Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-668/2024 30.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 manat ziyanın və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 8-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Toyota Camry” markalı, **- PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonuncu üç avtomobilə maddi ziyan dəymişdir. “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1730 manat məbləğində, xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən, “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3695 manat məbləğində və xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən “Toyota Camry” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12000 manat məbləğində zərər dəyməsi müəyyən olunmuşdur. Ödəniş sənədlərindən aydın görünür ki, zərərin məbləği olaraq ümumilikdə 5000 manat sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənlərin bank hesablarına ödənilmişdir. Bakı şəhər Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və onun əsasında tərtib edilmiş YNH-nin təfərrüatları barədə arayışından göründüyü kimi, Yusibov X8 Xətalar Məcəlləsinin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinin mahiyyətindən görünür ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarına əlavə edilmiş: - "xxxx" ASC-nin PXA 83386 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə X1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə ümumilikdə 3695 manat dəyərində ziyan dəymiş, 1060,26 manat sığorta ödənişinin məbləği onun təmiri üçün X1 hesabına köçürülmüşdür. - "xxxx" ASC-nin PXA 83387 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə X2 idarə etdiyi “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə ümumilikdə 1730 manat dəyərində ziyan dəymiş, 496,41 manat sığorta ödənişinin məbləği onun təmiri üçün X2 hesabına köçürülmüşdür. - "xxxx" ASC-nin PXA 83388 saylı sığorta aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə "xxxx" ASC-də 55000 manat dəyərində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmış Cavabdeh məxsus olan “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixdə X3 idarə etdiyi “Toyota Camry” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Avtomobilə ümumilikdə 12000 manat dəyərində ziyan dəymiş, 3443,33 manat sığorta ödənişinin məbləği onun təmiri üçün X3 hesabına köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, 496,41 manat sığorta ödənişi X2 hesabına "xxxx" ASC tərəfindən köçürülmüşdür. - cari hesabdan xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, 1060,26 manat sığorta ödənişi X1 hesabına "xxxx" ASC tərəfindən köçürülmüşdür. - cari hesabdan xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, 3443,33 manat sığorta ödənişi X3 hesabına "xxxx" ASC tərəfindən köçürülmüşdür. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, X4 məxsus “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3695 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, X5 məxsus “Toyota Camry” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12000 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, X6 məxsus “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1730 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2020-ci il tarixli PXA ********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X7 məxsus olan “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə sığorta haqqı 125 manat, Bonus-Malus əmsalı 0.70 olmaqla, yekun sığorta haqqı 87,5 manat olmaqla "xxxx" ASC-də əmlaka vurulan zərərə görə 5000 manat dəyərində sığortalanmışdır. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 8-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Toyota Camry” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonuncu üç avtomobilə maddi ziyan dəymişdir. - Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/815/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “BMW 528” minik markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1500 manat, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3350 manat, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Toyota Camry” minik markalı **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11375 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 18:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 8-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz 300” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “BMW 528” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı və X3 idarə etdiyi “Toyota Camry” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə sonuncu üç avtomobilə maddi ziyan dəymişdir. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələblərini pozmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymiş, həmin ziyana görə ümumilikdə 5000 manat məbləğində pul müxtəlif tarixli ödəniş tapşırıqlarına əsasən zərərçəkmiş şəxslərə ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobillərə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq 5000 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın ümumi məbləği 16225 manat dəyərində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehdən tutulmasını əsaslı hesab edərək, iddianın təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti isə cavabdehdən dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 5000 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-668/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-668/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver