Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6664/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X3 Səfiyeva İddiaçı cavabdeh 15 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsinə 27 dekabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh 15 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1993-cü il tarixində vəfat etmiş ana nənəsi X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evi torpaq sahəsinə dair Miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iş ərazi aidiyyatı üzrə Abşeron rayon Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi və ona əlavə olunan sənədlər MPM-nin 152.1.3 maddəsinə görə geri qaytarılmalıdır. MPM-nin 152.1.3 maddəsinə görə əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılır. MPM-nin 35-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmayıbsa, iddia cavabdehin rəsmi qeydə alındığı və ya hüquqi ünvanının olduğu yerin məhkəməsinə verilir. İddia ərizəsindən göründüyü kimi cavabdeh 15 saylı Notariat Ofisi qoyulmuşdur. Həmin Notariat ofisi isə Bakı şəhərində yerləşir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Hazırkı tələb isə mülkiyyət hüququnun tanınması ilə bağlı tələb deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Bundan başqa, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin giriş hissəsində X5 cavabdeh kimi qeyd edilsə də, onunla bağlı iddiaçının hər hansı bir tələbi yoxdur. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarının surətindən görünür ki, maraqlı şəxslər X7 və X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-ci il tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi hüquq haqqında mübahisə olduğundan baxılmamış saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi ilə İddiaçı nənəsi X1 miras qalmış Abşeron rayonu, Göradil kəndi, İ.Yusifov küçəsi, 17 saylı evə dair mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyun 2021-cı ıl tarixli, 2(103)-5790/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu ıl tarixli, 2(006)-7209/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-180/2022 saylı qərarında qeyd olunan maraqlı şəxslər X7 və X6 hazırkı tələbində maraqlı tərəf kimi qeyd etməmiş, bununla da iddia ərizəsinin forma və məzmununa riayət etməmişdir. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyat qaydalarına riayət olunmadığından, habelə qanunla müəyyən edilmiş forma və məzmunda tərtib edilmədiyindən geri qaytarılmalıdır. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən aidiyyatı məhkəməyə müraciət edə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh X2 qarşı miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və müddətin uzadılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən aidiyyatı məhkəməyə müraciət edə bilər. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Abşeron rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-6664/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6664/2022
27.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver