Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-602/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən “Bosch” markalı soyuducu üçün 2867.06 (iki min səkkiz yüz altmış yeddi manat altı qəpik) manat ödənilməmiş hissə, 302.94 (üç yüz iki manat doxsan dörd qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı televizor üçün 2168.98 (iki min yüz altmış səkkiz manat doxsan səkkiz qəpik) manat ödənilməmiş hissə, 228.02 (iki yüz iyirmi səkkiz manat iki qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən “LG” markalı paltaryuyan üçün 1771.92 (bir min yeddi yüz yetmiş bir manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 177.08 (yüz yetmiş yeddi manat səkkiz qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 1737.74 (bir min yeddi yüz otuz yeddi manat yetmiş dörd qəpik) manat ödənilməmiş hissə, 183.26 (yüz səksən üç manat iyirmi altı qəpik) manat dəbbə borcu olmaqla, ümumilikdə 9437 manat borc, 114.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli 11233204 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3136.06 manat (18 ay x 168.67 manat + 100 manat ilkin ödəniş) olan “Bosch” markalı soyuducu üçün 2867.06 manat ödənilməmiş hissə, 302.94 manat dəbbə borcu olmaqla, cəmi 3136,6 manat borcu; xx.xx.2024-ci il tarixli 02617060 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2296.98 manat (18 ay x 127.61 manat + 0 manat ilkin ödəniş) olan “Samsung” markalı TV üçün 2168.98 manat ödənilməmiş hissə, 228.02 manat dəbbə borcu olmaqla 2296.98 manat borc; xx.xx.2024-ci il tarixli ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1871.92 manat (18 ay x 98.44 manat + 100 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan üçün 1771.92 manat ödənilməmiş hissə, 177.08 manat dəbbə borcu olmaqla ümumilikdə, 1949 manat borcu;xx.xx.2024-ci il tarixli 03524645 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1839.96 manat (18 ay x 102.22 manat + 0 manat ilkin ödəniş) olan “LG” markalı paltaryuyan üçün ümumilikdə 1737.74 manat ödənilməmiş hissə, 183.26 manat dəbbə borcu olmaqla,cəmi 1921 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 599.22 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, dələduzun qurbanı olmuşDUR. Yasamal Rayon Prokurorluğunda bununla bağlı cinayət işi açılmış və istintaq aparılır. Müqavilə onun tərəfindən imzalanmış, lakin malların hansı məqsədə sərf edilməsindən məlumatı olmamışdır. Onun banklara borcu olduğu üçün ABC- Telekom ona mal verməməliydi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki,qızı həkimdir. Bir dələduz qızını işə düzəltmək adıyla aldadaraq ondan ümumi olaraq 29.000 manat pul almış, dələduz qızını aldadaraq onu prezidentin Tibb Xidməti İdarəsində işə düzəltmək vədini vermişdir. Qızı qonşulardan 29.000 manatı toplamaq üçün Beynəlxalq Bank və digər banklardan pul götürmüş və dələduza vermişdir. Həmçinin həmin dələduz qızına imza etdirməklə onun adına mağazalardan məişət əşyaları da götürmüşdür. Qızı 900 manat maaş alır. Yasamal rayonunda Poliklinikada terapevt işləyir. İş materiallarında olan xx.xx.2024-ci il tarixli 11233204 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “Bosch” markalı soyuducu almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli 02617060 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “Samsung” markalı televizor almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “LG” markalı paltaryuyan almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli 03524645 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh “LG” markalı paltaryuyan almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 21 sentyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-ci il tarixli 11233204 saylı müqaviləyə əsasən 2867.06 manat ödənilməmiş hissə, 302.94 manat dəbbə pulu,cəmi 3170 manat, xx.xx.2024-ci il tarixli 02617060 saylı müqavilə üzrə 2168.98 manat ödənilməmiş hissə, 228,02 manat dəbbə pulu,cəmi 2397 manat, xx.xx.2024ci il tarixli ******* saylı müqavilə üzrə 1771,92 manat ödənilməmiş hissə, 177,08 manat dəbbə pulu,cəmi 1949 manat, xx.xx.2024-ci il tarixli 03524645 saylı müqavilə üzrə 1737,74 manat ödənilməmiş hissə, 183.26 manat dəbbə pulu,cəmi 1921 manat borcu olmaqla, ümumilikdə 9437 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2024-ci il tarixli 11233204 saylı, xx.xx.2024-ci il tarixli 02617060 saylı , xx.xx.2024-ci il tarixli ******* saylı xx.xx.2024-ci il tarixli 03524645 saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2024-ci il tarixli 11233204 saylı, xx.xx.2024-ci il tarixli 02617060 saylı , xx.xx.2024-ci il tarixli ******* saylı xx.xx.2024-ci il tarixli 03524645 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 790.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək, xx.xx.2024-ci il tarixli 11233204 saylı müqaviləyə əsasən hesablanmış 302,94 manat cərimə pulu isə 10 manat məbləğində, xx.xx.2024-ci il tarixli 02617060 saylı əsasən hesablanmış 228,02 manat cərimə pulu isə 10 manat məbləğində, xx.xx.2024-ci il tarixli ******* saylı müqaviləyə əsasən hesablanmış 177,08 manat cərimə pulu isə 10 manat məbləğində, xx.xx.2024-ci il tarixli 03524645 saylı müqaviləyə əsasən hesablanmış 183,26 manat cərimə pulu isə 10 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 114,37 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən “Bosch” markalı soyuducu üçün 2867.06 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “Samsung” markalı televizor üçün 2168.98 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 1771.92 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, “LG” markalı paltaryuyan üçün 1737.74 manat ödənilməmiş hissə, 10 manat dəbbə borcu olmaqla, ümumilikdə 8585,7 manat borc, 114.37 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-602/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-602/2025
13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver