Məhkəmə qərarları › İş №e-2(012)-6565/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6565/2025

12.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6565/2025 12.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında Xırdalan şəhərində məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********85779 SAMSUNG GALAXY A06 markalı telefon, X1 2 il xidməti üçün 325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32,55 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********42190 OPPO A3 MARKALİ TELEFON, 2 ƏDƏD PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ üçün 254,15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 25,42 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********76624 XİAOMİ REDMİ A3 markalı telefon, X1 2 il Xidməti, Paket M Xidməti, Plyonka İstehsalı Xidməti üçün 239,06 manat ödənilməmiş hissə, 23,91 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PHİLİPS markalı blender üçün 98,43 manat ödənilməmiş hissə, 9,84 manat cərimə borcu olmaqla, ümumilikdə 1056,08 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,57 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İMEİ KOD **********85779 SAMSUNG GALAXY A06 markalı telefon, X1 2 il xidməti, İMEİ KOD **********42190 OPPO A3 MARKALİ TELEFON, 2 ƏDƏD PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET M XİDMƏTİ, İMEİ KOD **********76624 XİAOMİ REDMİ A3 markalı telefon, X1 2 il Xidməti, Paket M Xidməti, Plyonka İstehsalı Xidməti və PHİLİPS markalı blender almış, nəticədə 1056,08 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 367,02 manat olan İMEİ KOD **********85779 SAMSUNG GALAXY A06 markalı telefon, X1 2 il xidməti üçün 325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32,55 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 270 manat olan İMEİ KOD **********42190 OPPO A3 markalı telefon, 2 ədəd PLYONKA İstehsalı Xidməti, PAKET M Xidməti üçün 254,15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 25,42 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 309,96 manat olan İMEİ KOD **********76624 XİAOMİ REDMİ A3 markalı telefon, X1 2 il Xidməti, Paket M Xidməti, Plyonka İstehsalı Xidməti üçün 239,06 manat ödənilməmiş hissə, 23,91 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 106,8 manat olan PHİLİPS markalı blender üçün 98,43 manat ödənilməmiş hissə, 9,84 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 136,62 manat təşkil edir. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. MPM-nin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********85779 SAMSUNG GALAXY A06 markalı telefon, X1 2 il xidməti qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********42190 OPPO A3 markalı telefon, 2 ədəd PLYONKA İstehsalı Xidməti, PAKET M Xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən İMEİ KOD **********76624 XİAOMİ REDMİ A3 markalı telefon, X1 2 il Xidməti, Paket M Xidməti, Plyonka İstehsalı Xidməti qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən PHİLİPS markalı blender qəbul etmiş və malların qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********85779 SAMSUNG GALAXY A06 markalı telefon, X1 2 il xidməti üçün 325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 32,55 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********42190 OPPO A3 markalı telefon, 2 ədəd PLYONKA İstehsalı Xidməti, PAKET M Xidməti üçün 254,15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 25,42 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********76624 XİAOMİ REDMİ A3 markalı telefon, X1 2 il Xidməti, Paket M Xidməti, Plyonka İstehsalı Xidməti üçün 239,06 manat ödənilməmiş hissə, 23,91 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən PHİLİPS markalı blender üçün 98,43 manat ödənilməmiş hissə, 9,84 manat cərimə borcu olmaqla, ümumilikdə 1056,08 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 32,55 manat cərimə pulunun məbləği azaldılmalı və 3,88 manat, xx.xx.2025ci il tarixli müqavilə üzrə hesablanmış 25,42 manat cərimə pulunun məbləği azaldılmalı və 3,25 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 23,91 manat cərimə pulunun məbləği azaldılmalı və 1,94 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə hesablanmış 9,84 manat cərimə pulunun məbləği azaldılmalı və 1,57 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında dörd müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 3,88 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 254,15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 3,25 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 239,06 manat ödənilməmiş hissə, 1,94 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 98,43 manat ödənilməmiş hissə, 1,57 manat cərimə borcu olmaqla, ümumilikdə 975 manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 30,57 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 325,52 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 3,88 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 254,15 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 3,25 manat cərimə, xx.xx.2025ci il tarixli müqaviləyə əsasən 239,06 manat ödənilməmiş hissə, 1,94 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 98,43 manat ödənilməmiş hissə, 1,57 manat cərimə borcu olmaqla, ümumilikdə 975 manat və ödənilmiş dövlət rüsumu üçün 30,57 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar