Məhkəmə qərarları › İş №e-2(012)-6697/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6697/2023

22.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6697/2023 22.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsinin hakimi E.Məmmədov İddiaçı cavabdeh Sabunçu rayonu Zabrat Bələdiyyəsinə və Cavabdeh2 qarşı «miras paya hüququn müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneə yaradılmasının cavabdehə qadağan olunması, bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr ona aid edilməklə onun müqavilə tərəfi kimi tanınması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sabunçu rayonu Zabrat Bələdiyyəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X2 miras qalmış Bakı şəhəri Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən 2.490 kv.m. orpaq sahəsinə icarə hüququnun onun tam miras payı kimi müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneə yaradılmasının Cavabdeh2 qadağan olunması, xx.xx.2007-ci ildə Bakı şəhəri Sabunşu Rayon Zabrat Bələdiyyəsi ilə X3 arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr ona aid edilməklə onun müqavilə tərəfi kimi tanınması barədə qətnamə qəbul edilməini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi barədə tələb AR MPM-in 39-cu maddənin təsiri altına düşdüyündən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,iddiaçının mərhum anası X2 miras qalmış Bakı şəhəri Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən 2.490 kv.m. orpaq sahəsinə icarə hüququnun onun tam miras payı kimi müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneə yaradılmasının Cavabdeh2 qadağan olunması, xx.xx.2007-ci ildə Bakı şəhəri Sabunşu Rayon Zabrat Bələdiyyəsi ilə X3 arasında bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr ona aid edilməklə onun müqavilə tərəfi kimi tanınması tələb edilən torpaq sahəsi Sabunçu rayon inzibati ərazisində vahidində yerləşir. AR MPM-in 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki iddia ərizəsinə daşınmaz əmlakın olduğu ərazi aidiyyəti üzrə Sabunçu rayon məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, Əliyev X1 Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə saat 11:41-də Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa - dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabunçu rayonu Zabrat Bələdiyyəsinə və Cavabdeh2 qarşı “miras paya hüququn müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneə yaradılmasının cavabdehə qadağan olunması, bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr ona aid edilməklə onun müqavilə tərəfi kimi tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdeh Sabunçu rayonu Zabrat Bələdiyyəsinə və Cavabdeh2 qarşı «miras paya hüququn müəyyən edilməsi, torpaq sahəsindən istifadə və sahibliyə maneə yaradılmasının cavabdehə qadağan olunması, bağlanmış icarə müqaviləsi üzrə hüquqlar və vəzifələr ona aid edilməklə onun müqavilə tərəfi kimi tanınması» tələbinə dair iddia ərizəsi 2(012)-6697/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar