Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-563/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X4 Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə mülki işə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X10 Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4985 manat və ödənilmiş dövlət rüsumuna görə 69,85 manat olmaqla, ümumilikdə 5054,85 manat məbləğində pulun iddiaçı “İcbari Sığorta Bürosu” X4 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkət tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə X5 adına sığortalanmış "xxxx" markalı, 99PE946 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində Xırdalan şəhərində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X7, X9, X3 və X1 nəqliyyat vasitələrinə (əmlaklarına) maddi zərər vurulmuşdur. Yuxarıda göstərilən hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənlərə cəmi 4985 manat sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən yayınmışdır. Belə ki, xx.xx.2020-ci il tarixində Abşeron rayon DYPŞ tərəfindən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş qaydada (hadisə yerindən yayınmaya görə) TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar qəbul olunmuş və 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ASC "xxxx" Sığorta Şirkətinin müflis elan edilməsi qət olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan “İcbari Sığorta” Müqaviləsinə dair məlumatdan müəyyən edilir ki, X8 məxsus "xxxx" markalı, 99PE946 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə ASC "xxxx" Sığorta Şirkəti tərəfindən 1 il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat, bir şəxs üçün sağlamlığa vurulan zərərə görə 5000 manat və bir hadisə üzrə sağlamlığa vurulan zərərə görə 50000 manat sığorta məbləğində icbari sığorta növü üzrə sığortalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 01:30 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində Cavabdeh "xxxx" markalı, 99PE946 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol verdiyi inzibati xəta görə İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Mülki işin materiallarından olan “X13 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 2018-ci il buraxılışlı, tünd göy rəngli, KMHF341HBJA177447 Ban nömrəli, “Hyundai Grandeur” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3970 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 2620,00 manat; təmir işlərinin qiyməti - 1350,00 manat. İşdə olan “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 2018-ci il buraxılışlı, tünd göy rəngli, KMHF341HBJA177447 Ban nömrəli, “Hyundai Grandeur” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2000 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 1600,00 manat; təmir işlərinin qiyməti - 400,00 manat. İşdə olan “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 2008-ci il buraxılışlı, ağ rəngli, KMHSH81DP9U441109 Ban nömrəli, “X17” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmirbərpa xərcinin 300 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 170,00 manat; təmir işlərinin qiyməti - 130,00 manat. İşdə olan “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 2001-ci il buraxılışlı, qara metallik rəngli, WDB2100621B330409 Ban nömrəli, “Mercedes Benz-E 240” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1500 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 630,00 manat; təmir işlərinin qiyməti - 870,00 manat. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 2001-ci il buraxılışlı, qara metallik rəngli, WDB2100621B330409 Ban nömrəli, “Mercedes Benz-E 240” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3310 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 1800,00 manat; təmir işlərinin qiyməti - 1510,00 manat. İşdə olan “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, 1994-cü il buraxılışlı, WDB2020221F174712 Ban nömrəli, “Mercedes 220” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1200 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 520,00 manat; təmir işlərinin qiyməti - 680,00 manat. Mülki işin materiallarından olan bir sıra (4 ədəd) ödəniş tapşırıqlarının surətlərindən görünür ki, “İcbari Sığorta Bürosu” X10 tərəfindən yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 4985 (1485+300+1200+2000) manat vəsait ödənilmişdir. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/813/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X13 Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktında 2018-ci il buraxılışlı, tünd göy rəngli, KMHF341HBJA177447 Ban nömrəli, “Hyundai Grandeur” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3320 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 1970 manat; təmir işlərinin qiyməti - 1350 manat. “X13 Departamenfi tərəfindən tərtib ediimiş xx.xx.2020-ci il tarixli ziyan aktında2018-ci il buraxılışlı, tünd göy rəngli, KMHF341HBJA177447 Ban nömrəli, “Hyundai Grandeur” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 2000 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri – 1600 manat; təmir işlərinin qiyməti - 400 manat. “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktında 2008-ci il buraxılışlı, ağ rəngli, KMHSH81DP9U441109 Ban nömrəli, “X17” markalı, **-CF- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 300 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 70 manat; təmir işlərinin qiyməti - 230 manat. “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktında 2001-ci il buraxılışlı, qara metallik rəngli, WDB2100621B330409 Ban nömrəli, “Mercedes Benz-E 240” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1500 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 550 manat; təmir işlərinin qiyməti - 950 manat. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktında 2001-ci il buraxılışlı, qara metallik rəngli, WDB2100621B330409 Ban nömrəli, “Mercedes Benz-E 240” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 3205 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 1405 manat; təmir işlərinin qiyməti - 1800 manat. “Sığorta Hadisələri və X2” tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktında 1994-cü il buraxılışlı, WDB2020221F174712 Ban nömrəli, “Mercedes 220” markalı, **-DM- *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 1200 manat məbləğində olduğu müəyyən edilmişdir, o cümlədən: dəyişilməli hissələrin dəyəri - 520 manat; təmir işlərinin qiyməti - 680 manat. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 01:30 radələrində Xırdalan şəhəri, H.Əliyev prospektində "xxxx" markalı, 99PE946 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hyundai Grandeur markalı, ** CD *** dövlət qeydiyyat nişanlı, Hyundai Santa-Fe markalı, ** CF *** dövlət qeydiyyat nişanlı, Mercedes-220 markalı, ** DM *** dövlət qeydiyyat nişanlı və Mercedes-Benz E-240 markalı, ** RA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuş, buna görə də onun barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxslərə “İcbari Sığorta Bürosu” X10 tərəfindən ümumilikdə 4985 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində də dəymiş ziyanın ümumi məbləğinin 4985 manatdan az olmadığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh sığorta ödənişi üçün 4985 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X6 ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 69,85 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq iddiaçı “İcbari Sığorta Bürosu” X6, aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 4985 manat və ödənilmiş dövlət rüsumuna görə 69,85 manat məbləğində pul vəsaiti tutularaq “İcbari Sığorta Bürosu” X6 ödənilsin. Aparılmış ekspert tədqiqatının dəyəri kimi 100 manat pul Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-563/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-563/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver