Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5958/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BE000880 saylı müqaviləyə əsasən 414,97 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE038890 saylı müqaviləyə əsasən 240,99 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE140397 saylı müqaviləyə əsasən 1965,98 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE170204 saylı müqaviləyə əsasən yaranmış 2799,99 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE211390 saylı müqaviləyə əsasən yaranmış 1669,98 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə, 7091,91 manat borcun və 91 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BE000880 saylı müqaviləyə əsasən 414,97 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024cü il tarixli, BE038890 saylı müqaviləyə əsasən 130 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024cü il tarixli, BE140397 saylı müqaviləyə əsasən 1965,98 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE170204 saylı müqaviləyə əsasən yaranmış 2799,99 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE211390 saylı müqaviləyə əsasən yaranmış 1669,98 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə, 6980,92 manat borcun və 90 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış BE000880 saylı nisyəsatış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 58 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış BE038890 saylı nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 01-dən gec olmamaqla 175 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış BE140397 saylı nisyə-satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 13dən gec olmamaqla 101 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BE170204 saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 24 ay müddətinə hər ayın 04dən gec olmamaqla 157 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqaviləsinə əsasən cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 96 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh əvvəlcə qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Lakin daha sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, BE038890 saylı nisyə satış müqaviləsinə əsasən yaranmış 240,99 manat əsas borcdan xx.xx.2025-ci il tarixində 100 manat, xx.xx.2025-ci il tarixində 10,99 manat olmaqla İddiaçı MMCnin hesabına ödənilmişdir. Nəticədə isə xx.xx.2024-cü il tarixli, BE038890 saylı müqavilə üzrə qalıq borc azalaraq 130 manat olmuşdur. Hazırda Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, BE000880 saylı müqaviləyə əsasən 414,97 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE038890 saylı müqaviləyə əsasən 130 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE140397 saylı müqaviləyə əsasən 1965,98 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024cü il tarixli, BE170204 saylı müqaviləyə əsasən 2799,99 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE211390 saylı müqaviləyə əsasən 1669,98 manat əsas borc, 0 manat cərimə olmaqla, ümumilikdə, 6980,92 manat borcu qalmışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı MMC ilə aralarında bağlanmış müqavilələr üzrə borcu olduğunu etiraf etdiyini, borca görə hər ay 700 manatdan çox ödəniş etməli olmasına baxmayaraq maddi çətinliyinə və ipoteka müqaviləsinə görə ödənişlər etməli olduğuna görə iddiaçı təşkilata borcu yarandığını, keçən ilin sentyabr ayından işdən çıxdığını və hazırda muzdlu işlədiyini bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BE000880 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 22-dən gec olmamaqla 58 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE038890 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh aldığı malın dəyərini 12 ay müddətinə hər ayın 01-dən gec olmamaqla 175 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE140397 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh aldığı malın dəyərini 24 ay müddətinə hər ayın 13-dən gec olmamaqla 101 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE170204 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh aldığı malın dəyərini 24 ay müddətinə hər ayın 04-dən gec olmamaqla 157 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında nisyə satış müqaviləsi bağlanmış və Cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 06-dan gec olmamaqla 96 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, BE000880 saylı nisyə satış müqaviləsi üzrə 414,97 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE038890 saylı nisyə satış müqaviləsi üzrə 130 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE140397 saylı nisyə satış müqaviləsi üzrə 1965,98 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE170204 saylı nisyə satış müqaviləsi üzrə 2799,99 manat əsas borc, 0 manat cərimə, xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqaviləsi üzrə 1669,98 manat əsas borc, 0 manat cərimə olmaqla, cəmi 6980,92 manat borcu vardır. Məhkəmə iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, BE000880 saylı, xx.xx.2024-cü il tarixli, BE038890 saylı, xx.xx.2024-cü il tarixli, BE140397 saylı, xx.xx.2024-cü il tarixli, BE170204 saylı və xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqavilələri imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2023-cü il tarixli, BE000880 saylı, xx.xx.2024-cü il tarixli, BE038890 saylı, xx.xx.2024-cü il tarixli, BE140397 saylı, xx.xx.2024-cü il tarixli, BE170204 saylı və xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqavilələri üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri müqavilələrə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 90 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BE000880 saylı nisyə satış müqaviləsi üzrə 414,97 manat əsas borc, 0 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, BE038890 saylı nisyə satış müqaviləsi üzrə 130 manat əsas borc, 0 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, BE140397 saylı nisyə satış müqaviləsi üzrə 1965,98 manat əsas borc, 0 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, BE170204 saylı nisyə satış müqaviləsi üzrə 2799,99 manat əsas borc, 0 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, BE211390 saylı nisyə satış müqaviləsi üzrə 1669,98 manat əsas borc, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 6980,92 manat borc və 90 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5958/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5958/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver