Məhkəmə qərarları › İş №e-2(012)-55/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-55/2025

24.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-55/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü km-də, 39T 0386655; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük- Şor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü km-də, 39T 0386655; ******* saylı koordinatlar üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş yaşayış evi və hasar faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işlərinin, bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması, boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması, torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənlərə əsasən SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü kmdə, 39T 0386655; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor- Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülməsi barədə iddia qaldırmışlar. İddiaları əsasında məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 16 sentyabr 2024-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin yeraltı neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Onlar ekspert rəyi ilə tam razıdırlar. Verilmiş suallara cavabında qeyd edir ki, sözügedən ərazidə yerləşən neft kəməri istimara yararlıdır və strateji əhəmiyyət kəsb edir. İş materiallarında olan akt iddiaçı təşkilatın təhlükəsizlik idarəsi tərəfindən tərtib edilmişdir. Dəfərlərlə xəbərdarlıq edilsə də, cavabdeh tərəf heç bir tədbir görməmişdir. Kəmərin mühafizə zonasında tikili inşa etmək və orda yaşamaq insanlar üçün çox təhlükəlidir. Təşkilat olaraq 48-49 metr məsafədə yerləşən tikililərin söküntüsü ilə bağlı məhkəməyə iddia ərizələri ilə müraciət edirlər. Cavabdehə məxsus tikili isə kəmərin mühafizə zonasının 5 mertliyində yerləşir. Bu isə olduqca çox təhlükəlidir. Birinci əsas önəmli faktor insan həyatdır. Hətta qarşı tərəfin mülkiyyət sənədi olsa belə, onlar insan təhlükəsizliyini əsas götürərək iddia ilə məhkəməyə müraciət edir və Azərbaycan Respublikası Ali Məhkəməsinə qədər verdikləri iddialarını müdafiə edirlər. Göstərilənlərə əsasən SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3cü km-də, 39T 0386655; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan qarovul rəisi X7, mühafizəçi X5 və mühafizəçi X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixində 8 saylı qarovul 1-ci iş növbəsində saat 15:30-da 17-18 saylı postların ərazisində (Abşeron rayonu, Ceyranbatan qəsəbəsi) Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü km-də, 39 T 0386655; ******* saylı koordinat üzrə, kəmərə paralel, 1-ci sırada kəmərdən təqribən 5 metr aralı məsafədə, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsinin mövcud hasarının üzərində 3 mişar daşı hündürlüyündə 20 metr uzunluğunda yeni hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu özünü ev sahibəsi kimi təqdim edən X2 izah edilərək görülən işin dayandırılması və sökülməsi tələb edilmiş, lakin o evi yeni aldığını, sənədlərinin dəyişilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətində olduğunu, xx.xx.2023-cü il tarixdə götürəcəyini bildirərək sökməkdən imtina etmişdir. Qeyd olunanlarla əlaqədar əlavə işlərin aparılmaması üçün həmin şəxs tərəfindən sənəd təqdim edilmədiyi üçün şifahi xəbərdarlıq edilmiş və faktla bağlı ərazi üzrə icra nümayəndəsinə də məlumat verilmişdir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi yeraltı neft kəmərinin mühafizə zonasında yerləşir. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 16 sentyabr 2024-cü il tarixli, 10/6816 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-2/-332/2-4954/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasına əsasən Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin yeraltı neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi adlanan ərazidə Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar inşa olunmuşdur. Yeraltı neft kəmərinin mühafizə zonasında yerləşdiyi üçün iddiaçı həmin fərdi yaşayış evi və hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara daxildir: dövlət obyektlərinin-dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, maqistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərüffatı obyektlərinin yerləşdiyi torpaqları və sair. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən əhali və ətraf mühit üçün təhlükə yaradan partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir. Həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya yikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, SOCAR-ın İddiaçı istismarında olan Böyük-Şor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü km-də, 39T 0386655; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında Cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülməli, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “fərdi yaşayış evi və hasar cavabdehin hesabına söküldükdən sonra ərazidən çıxarılması” hissəsinə münasibətdə isə qeyd edir ki, fərdi yaşayış evinin və hasarın cavabdehin hesabına sökülməsi özündə söküldükdən sonra ərazidən çıxarılmasını da ehtiva edir. Ona görə də məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi təkrarçılığa yol verdiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin materiallarından görünür ki, iddia ərizəsini verilməsinə görə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğindəki dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyük-Şor- Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 30.3-cü km-də, 39T 0386655; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə paralel, kəmərdən təqribən 5 metr aralı məsafədə, neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar cavabdehin hesabına sökülsün. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Dövlət Neft Şirkətinin İddiaçındən 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar