Məhkəmə qərarları › İş №e-2(012)-5458/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5458/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5458/2025 10.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətlı̇ Cəmı̇ yyətinin ċavabdeh Cavabdeh qarşı alqısatqı müqaviləsi üzrə mübahisələr tələbinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER,HUAWEİ FREEBUDS SE 2 QULAQLİQ üçün 51,11 manat ödənilməmiş hissə, 5,11 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KOD **********13778 SAMSUNG GALAXY A24üçün 250 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən TOZSORAN PHİLİPS,ÜTÜ PHİLİPS üçün 243,6 manat ödənilməmiş hissə, 24,36 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİNİ SOBA HOFFMAN,ÜTÜ TEFAL markalı telefon üçün, 97,76 manat ödənilməmiş hissə, 9,78 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ZƏMANƏT+3 İL XİDMƏTİ,TRİMMER PANASONİC,CASİO QOL SAATİ üçün 96,23 manat ödənilməmiş hissə, 9.62 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, MİKSER PANASONİC,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 36,5 manat ödənilməmiş hissə, 3,65 manat dəbbə pulu, olmaqla, ümumilikdə 852,72 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş3.06.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********36114 SAMSUNG GALAXY A05S, SAMSUNG CHARGER, HUAWEİ FREEBUDS SE 2 qulaqlıq, İmei kod **********13778 SAMSUNG GALAXY A24, TOZSORAN PHİLİPS, ÜTÜPHİLİPS, MİNİ SOBA HOFFMANN, ÜTÜ TEFAL, ZƏMANƏT + 3 İL xidməti, TRİMMER PANASONİC, CASİO qol saatı, MİKSEPANASONİC, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməatlimış və nəticədə 852.72 (səkkiz yüz əlli iki manat, 72 qəpik) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 520.92 (beş yü ziyirmi manat, 92 qəpik) manat (18 ay x 28.94 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********36114 SAMSUNG GALAXYA05S, SAMSUNG CHARGER, HUAWEİ FREEBUDS SE 2 qulaqülıçqün ümumilikdə 56.22 (əlli altı mnat, 22 qəpik) manat olmaqla, ondan, 51.11 (əlli bir manat 11 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.11 (beş manat, 11 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 500.4 (beş yüz manat, 40 qəpik) manat (18 ay x 27.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********13778 SAMSUNG GALAXY A2ü4çün ümumilikdə 275 (iki yüz yetmiş beş) manat olmaqla, ondan, 250 (iki yüz əlli) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 549.9 (beş yüz qırx doqquz manat, 90 qəpik) manat (18 ay x 30.55 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN PHİLİPS, ÜTÜ PHİLİPS üçün ümumilikdə 267.96 (iki yüz altmış yeddi m anat 96 qəpik) manat olmaqla, ondan, 243.6 (iki yüz qırx üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24.36 (iyirmi dörd manat, 36 qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 439.92 (dörd yüz otuz doqquz manat, 92 qəpik) manat (18 ay x 16.13 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBAHOFFMANN, ÜTÜ TEFAüçLün ümumilikdə 107.54 (yüz yeddi manat, 54 qəpik) manat olmaqla, ondan, 97.76 (doxsan yeddi mnat, 76 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.78 (doqquz manat, 78 qəpik) manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 290.34 (iki yüz doxsan manat, 34 qəpik) manat (18 ay x 16.13 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, TRİMMER PANASONİC, CASİO qol saüaçtüı n ümumilikdə 105.85 (yüz beş manat, 85 qəpik) manat olmaqla, ondan, 96.23 (doxsan altı manat 23 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.62 (doqquz manat, 62 qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 171 (yüz yetmiş bir) manat (18 ay x 9.5 manat + 0 manat ilkin ödəniş) olan MİKSER PANASONİC, QİZİL ZƏMANƏT ULTRA2 İL xidmüəçtüi n ümumilikdə 40.15 (qırx manat, 15 qəpik) manat olmaqla, ondan, 36.5 (otuz altı manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.65 (üç manat, 65 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2024-ci il tarixində İmei kod **********36114 SAMSUNG GALAXY A05S markalı telefondan imtina etmiş və məhsul 387 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehinxx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 82.81 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 387 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 1227.47 manat təşkil edir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq, mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı, mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -xx.xx.2024-cü il tarixli 04077854 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh SAMSUNG CHARGER,HUAWEİ FREEBUDS SE 2 QULAQLİQ almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli 03568976 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Qızıl zəmanət Ultra 3 İl xidməti, İMEİ kodu **********72363 Honor X8B marka telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli ********* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh TOZSORAN PHİLİPS,ÜTÜ PHİLİPSalmış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli, 02976295 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh MİNİ SOBA HOFFMAN,ÜTÜ TEFAL markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-cü il tarixli 04096446 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh ZƏMANƏT+3 İL XİDMƏTİ,TRİMMER PANASONİC,CASİO QOL SAATİ almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh MİKSER PANASONİC,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidmətialmış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2024-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, SAMSUNG CHARGER,HUAWEİ FREEBUDS SE 2 QULAQLİQ üçün 51,11 manat ödənilməmiş hissə, 5,11 manat dəbbə pulu, İMEİ KOD **********13778 SAMSUNG GALAXY A24 üçün 250 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, TOZSORAN PHİLİPS,ÜTÜ PHİLİPS üçün 243,6 manat ödənilməmiş hissə, 24,36 manat dəbbə pulu, MİNİ SOBA HOFFMAN,ÜTÜ TEFAL markalı telefon üçün, 97,76 manat ödənilməmiş hissə, 9,78 manat dəbbə pulu, MİKSER PANASONİC,QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 36,5 manat ödənilməmiş hissə, 3,65 manat dəbbə pulu, olmaqla ümumilikdə 852,72 manat borcu vardır. -Təhvil-təslim aktından görünür ki, alıcı müqavilə üzrə əşyanı ABC-Telecom MMCdən tam qüsursuz halda təhvil almışdır. -İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2006-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1can Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə əşya almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ : Ərizə təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 51,11 manat ödənilməmiş hissə, 5,11 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 250 manat ödənilməmiş hissə, 25 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 243,6 manat ödənilməmiş hissə, 24,36 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 97,76 manat ödənilməmiş hissə, 9,78 manat dəbbə pulu xx.xx.2024cü il tarixli müqaviləyə əsasən 96,23 manat ödənilməmiş hissə, 9,62 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 36,5 manat ödənilməmiş hissə, 3,65 manat dəbbə pulu olmaqla, cəmi 852,72 (səkkiz yüz əlli iki manat yetmiş iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar