Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6129/2022 30.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97651 olan SAMSUNG GALAXY S20 DUAL PRO markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG WATCH3 markalı saat üçün 323.4 (üç yüz iyirmi üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, PHİLİPS markalı ütü üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12.8 (on iki manat səksən qəpik) manat cərimə, ümumilikdə, 1133 manat borc, 31.33 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 567, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, cavabdeh, “ABC TELECOM» MMC ilə xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********97651 olan SAMSUNG GALAXY S20 DUAL PRO markalı telefon, SAMSUNG WATCH3 markalı saat, PHİLİPS markalı ütü almış və nəticədə 1133 (min yüz otuz üç) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3275 manat təşkil edir Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Ona görə də, məhkəmə xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********97651 olan SAMSUNG GALAXY S20 DUAL PRO markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə SAMSUNG WATCH3 markalı saat üçün 323.4 (üç yüz iyirmi üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə PHİLİPS markalı ütü üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12.8 (on iki manat səksən qəpik) manat cərimə, ümumilikdə, 1133 manat borc, 31.33 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********97651 olan SAMSUNG GALAXY S20 DUAL PRO markalı telefon üçün 587.8 (beş yüz səksən yeddi manat səksən qəpik) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə SAMSUNG WATCH3 markalı saat üçün 323.4 (üç yüz iyirmi üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqavilə üzrə PHİLİPS markalı ütü üçün 120 (yüz iyirmi) manat ödənilməmiş hissə, 12.8 (on iki manat səksən qəpik) manat cərimə, ümumilikdə, 1133 manat borc, 31.33 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-6129/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6129/2022
30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver