Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6003/2023 30.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş və yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən TOZSORAN FAKİR üçün 140.84 manat ödənilməmiş hissə, 14.16 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SOFT - YUMSAQ - 3 YERLİ üçün 388.7 manat ödənilməmiş hissə, 38.3 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********01085 SAMSUNG GALAXY A32 markalı telefon üçün 493.03 manat ödənilməmiş hissə, 49.97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən LENOVO kompüter üçün 911.67 manat ödənilməmiş hissə, 91.33 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 704.77 manat ödənilməmiş hissə, 70.23 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 6 ədəd STUL – LAKE, NEVADA- QONAQ – MASA üçün 844 manat ödənilməmiş hissə, 84 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ELEKTRİK SKUTER RAZOR üçün 220.5 manat ödənilməmiş hissə, 22.5 manat cərimə pulu olmaqla, ümumilikdə 4074 manat borc və ödənilmiş dövlət rüsumuna görə 60,74 manat məbləğində pulun alınaraq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrinə əsasən, TOZSORAN FAKİR, SOFT - YUMSAQ - 3 YERLİ, İmei kod **********01085 SAMSUNG GALAXY A32 markalı telefon, LENOVO kompüter, SAMSUNG LED TV, 6 ədəd STUL - LAKE, NEVADA - QONAQ - MASA, ELEKTRİK SKUTER RAZOR almış və nəticədə 4074 (dörd min yetmiş dörd) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı- satqı qiyməti 170.04 (yiiz yetmiş manat dörd qəpik) manat (12 ay x 14.17 manat + 0 manat ilkin ödəniş) olan TOZSORAN FAKİR üçün ümumilikdə 155 (yüz əlli beş) manat olmaqla, ondan, 140.84 (yüz qırx manat səksən dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.16 (on dörd manat on altı qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 583.2 (beş yüz səksən üç manat iyirmi qəpik) manat (24 ay x 24.3 manat + 0 manat ilkin ödəniş) olan SOFT - YUMSAQ - 3 YERJLİ üçün ümumilikdə 427 (dörd yüz iyirmi yeddi) manat olmaqla, ondan, 388.7 (üç yüz səksən səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.3 (otuz səkkiz manat otuz qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 668.96 (altı yüz altmış səkkiz manat doxsan altı qəpik) manat (12 ay x 54.83 manat + 11 manat ilkiıı ödəniş) olan İmei kod **********01085 SAMSUNG GALAXY A32 markalı telefon iiçün ümumilikdə 543 (beş yüz qırx üç) manat olmaqla, ondan, 493.03 (dörd yüz doxsan üç manat üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49.97 (qırx doqquz manat doxsan yeddi qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1562.04 (bir min beş yüz altmış iki manat dörd qəpik) manat (12 ay x 130.17 manat + 0 manat ilkin ödəniş) olaıı LENOVO kompüter, üçün ümumilikdə 1003 (bir min üç) manat olmaqla, ondan, 911.67 (doqquz yüz on bir manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91.33 (doxsan bir manat otuz üç qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1819,8 (bir min səkkiz yüz on doqquz manat səkkiz qəpik) manat (18 ay x 101.06 manat + 0 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə 775 (yeddi yüz yetmiş beş) manat olmaqla, ondan, 704.77 (yeddi yüz dörd manat yetmiş yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 70.23 (yetmiş manat iyirmi üç qəpik) manat cərimə pulu,xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1050 (bir min əlli) manat (20 ay x 52.5 manat + 0 manat ilkin ödəniş) olan 6 ədəd STUL - LAKE, NEVADA - QONAQ - MASA üçün ümumilikdə 928 (doqquz yüz iyirmi səkkiz) manat olmaqla, ondan, 844 (səkkiz yüz qırx dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84 (səksən dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 616,8 (altı yüz on altı manat səksən qəpik) manat (24 ay x 25.7 manat + 0 manat ilkin ödəniş) olan ELEKTRİK SKUTER RAZOR üçün ümumilikdə 243 (iki yüz qırx üç) manat olmaqla, ondan, 220.5 (iki yüz iyirmi manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.5 (iyirmi iki manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixində QİZİL ZƏMANƏT ULTRA 1 İL-dan imtina etmiş və məhsul 192 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 458.37 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 192 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 2766.61 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən TOZSORAN FAKİR üçün 140.84 manat ödənilməmiş hissə, 14.16 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SOFT - YUMSAQ - 3 YERLİ üçün 388.7 manat ödənilməmiş hissə, 38.3 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********01085 SAMSUNG GALAXY A32 markalı telefon üçün 493.03 manat ödənilməmiş hissə, 49.97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən LENOVO kompüter üçün 911.67 manat ödənilməmiş hissə, 91.33 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən SAMSUNG LED TV üçün 704.77 manat ödənilməmiş hissə, 70.23 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 6 ədəd STUL – LAKE, NEVADA- QONAQ – MASA üçün 844 manat ödənilməmiş hissə, 84 manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ELEKTRİK SKUTER RAZOR üçün 220.5 manat ödənilməmiş hissə, 22.5 manat cərimə pulu olmaqla, ümumilikdə 4074 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə hesablanmış 14.16 manat, 38.3 manat, 49.97 manat, 91.33 manat, 70.23 manat, 84 manat və 22.5 manat cərimə borcunun məbləği azaldılmalı və müvafiq olaraq 4,16 manat, 1,3 manat, 1,97 manat, 8,33 manat, 5,23 manat, 6 manat və 4,5 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 140.84 manat ödənilməmiş hissə, 4,16 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 388.7 manat ödənilməmiş hissə, 1,3 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 493.03 manat ödənilməmiş hissə, 1,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 911.67 manat ödənilməmiş hissə, 8,33 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 704.77 manat ödənilməmiş hissə, 5,23 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 844 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 220.5 manat ödənilməmiş hissə, 4,5 manat cərimə pulu olmaqla, ümumilikdə 3735 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 60,74 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 140.84 manat ödənilməmiş hissə, 4,16 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 388.7 manat ödənilməmiş hissə, 1,3 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 493.03 manat ödənilməmiş hissə, 1,97 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 911.67 manat ödənilməmiş hissə, 8,33 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 704.77 manat ödənilməmiş hissə, 5,23 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 844 manat ödənilməmiş hissə, 6 manat cərimə pulu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 220.5 manat ödənilməmiş hissə, 4,5 manat cərimə pulu olmaqla, ümumilikdə 3735 manat və ödənilmiş dövlət rüsumu üçün 60,74 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-6003/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6003/2023
30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver