Məhkəmə qərarları › İş №e-2(012)-6173/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6173/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6173/2025 04.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşən yaşayış binasının mansard mərtəbəsində yerləşən 124 kv.m-dən ibarət yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mərhum əri X2 ilə Abşeron rayonunda fəaliyyət göstərən cavabdeh "xxxx" Mənzil Tikinti Koopretivinin (bundan sonra MTK) direktoru X3 arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1 ünvanda yerləşmiş, tikilməkdə olan yaşayış binasının 1-ci giriş mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m təşkil edən sahəni 28.000 (iyirmi səkkiz min) manat olmaqla onlara satılmışdır. Bu barədə müvafiq müqavilə və kassa mədaxil orderi tərtib edilərək hər iki tərəfin imzası ilə təsdiq olunmaqla 18 oktyabr 2011-ci ildə Bakı şəhəri 22 saylı dövlət notariat kontorunun dövlət notariusu Şövkət Gülməmmədova tərəfindən təsdiq olunmuşdur. Lakin, bir müddət sonra MTK-nın rəhbərliyi tərəfindən həmin binada mansard olmaması əsas gətirilərək qeyd olunan müqavilə 07 iyul 2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə dəyişdirilərək, guya Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 124-cü giriş ünvanda yerləşmiş, tikilməkdə olan yaşayış binasının mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m təşkil edən sahənin iddiaçıya təhvil verilməsini üzərinə götürməklə yeni müqavilə bağlayaraq 31.000 (otuz bir min) manat pul alaraq, müvafiq kassa mədaxil orderi vermişlər. İlkin müqavilənin bağlanmasında 15 ildən artıq vaxt keçməsinə, həmin binada uzun müddət yaşayış olmasına baxmayaraq, qeyd olunan binanın mansardı yoxdur və heç vaxt da olmamışdır. Dəfələrlə MTK-nın rəhbərliyinə müraciətlər olunmuş, lakin hər dəfə mansard əvəzinə mənzil veriləcəyi bildirilsə də, heç bir nəticə əldə olunmamışdır. Bütün bunlara baxmayaraq 2025-ci ilin sentyabr ayında MTK tərəfindən İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar nazirliyinə ünvanlanmış ərizə forması təqdim edilmiş və imzalaması xahiş olunmuşdur. Həmin ərizədən də göründüyü kimi, binada mansard heç vaxt olmamış və hazırda mansard tikintisinə icazə alınması məqsədiylə ərizələr toplanır. (ərizə əlavə olunur) Eyni zamanda nəzərinizə çatdırmaq istəyir ki, yuxarıda qeyd olunan Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1 ünvanda İddiaçı tərəfindən 07 iyul 2010cu il tarixdə ümumi sahəsi 117.5 kv.m. təşkil edən, dəyəri tam ödənilməklə 3 otaqdan ibarət mənzil alınmasına dair müqavilə bağlanaraq eyni qaydada təsdiq edilmişdir. Lakin bir müddət sonra həmin binada mənzil olmaması əsas gətirilərək onlara qonşu binada Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1, bina 264, mərtəbə 13, mənzil 103 təqdim edilmiş və hazırda iddiaçı ailəsi ilə həmin mənzildə yaşayır. Müqavilədə qeyd olunan məbləğin "xxxx" MTK-ya ödəməkləri müqavilədə qeyd olunmuş, kassa mədaxil orderi verilməklə imzalanaraq təsdiq edilmişdir. İddiaçı, "xxxx" MTK-nın məsul şəxsləri ilə dəfələrlə danışıqlar aparıb və ona mənzil və ya müvafiq kvadratmetrdə mansard verəcəklərinə söz vermişlər. Lakin uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq "xxxx" MTK-nin məsul şəxsləri müqavilədə nəzərdə tutulmuş qanuni, etibarlı və məcburi öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirilməmiş, qarşı tərəflə söhbət zamanı hər dəfə mənzil verəcəkləri və ya mansardı tezliklə tikib ona verəcəklərini bildirsələr də, heç bir nəticə əldə olunmamış, müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsi İddiaçı təhvil verilməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 izahatında və çıxışında bildirmişdir ki, İddiaçı nümayəndəsi və vəkili olduğu cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra-"xxxx" MTK) qarşı tərəflər arasında bağlanmış 07 iyul 2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqavilədə nəzərdə tutulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanda yerləşən yaşayış binasının mansard mərtəbəsində yerləşən 124 kv.m.-dən ibarət yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2(012)-6173/2025 nömrəli mülki iş üzrə bütün sübutlar artıq tədqiq edilmiş və işə mahiyyəti üzrə baxılması qurtarmışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Qeyd edir ki, iddiaçı tərəf vəkili olduğu cavabdeh "xxxx" MTK-nın müqavilə şərtlərinə əməl etmədiyini bildirsə də, bu hal məhkəmə araşdırılmasında təsdiqini tapmadı. Belə ki, müvafiq dövlət qurumlarından icazənin alınması mümkün olmadığına görə adıçəkilən ünvandakı yaşayış binasında mansar mərtəbəsinin inşa edilməməsi səbəbindən cavabdeh "xxxx" MTK iddiaçını başqa yaşayış sahəsi ilə təmin etməklə, faktiki olaraq müqavilə öhdəliyini yerinə yetirmişdir. Bunlardan başqa, iddiaçı 15 il ərzində susmaqla, müqavilə şərtlərinin icra edilməsi ilə razılığını nümayiş etdirmişdir. Fikrimcə, belə vəziyyətdə işin faktiki hallan nəzərə alınmaqla, iddia tələbinin təmin edilməməsi haqqında qətnamənin qəbul edilməsi ədalətli və qanuni sayıla bilər. Bununla bağlı qənaətini aşağıdakı fakt və hallarla əsaslandırır. İddiaçı işin həqiqi halları ilə bağlı bildirir ki, tərəflər arasında bağlanmış “Kooperativ binanın mənzil tikinti haqqında” 10 dekabr 2010-cu il tarixli müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhər, Heydər Əliyev pospekti, 1 ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci giriş mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m. təşkil edən yaşayış sahəsinə dair razılaşma əldə edilmiş, lakin bir müddətdən sonra cavabdehin rəhbərliyi tərəfindən binada mansarın olmaması əsas gətirilərək, həmin müqavilə eyni adlı xx.xx.2011-ci il tarixli müqaviləyə dəyişdirilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospekti, 124cü giriş ünvanında tikilməkdə olan yaşayış binasının mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m. təşkil edən yaşayış sahəsini iddiaçıya təhvil verilməsini cavabdeh üzərinə götürmüşdür. İlkin müqavilənin bağlanmasından 15 ildən artıq vaxtın keçməsinə və həmin binada uzun müddət yaşayışın olmasına baxmayaraq, qeyd olunan binanın mansarı yoxdur və heç vaxt da olmamışdır. Dəfələrlə cavabdehin rəhbərliyinə müraciətlər olunmuş, lakin hər dəfə mansar əvəzinə mənzil veriləcəyi bildirilsə də, heç bir nəticə əldə olunmamışdır. Bütün bunlara baxmayaraq, 2025-ci ilin sentyabr ayında cavabdeh tərəfindən iddiaçıya FHN-nə ünvanlanmış ərizə forması təqdim edilmiş və imzalaması xahiş olunmuşdur. Həmin ərizədən də göründüyü kimi, binada mansar heç vaxt olmamış və hazırda mansar tikintisinə icazə alınması məqsədi ilə ərizələr toplanır. Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1, ünvanında iddiaçı tərəfindən 07 iyul 2010-cu il tarixdə ümumi sahəsi 117.5 kv.m. təşkil edən, dəyəri tam ödənilməklə 3 otaqdan ibarət mənzil alınmasına dair müqavilə bağlansa da, bir müddət sonra həmin binada mənzilin olmaması əsas gətirilərək, onlara qonşu binada Abşeron rayonu, Xırdalan şəhəri. Heydər Əliyev pospekti 1, bina 264-də, 13-cü mərtəbədə 103 nömrəli mənzil təqdim edilmiş və iddiaçı ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. İddiaçı tərəfindən cavabdehin məsul şəxsləri ilə dəfələrlə danışıqlar aparılmış və ona mənzil və ya müvafiq kvadratmetrdə mansar verəcəklərinə söz vermişlər. Lakin, uzun müddət və dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, cavabdehin məsul şəxsləri müqavilədə nəzərdə tutulanları yerinə yetirməkdən boyun qaçıraraq, bu günə qədər müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 389.1-ci maddəsində müəyyən edilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Yenə Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsində bildirilir ki, tərəflər müqavilənin bütün mühüm şərtlən barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İstinad edilən Qanunun normaları baxımından qeyd edirəm ki, tərəflər arasında əvvəlcə, 10 dekabr 2010-cu il tarixli, sonra isə 07 iyul 2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqavilələr tərəflərin razılaşması ilə bağlanmış, onun şərtləri də tərəflərin razılaşması ilə dəyişdirilmişdir. Ən nəhayət isə, iddiaçıya qonşu binada Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1, bina 264-də, 13-cü mərtəbədə 103 nömrəli mənzilin təqdim edilməsi də tərəflərin razıhğı əsasında baş vermişdir. Bununla da adıçəkilən müqavilələrə əsasən, iddiaçının tələbi tərəflərin qarşılıqlı razılığı əsasında təmin edilmişdir. Bundan başqa, Mülki Məcəllənin 435-ci maddəsinə görə kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Həmin Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Qeyd edilən Məcəllənin 446.1-ci maddəsinə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Bununla bağlı qeyd edirəm ki, iddiaçı 15 il ərzində susmaqla, müqavilə şərtlərinin icra edilməsi ilə faktiki razılığını nümayiş etdirmişdir. Bildirir ki, iddiaçı haqh olaraq, iddia ərizəsində tərəflər arasında bağlanmış “Kooperativ binanın mənzil tikinti haqqında ” müqavilənin podrat müqaviləsi olduğunu qeyd edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə istinad etmişdir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti –10 il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilə tələbləri üzrə bir müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd edir ki, iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. 1 hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəm uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan süb əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəmə' Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37 maddəsinin şərh edilməsinə dair ”2001 -ci il 27 dekabr tarixli Qərarında formalaşdığı hüquqi mövqeyə iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçıl intizamlandırır, onlan öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və ma’ intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlə: qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara is etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll e imkanı yaradır. Yenə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının maddəsi baxımından şərh olunmasına dair” 2023-cü 2023-cü il 15 fevral tarixli Qərarında bildiril iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məh! qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcə) 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya у yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci madd görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etm; məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərək çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 ci və “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkil A edilməsinə dair ” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilir ki, iddia müddəti öhdəliyin a qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüqı aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edi məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin ke məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 37 maddələri).Məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-1 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş n keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsində olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş s. üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük. gös meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məs əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektiv qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə 15 il geçdikdən sonra müraciət etmiş qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən burxılması barədə heç bir mötəbər sübut t etməmiş və iddia müddətinin bərpası barədə məhkəməyə ərizə verilməmişdir. Tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət ediləcəkdir. MPM-nin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Yenə MPM-nin 218.1-ci maddəsində müəyyən edilmişdir ki, qətnamə çıxarıldıqda hakim sübutlar qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikas: Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında bildirilir ki. sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olar, tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi- nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyildir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 210-cu maddələrinə əsaslanaraq, məhkəmədən 2(012)-6173/2025 nömrəli mülki iş üzrə İddiaçı nümayəndəsi və vəkili olduğum cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı tərəflər arasında bağlanmış 07 iyul 2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında" müqavilədə nəzərdə tutulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanda yerləşən yaşayış binasınm mansar mərtəbəsində yerləşən 124 kv.m-dən ibarət yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -Gəncə Şəhər Kəpəz Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 148374 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X4 arasında xx.xx.2025-ci il tarixində 234 nömrəli rəsmi nikah bağlanmışdır. -Kooperativ Cavabdeh MTK ilə payçı X2 arasında bağlı bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binanın mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının İ giriş, X mərtəbəsində yerləşən sahəsi 117,5 kv.m olan mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının İ giriş, X mərtəbəsində yerləşən sahəsi 117,5 kv.m olan mənzilin dəyəri olan 32000 manat pul X2 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. -Kooperativ Cavabdeh MTK ilə payçı X2 arasında bağlı bağlanmış xx.xx.2010-cu il tarixli kooperativ binanın mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının İ giriş, mansard mərtəbəsində yerləşən sahəsi 117,5 kv.m olan mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. -Kooperativ Cavabdeh MTK ilə payçı X2 arasında bağlı bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binanın mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 124 giriş, mansard mərtəbəsində yerləşən sahəsi 124 kv.m olan mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının 124 giriş, mansard mərtəbəsində yerləşən sahəsi 124 kv.m olan mənzilin dəyəri olan 31000 manat pul X2 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 103 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə **********91-05303- 093057 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixində X1 adına qeydiyyata alınmışdır. -İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 487088 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X2 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. -Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən adıçəkilən ünvandakı yaşayış binasında mansar mərtəbəsinin inşa edilməməsi müvafiq dövlət qurumlarından icazənin alınmaması mümkün olmaması səbəbindən baş vermişdir. Əlavə olaraq qeyd edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilədə nəzərdə tutulan mənzilin əvəzinə Cavabdeh MTK tərəfindən iddiaçı qonşu binada Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, bina 264-də, 13-cü mərtəbədə yerləşən 103 nömrəli mənzil ilə təmin ediilmişdir. -Cavabdeh MTK-nın vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ünvanladığı ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin hakimi cənab Habil Əhmədova Hüquqi ünvanı: AZ0100, ünvan 10il- Tikinti Kooperativinin nümayəndəsi və vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və Bakı şəhəri 6 saylı Vəkil Bürosunda Vəkil2 tərəfindən Ünvanı: AZ1002, Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, 106c Əlaqə telefonu:+994 10 *** ** ** E-mail: Elektron ünvan Ə r i z ə (2(012)-6173/2025 nömrəli mülki iş üzrə iddia müddətinin tətbiqinə dair) Hörmətli cənab hakim, İddiaçı cavabdeh vəkili olduğum "xxxx" Mənzil Tikinti Kooperativinə (bundan sonra-"xxxx" MTK) qarşı yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2(012)-6173/2025 nömrəli mülki işə Sizin sədrliyinizlə baxılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının əri hazırda mərhum X2 ilə cavabdeh "xxxx" MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospekti, 1 ünvanında yerləşmiş, tikilməkdə olan yaşayış binasının 1-ci giriş mansarda mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m. təşkil edən yaşayış sahəsi 28.000 manata onlara satılmışdır. Lakin, bir müddətdən sonra cavabdehin rəhbərliyi tərəfindən həmin binada mansarda mərtəbəsinin olmaması əsas gətirilərək, qeyd olunan müqavilə xx.xx.2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə dəyişdirilmişdir. İlkin müqavilənin bağlanmasından 15 ildən artıq vaxtın keçməsinə, həmin binada uzun müddət yaşayışın olmasına baxmayaraq, qeyd olunan binanın mansarda mərtəbəsi yoxdur və heç vaxt da olmamışdır. Dəfələrlə cavabdehin rəhbərliyinə müraciətlər olunmuş, lakin hər dəfə mansard əvəzinə mənzil veriləcəyi bildirilsə də, heç bir nəticə əldə olunmamışdır. Bütün bunlara baxmayaraq, 2025-ci ilin sentyabr ayında cavabdeh tərəfindən iddiaçıya FHN-nə ünvanlanmış ərizə təqdim edilmiş və imzalaması xahiş olunmuşdur. Həmin ərizədən də göründüyü kimi, binada mansard heç vaxt olmamış və hazırda mansard tikintisinə icazə alınması məqsədiylə ərizələr toplanır.Yuxarıda qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1, ünvanında iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə ümumi sahəsi 117.5 kv.m. təşkil edən, dəyəri tam ödənilməklə 3 otaqdan ibarət mənzil alınmasına dair müqavilə bağlanaraq, eyni qaydada təsdiq edilmişdir. Lakin bir müddət sonra həmin binada mənzilin olmaması əsas gətirilərək, onlara qonşu binada mənzil təqdim edilmiş və iddiaçı ailəsi ilə birlikdə hazırda həmin mənzildə yaşayır. Cavabdehin məsul şəxsləri ilə dəfələrlə danışıqlar aparılmış, ona mənzil və ya müvafiq ölçüdə mansard verəcəklərinə söz verilmiş, lakin, cavabdehin məsul şəxsləri uzun müddət müqavilə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırıb, bu günə qədər mənzili ona təhvil verməmişlər. İddia ərizəsində hazırda icra olunması cavabdehdən tələb edildiyi müqavilənin bağlanmasından 15 il müddətin keçdiyi göstərilir. Məlum olduğu kimi, iddia müddəti, onun tətbiqi və ötürülməsinin hüquqi nəticələri ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonraMüli Məcəllə) 18-ci fəslində tənzimlənmişdir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci və 373.3-cü maddələrində müəyyən edilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Yenə həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Yenə də həmin Məcəllənin 377.2-ci maddəsində bildirilir ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göstərilən Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında formalaşdığı hüquqi mövqeyə görə iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Yenə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 2023-cü 2023-cü il 15 fevral tarixli Qərarında bildirilir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qanunvericiliyin tələblərindən və işin hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikinti haqqında” müqavilə üzrə iddia müddəti 6 il təşkil etdiyindən həmin müddət iddiaçı tərəfindən çoxdan ötürülmüşdür. Məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonraMPM) 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Qeyd edirəm ki, iddiaçı hazırkı tələblə məhkəməyə 15 il geçdikdən sonra müraciət etmiş, lakin qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən burxılması barədə heç bir mötəbər sübut təqdim etməmiş və iddia müddətinin bərpası barədə məhkəməyə ərizə verilməmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Beləliklə, istinad etdiyim qanunvericilik normalarına əsasən, bu ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə ilə bağlı iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsinin həllini vacib hesab edirəm. Odur ki, qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsaslanaraq, 2(012)- 6173/2025 nömrəli mülki iş üzrə İddiaçı cavabdeh vəkili olduğu "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsinə iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. -xx.xx.2026-cı il tarixində hakim tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşmiş tikilməkdə olan yaşayış binasının İ giriş, 12-ci mərtəbəsində yerləşən mənzildə iddiaçı yaşayır. Lakin binanın 13-cü mərtəbəsində mansar tipli tikililər yoxdur və aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X2 ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixində 234 nömrəli rəsmi nikah bağlanmışdır. X2 ilə Abşeron rayonunda fəaliyyət göstərən cavabdeh "xxxx" Mənzil Tikinti Koopretivinin direktoru X3 arasında bağlanmış 10 dekabr 2010-cu il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 1 ünvanda yerləşmiş, tikilməkdə olan yaşayış binasının 1-ci giriş mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 117,5 kv.m təşkil edən sahəni 28.000 (iyirmi səkkiz min) manat olmaqla onlara satılmışdır. Bu barədə müvafiq müqavilə və kassa mədaxil orderi tərtib edilərək hər iki tərəfin imzası ilə təsdiq olunmaqla 18 oktyabr 2011-ci ildə Bakı şəhəri 22 saylı dövlət notariat kontorunun dövlət notariusu Şövkət Gülməmmədova tərəfindən təsdiq olunmuşdur. Lakin, bir müddət sonra MTK-nın rəhbərliyi tərəfindən həmin binada mansard olmaması əsas gətirilərək qeyd olunan müqavilə 07 iyul 2011-ci il tarixli “Kooperativ binanın mənzil tikinti haqqında” müqaviləyə dəyişdirilərək Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev pospekti 124-cü giriş ünvanda yerləşmiş, tikilməkdə olan yaşayış binasının mansar mərtəbəsində yerləşən, ümumi sahəsi 124 kv.m təşkil edən sahənin iddiaçıya təhvil verilməsini üzərinə götürməklə yeni müqavilə bağlayaraq 31.000 (otuz bir min) manat pul alaraq, müvafiq kassa mədaxil orderi vermişlər. X2 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Odur ki, hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşən yaşayış binasının mansard mərtəbəsində yerləşən 124 kv.m-dən ibarət yaşayış sahəsinə onun sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin ona təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun qaytarılmasının cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işin hallarını araşdırıb, sübutları tədqiq edərək ilk əvvəl qeyd edir ki, iş materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ 148374 saylı nikah haqqında şəhadətnamədən göründüyü kimi X2 ilə X4 arasında xx.xx.2025-ci il tarixində 234 nömrəli rəsmi nikah bağlanmış və X2 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Beləliklə, iddiaçı hazırda mərhum həyat yoldaşının qanuni vərəsəsi olduğundan, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə işin araşdırılan hallarını və tədqiq olunmuş sübutları qiymətləndirərək qeyd edir ki, tərəflər arasında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanda yerləşən yaşayış binasında tikilməli olan sahəsi 124 kv.m olan mansard tipli tikiliyə dair müqavilələrin olması öz təsdiqini tapır. Belə ki, cavabdehin izahatından və məhkəməyə verilən sorğuya cavabdan görünür ki, həmin müqavilə ləğv edilmiş və mansard tipli tikilinin əvəzinə iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, bina 264-də, 13-cü mərtəbədə yerləşən 103 nömrəli mənzilin verilməsi bildirilmişdir. Məhkəmə cavabdehin qeyd etdiklərini əsaslı hesab etmir. Belə ki, əgər müqavilə ləğv edilib başqa mənzil iddiaçılya verilsydi, müqavilələr cavabdeh tərəfindən götürülüb ləğv edilərdi. Lakin iş materiallarına əlavə edilmiş müqavilədən görünür ki, sözügedən mansard tipli tikiliyə bağlanmış müqavilə hazırda qüvvədədir. Məhkəmə cavabdeh tərəfin dediklərini məsuliyyətdən yayınma kimi qiymətlndirir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehin izahatından və sorğuya cavabdan müyyən olunur ki, binanın ən üst mərtəbəsi yaşayış üzrə verilmiş mənzillərdir və ondan yuxarıda hər hansı mansard tipli tikili yoxdur. Bu hal məhkəmənin yerli baxışı zamanı da öz təsdiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, mansard tipli tikili mövcud olmadığından, iddia tələbinin təmin edilməsi mümkün deyildir, müqavilə əsasında təmin olunması mümkün olunsa belə, gələcəkdə icrasını qeyri-mümkün edir. Ona görə də, iddiaçıya izah olunur ki, iddiaçı müqavilə üzrə ödənişlərini cavabdehdn tələb etmək hüququ vardır. Beləliklə də məhkmə göstərilənləri nzərə alaraq hessab edir ki, iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə, müddətin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə isə qeyd edir ki, hazırki iddia tələbi əsassız hesab olunaraq rədd edildiyindən hazırki mübahisəyə müddətin tətbiqinə zərurət yoxdur. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı sahiblik və istifadə hüququnun tanınması, yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar