Məhkəmə qərarları › İş №e-2(012)-5918/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5918/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5918/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı müqavilə üzrə borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh SM 40097 saylı xx.xx.2021-ci il tarixli, SM 45568 saylı, SM 45569 saylı, SM 45570 saylı xx.xx.2021-ci il tarixli və SM 45499 saylı xx.xx.2021-ci il taixli müqavilələr üzrə yaranmış 2620 manat əsas, 735 manat cərimə, ümumilikdə 3355 manat borc və ödənilmiş dövlət rüsumuna görə 53,55 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli SM 40097 saylı, xx.xx.2021-ci il tarixli SM 45568 saylı, SM 45569 saylı, SM 45570 saylı və xx.xx.2021-ci il taixli SM 45499 saylı müddətli (nisyə) alqı-satqı müqavilələri üzrə öhdəlikləri pozmuşdur. Cavabdehlə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli SM 40097 saylı müqavilə əsasən, cavabdeh aldığı əşyanın dəyərini 12 ay müddətində, hər ayın 03-dən gec olmamaqla 130 manat, xx.xx.2021-ci il tarixli 45568 saylı müqavilə üzrə aldığı əşyanın dəyərini 12 ay müddətində, hər ayın 27-dən gec olmamaqla 75 manat, xx.xx.2021-ci il tarixli 45569 saylı müqavilə üzrə aldığı əşyanın dəyərini 12 ay müddətində, hər ayın 27-dən gec olmamaqla 75 manat, xx.xx.2021-ci il tarixli 45570 saylı müqavilə üzrə aldığı əşyanın dəyərini 12 ay müddətində, hər ayın 27-dən gec olmamaqla 75 manat, xx.xx.2021-ci il taixli SM 45499 saylı müqavilə üzrə aldığı əşyanın dəyərini 12 ay müddətində, hər ayın 26-dan gec olmamaqla 75 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməyərək aylıq ödənişlərini ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli SM 40097 saylı müqavilə üzrə 205 manat ilkin, 8 ay isə ayda 130 manat ödəniş etmiş, onun həmin müqavilə üzrə 520 manat əsas və 195 manat cərimə, cəmi 715 manat, xx.xx.2021-ci il tarixli 45568 saylı müqavilə üzrə 350 manat ilkin, 5 ay isə ayda 75 manat ödəniş etmiş, onun həmin müqavilə üzrə 525 manat əsas və 135 manat cərimə, cəmi 660 manat, xx.xx.2021-ci il tarixli 45569 saylı müqavilə üzrə 350 manat ilkin, 5 ay isə ayda 75 manat ödəniş etmiş, onun həmin müqavilə üzrə 525 manat əsas və 135 manat cərimə, cəmi 660 manat, xx.xx.2021-ci il tarixli 45570 saylı müqavilə üzrə 350 manat ilkin, 5 ay isə ayda 75 manat ödəniş etmiş, onun həmin müqavilə üzrə 525 manat əsas və 135 manat cərimə, cəmi 660 manat, xx.xx.2021-ci il taixli SM 45499 saylı müqavilə üzrə 350 manat ilkin, 5 ay isə ayda 75 manat ödəniş etmiş, onun həmin müqavilə üzrə 525 manat əsas və 135 manat cərimə, cəmi 660 manat borcu yaranmışdır. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İşdə olan xx.xx.2021-ci il tarixli SM 40097 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 1765 manat dəyərində “İphone 11 64GB black” marakı telefon qəbul etmiş, həmin əşyaya görə 205 manat ilkin ödəniş etmiş və 1560 manat pulu ayda 130 manat olmaqla 12 ay müdətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli SM 45499 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 1250 manat dəyərində “Samsung UE50TU7100UXRU (0CLG3LAR200376)” qəbul etmiş, həmin əşyaya görə 350 manat ilkin ödəniş etmiş və 900 manat pulu ayda 75 manat olmaqla 12 ay müdətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli SM 45568 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 1250 manat dəyərində “Samsung UE50TU7100UXRU (0CLG3LAR300923)” qəbul etmiş, həmin əşyaya görə 350 manat ilkin ödəniş etmiş və 900 manat pulu ayda 75 manat olmaqla 12 ay müdətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli SM 45569 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 1250 manat dəyərində “Samsung UE50TU7100UXRU (0CLG3LAR300920)” qəbul etmiş, həmin əşyaya görə 350 manat ilkin ödəniş etmiş və 900 manat pulu ayda 75 manat olmaqla 12 ay müdətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli SM 45570 saylı müqavilədən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, Cavabdeh İddiaçı MMC-dən 1250 manat dəyərində “Samsung UE50TU7100UXRU (0CLG3LAR300921)” qəbul etmiş, həmin əşyaya görə 350 manat ilkin ödəniş etmiş və 900 manat pulu ayda 75 manat olmaqla 12 ay müdətində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli SM 40097 saylı müqaviləyə əsasən 520 manat əsas, 195 manat cərimə, cəmi 715 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli SM 45499 saylı müqaviləyə əsasən 525 manat əsas, 135 manat cərimə, cəmi 660 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli SM 45568 saylı müqaviləyə əsasən 525 manat əsas, 135 manat cərimə, cəmi 660 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli SM 45569 saylı müqaviləyə əsasən 525 manat əsas, 135 manat cərimə, cəmi 660 manat borcu vardır. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli SM 45570 saylı müqaviləyə əsasən 525 manat əsas, 135 manat cərimə, cəmi 660 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 5 müqavilə üzrə ümumilikdə hesablanmış 735 manat cərimə azaldılmalı və 30 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli SM 40097 saylı, xx.xx.2021-ci il tarixli SM 45568 saylı, SM 45569 saylı, SM 45570 saylı və xx.xx.2021-ci il tarixli SM 45499 saylı müqavilələr üzrə yaranmış 2620 manat əsas borc, 30 manat cərimə, ümumilikdə 2650 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 53,55 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli SM 40097 saylı, xx.xx.2021-ci il tarixli SM 45568 saylı, SM 45569 saylı, SM 45570 saylı və xx.xx.2021-ci il tarixli SM 45499 saylı müqavilələr üzrə yaranmış 2620 manat əsas borc, 30 manat cərimə, ümumilikdə 2650 manat və ödənilmiş dövlət rüsumu üçün 53,55 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar