Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5877/2023 26.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı müqaviləyə əsasən 135 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı müqaviləyə əsasən 1245 manat əsas, 373 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqaviləyə əsasən 1190 manat əsas, 357 manat dəbbə pulu və 54 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3394 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağaza ("xxxx" LTD MMC) ilə Cavabdeh arasında xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Y20K5703506 saylı, Y20K5740296 saylı və Y20K5758335 saylı hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5703506 saylı, Y20K5740296 saylı və Y20K5758335 saylı müqavilələr üzrə iddiaçı "xxxx" LTD MMC 359 manat dəyəri olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefonu, 1749 manat dəyəri olan 1 ədəd “LG” markalı televizoru və 1210 manat dəyəri olan 1 ədəd “Beko” markalı soyuducu Cavabdeh hissə-hissə ödənişlə satmaq öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı müqavilə üzrə 23 manat ilkin ödəniş olmaqla, qalan 336 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 28 manat olmaqla, hər ayın 20-dək, xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı müqavilə üzrə 174 manat ilkin ödəniş olmaqla, qalan 1575 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 105 manat olmaqla, hər ayın 12-dək və xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 1200 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 50 manat olmaqla, hər ayın 25-dək ödəmək öhdəliyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilələr üzrə öhdəliklər lazimi qaydada icra edilməmiş, nəticədə onun xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı müqavilə üzrə 135 manat əsas, 40 manat dəbbə pulu olmaqla, cəmi 175 manat, xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı müqavilə üzrə 1245 manat əsas, 373 manat dəbbə pulu olmaqla, cəmi 1618 manat borcu və xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqaviləyə əsasən 1190 manat əsas, 357 manat dəbbə pulu olmaqla, cəmi 1547 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 5 manat ödəniş, xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 15 manat və xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 manat ödəniş edilmişdir. İddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Belə olan halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan ("xxxx" LTD MMC) Cavabdeh 359 manat dəyərində olan 1 ədəd “Samsung Galaxsy J4” markalı telefonu nisyə almış və müqavilə üzrə 23 manat ilkin ödəniş olmaqla, qalan 336 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 28 manat olmaqla, hər ayın 20-dək malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan ("xxxx" LTD MMC) Cavabdeh 1749 manat dəyərində olan 1 ədəd “LG” markalı televizoru nisyə almış və müqavilə üzrə 174 manat ilkin ödəniş olmaqla, qalan 1575 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 105 manat olmaqla, hər ayın 12-dək malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağazadan ("xxxx" LTD MMC) Cavabdeh 1210 manat dəyərində olan 1 ədəd “Beko” markalı soyuducunu nisyə almış və müqavilə üzrə 10 manat ilkin ödəniş olmaqla, qalan 1200 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 50 manat olmaqla, hər ayın 25-dək malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli Y20K5703506 saylı, xx.xx.2019-cu il tarixli Y20K5740296 saylı və xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqavilələrə əsasən İddiaçı 135 manat əsas, 40 manat dəbbə pulu; 1245 manat əsas, 373 manat dəbbə pulu; 1190 manat əsas, 357 manat dəbbə pulu olmaqla cəmi 3340 manat borcu vardır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı rəsmi qaydada bildiriş göndərilmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə borcu pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli, Y20K5703506 saylı müqavilə üzrə hesablanmış 40 manat dəbbə pulunun məbləği azaldılmalı və 1 manat, xx.xx.2019-cu il tarixli, Y20K5740296 saylı müqavilə üzrə hesablanmış 373 manat dəbbə pulunun məbləği azaldılmalı və 12 manat, xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqavilə üzrə hesablanmış 357 manat dəbbə pulunun məbləği azaldılmaı və 11 manat müəyyən edilməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 54 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumunun 12,1 manatı iddiaçıya, 41,9 manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2019-cu il tarixli, Y20K5703506 saylı alqı-satqı müqaviləsi üzrə 135 manat əsas borc, 1 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, Y20K5740296 saylı müqavilə üzrə 1245 manat əsas borc, 12 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqavilə üzrə 1190 manat əsas borc, 11 manat dəbbə pulu olmaqla, ümumilikdə 2594 manat pul, həmçinin 41,9 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumunun 12,1 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, Y20K5703506 saylı müqaviləyə əsasən 135 manat əsas borc, 1 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, Y20K5740296 saylı müqaviləyə əsasən 1245 manat əsas borc, 12 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli, Y20K5758335 saylı müqaviləyə əsasən 1190 manat əsas borc, 11 manat dəbbə pulu olmaqla, ümumilikdə 2594 manat borc və həmçinin 41,27 manat ödənilmiş dövlət rüsumu tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12,73 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-5877/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5877/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver