Məhkəmə qərarları › İş №e-2(012)-6781/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-6781/2025

02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6781/2025 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd Vinil Mat, Paket XXXL xidməti, İMEİ kod **********35491 İphone 16 Pro üçün 2339.76 manat ödənilməmiş hissə, 233.98 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Multistayler Dyson üçün 1366.32 manat ödənilməmiş hissə, 136.63 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod 56175/64TC00291 X1 Pro üçün 535.5 manat ödənilməmiş hissə, 53.55 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********95114 Honor X9C, Paket L xidməti, Vinil Mat üçün 621.86 manat ödənilməmiş hissə, 62.19 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Multistayler Dyson üçün 1366.72 manat ödənilməmiş hissə, 136.67 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Multistayler Dyson üçün 1523.4 manat ödənilməmiş hissə, 152.34 manat dəbbə pulu olmaqla, ümumilikdə 8528.92 manat borc və 105.29 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025- ci il, xx.xx.2025-ci il tarixlərdəki müqavilələrə əsasən, 2 ədəd Vinil Mat, Paket XXXL xidməti, İMEİ kod **********35491 İphone 16 Pro, Multistayler Dyson, İMEİ kod 56175/64TC00291 X1 Pro, İMEİ kod **********95114 Honor X9C, Paket L xidməti, Vinil Mat, Multistayler Dyson, Multistayler Dyson almış və nəticədə 8528.92 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 3509.64 manat olan 2 ədəd Vinil Mat , Paket XXXL xidməti, İMEİ kod **********35491 İphone 16 Pro üçün 2573.74 manat olmaqla ondan, 2339.76 manat ödənilməmiş hissə, 233.98 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1758.06 manat olan Multistayler Dyson üçün 1502.95 manat olmaqla ondan 1366.32 manat ödənilməmiş hissə, 136.63 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 714 manat olan İMEİ kod 56175/64TC00291 X1 Pro üçün 589.05 manat olmaqla ondan 535.5 manat ödənilməmiş hissə, 53.55 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 949 manat olan İMEİ kod **********95114 Honor X9C, Paket L xidməti, Vinil Mat üçün 684.05 manat olmaqla ondan 621.86 manat ödənilməmiş hissə, 62.19 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1758.06 manat olan Multistayler Dyson üçün 1503.39 manat olmaqla ondan 1366.72 manat ödənilməmiş hissə, 136.67 manat dəbbə pulu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1828.08 manat olan Multistayler Dyson üçün 1675.74 manat olmaqla ondan 1523.4 manat ödənilməmiş hissə, 152.34 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2763.28 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi oian əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin nümayəndəsi xx.xx.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, 3-4 ildir ki, o, “Kontakt Home”un (İddiaçı MMC-nin) müştərisi olmuş, hər zaman yaxşı ödəyici olmuşdur. Son 4-5 aydır ki, zədə aldığına görə işləyə bilməmiş, xəstəliyi ilə əlaqədar ödənişləri gecikmişdir. Cərimələrin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 782740 saylı müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün satıcı tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)i satıcıya sifariş verir, satııc həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 3509.64 manat olan əşyaya görə 18 ay müddətinə hər ay 194.98 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. -Satıcı İddiaçı MMC ilə müştəri Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 782740 saylı müqavilədən görünür ki, müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün satıcı tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)i satıcıya sifariş verir, satııc həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə təqdim edir. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 1758.06 manat olan əşyaya görə 18 ay müddətinə hər ay 97.67 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 1828.08 manat olan əşyaya görə 18 ay müddətinə hər ay 101.56 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 1758.06 manat olan əşyanın dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 714 manat olan əşyanın dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli təsdiq mesajı ilə xx.xx.2025-ci il tarixli, 782740 nömrəli müqavilənin bu əlavəsinə əsasən ********* faktura ilə müvafiq məhsullar adına hissəvi ödənişlə sənədləşdirmiş, sonuncu ümumi qiyməti 949 manat olan əşyanın dəyərini ödəmək öhdəliyini üzərinə götürmüşdür. -xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci, xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 782740 saylı və xx.xx.2025-ci il tarixli, 782740 saylı müqavilələr üzrə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. -xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2339.76 manat əsas, 233.98 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1366.72 manat əsas, 136.67 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1523.4 manat əsas, 152.34 manat cərimə, xx.xx.2025ci il tarixli müqavilələr üzrə 1366.32 manat əsas, 136.63 manat cərimə, 535.5 manat əsas, 53.55 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 621.86 manat əsas, 62.19 manat cərimə olmaqla, ümumilikdə 8528.92 manat borcu yaranmışdır. -xx.xx.2025-ci il tarixli xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh 3 iş günü ərzində müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 105.29 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İşin araşdırılan hallarından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş və nəticədə onun iddiaçının qarşısında xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2339.76 manat əsas, 233.98 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1366.72 manat əsas, 136.67 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1523.4 manat əsas, 152.34 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 1366.32 manat əsas, 136.63 manat cərimə, 535.5 manat əsas, 53.55 manat cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 621.86 manat əsas, 62.19 manat cərimə olmaqla, ümumilikdə 8528.92 manat borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, cavabdehin də etirafı nəzərə alınaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən əsas və gecikdirilmiş günlər üçün hesablanmış cərimə borcunun qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə borcu pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 233.98 manat miqdarında cərimə 2339.76 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 136.67 manat miqdarında cərimə 1366.72 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 152.34 manat miqdarında cərimə 1523.4 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə, xx.xx.2025-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən 136.63 manat miqdarında cərimə 1366.32 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə və 53.55 manat miqdarında cərimə 535.5 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə, xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 62.19 manat miqdarında cərimə 621.86 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğlər azaldılaraq müvafiq olaraq 25 manat, 14 manat, 16 manat, 14 manat, 6 manat və 7 manat saxlanılmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 105.29 manat dövlət rüsumunun 98.35 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6.94 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2339.76 manat əsas, 25 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1366.72 manat əsas, 14 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1523.4 manat əsas, 16 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 1901.82 manat (1366.32 manat + 535.5 manat) əsas, 20 manat (14 manat + 6 manat) cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 621.86 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 7835.56 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 98.35 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2339.76 manat əsas, 25 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1366.72 manat əsas, 14 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1523.4 manat əsas, 16 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilələr üzrə 1901.82 manat (1366.32 manat + 535.5 manat) əsas, 20 manat (14 manat + 6 manat) cərimə və xx.xx.2025-ci il tarixli müqavilə üzrə 621.86 manat əsas, 7 manat cərimə olmaqla, cəmi 7835.56 manat borc pul vəsaiti və 98.35 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş 6.94 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar