, İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı telefon almışdır. Cavabdehin xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilələri xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir və restrukturizasiyadan sonra nəticədə 1298 manat borc yaranmışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən, alqı-satqı qiyməti 585,42 manat (21 ay x 26,61 manat + 26,61 manat ilkin ödəniş) olan Samsung LED TV üçün ümumilikdə 557 manat olmaqla ondan, 506,4 manat ödənilməmiş hissə, 50,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən alqı-satqı qiyməti 126,6 manat (5 ay x 21,1 manat + 21,1 manat ilkin ödəniş) olan Soyuducu HOFFMANN üçün ümumilikdə 67 manat olmaqla ondan, 61 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən alqı-satqı qiyməti 259,6 manat (19 ay x 12,98 manat + 12,98 manat ilkin ödəniş) olan İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 214 manat olmaqla ondan 194,7 manat ödənilməmiş hissə, 19,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən alqı-satqı qiyməti 366,08 manat (25 ay x 14,08 manat + 14,08 manat ilkin ödəniş) olan Tozsoran SAMSUNG, Trimmer Panasonic üçün ümumilikdə 303 manat olmaqla, ondan 275,7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən alqı-satqı qiyməti 221,76 manat (15 ay x 13,86 manat + 13,86 manat ilkin ödəniş) olan Foriella- Dnepr yataq dəsti üçün ümumilikdə 146 manat olmaqla ondan 132,4 manat ödənilməmiş hissə, 13,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 400 manat (20 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 11 manat olmaqla ondan 11 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 778,26 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Samsung LED TV qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən HOFFMANN markalı soyuducu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən SAMSUNG markalı tozsoran, Trimmer Panasonic qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən Foriella-Dnepr yataq dəsti qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı mobil telefon qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən görünür ki, xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2018-ci il tarixli müqavilələri restrukturizasiya edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Samsung LED TV üçün 506,4 manat ödənilməmiş hissə, 50,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən HOFFMANN markalı soyuducu üçün 61 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı mobil telefon üçün 194,7 manat ödənilməmiş hissə, 19,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən SAMSUNG markalı tozsoran, Trimmer Panasonic üçün 275,7 manat ödənilməmiş hissə, 27,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Foriella-Dnepr yataq dəsti üçün 132,4 manat ödənilməmiş hissə, 13,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı mobil telefon üçün 11 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 1298 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 50,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 6 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən hesablanmış 19,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən hesablanmış 27,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən hesablanmış 13,6 manat cərimə pulunun məbləği azaldılmalı və müvafiq olaraq 5,6 manat, 1 manat, 2,3 manat, 3,3 manat və 1,6 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Samsung LED TV üçün 506,4 manat ödənilməmiş hissə, 5,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən HOFFMANN markalı soyuducu üçün 61 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən İMEİ kodu **********99178 Samsung Galaxy A10 markalı mobil telefon üçün 194,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən SAMSUNG markalı tozsoran, Trimmer Panasonic üçün 275,7 manat ödənilməmiş hissə, 3,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən Foriella-Dnepr yataq dəsti üçün 132,4 manat ödənilməmiş hissə, 1,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22946 Samsung Galaxy A10 markalı mobil telefon üçün 11 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 1195 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 32,98 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən 506,4 manat ödənilməmiş hissə, 5,6 manat cərimə pulu, xx.xx.2019cu il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən 61 manat ödənilməmiş hissə, 1 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən 194,7 manat ödənilməmiş hissə, 2,3 manat cərimə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən 275,7 manat ödənilməmiş hissə, 3,3 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən 132,4 manat ödənilməmiş hissə, 1,6 manat cərimə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 11 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu olmaqla, ümumilikdə 1195 manat və ödənilmiş dövlət rüsumu üçün 32,98 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5450/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5450/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver