Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-684/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh oğluna qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh oğluna qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 8-ci km-liyində, 39 T 0404706; ******* saylı koordinatlar üzrə, kəmərdən 40 metr aralı məsafədə, 1-ci sırada kəmərə paralel olmaqla, neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Digah qəsəbəsində Cavabdeh tərəfindən inşa edilmiş hasar tikililərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərinin 8-ci km-liyində, 39 T 0404706; ******* saylı koordinatlar üzrə, kəmərdən 40 metr aralı məsafədə, 1-ci sırada kəmərə paralel olmaqla, neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Digah qəsəbəsində Cavabdeh tərəfindən 25 metr uzunluğunda və 2.4 metr hündürlüyündə, həmçinin kəmərə perpendikulyar olmaqla 40 metr uzunluğunda və 2.4 metr hündürlüyündə hasar üçün nəzərdə tutulmuş tikinti işlərinin aparılması faktı aşkar olunmuşdur. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia ərizəsinə əlavə etdiklərini,işi Məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmiş, iddianı müdafiə edib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq,cavabdeh Məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə gəlməməsinin üzrlü səbəbləri haqqında hər hansı bir məlumat verməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan: 31.10.2021-ci il tarixli aktda müəyyən edilir ki, SOCAR Təhlükəsizlik İdarəsinin 35 saylı komandasının mühafizə etdiyi Böyükşor-Sumqayıt Dş-700 mm-lik neft kəmərinin 8ci km-də,1-ci sırada, kəmərdən 45 metr aralı məsafədə,eni 5 metr uzunluğunda,7 mişar daşı hündürlüyündə hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu özünü Rəşad adlı şəxs kimi təqdim edən şəxsə izah edilərək sökülməsi tələb ediləsə də o,sökməkdən imtina etmiş və görülən işi davam etdirəcəyini bildirmişdir. İşin qanunazidd olduğu vətəndaşa izah edilmiş və sökülməsi barədə tikinti işlərini aparan şəxsə şifahi şəkildə xəbərdarlıq təqdim edilmişdir. Faktla bağlı DİN-nin 102 xidmətinə məlumat verilmiş və həmin əraziyə heç bir polis əməkdaşı gəlməmişdir. 02.11.2021-ci il tarixli aktdan müəyyən edilir ki, 01.11.2021-ci il tarixdə,8 saylı qarovulun 2-ci iş növbəsində saat 05:55-də Böyükşor-Sumqayıt Dş-700 mm-lik neft kəmərinin 8-ci km-də,1-ci sırada, kəmərdən 45 metr aralı məsafədə, eni 5 metr uzunluğunda, 7 mişar daşı hündürlüyündə hörgü işlərinin aparılmasının aşkar olunduğu ünvana təkrar baxış keçirilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu nəzərə alınaraq aşkarlanan tikili sökülərək yararsız vəziyyətə salınmışdır. 02.11.2021-ci il tarixli aktdan müəyyən olur ki, 02.11.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 13:45-də SOCAR Təhlükəsizlik İdarəsinin 8 saylı qarovulunun 2-ci iş növbəsində saat 05:55-də Böyükşor-Sumqayıt Dş-700 mm-lik neft kəmərinin 8-ci km-də,1-ci sırada,kəmərdən 45 metr aralı məsafədə,eni 5 metr uzunluğunda,7 mişar daşı hündürlüyündə hörgü işlərinin aşkar edildiyi ünvana təkrar baxış keçirilmiş və mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu nəzərə alınaraq aşkarlanan tikili sökülərək yararsız vəziyyətə salınmışdır. Mülki işin materiallarında olan 02.11.2021-ci il tarxili aktda müəyyən edilir ki, 02.11.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 13:45-də ünvana təkrar baxış keçirilən zaman sökülmüş olan hasar tikilisinin yenidən 4 metr uzunluğunda və 6 mişar daşı hündürlüyündə bərpa edilməsi aşkar edilmişdir.Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu təkrar olaraq sahibi ilə əlaqə saxlamaq mümkün olmadığından orada işləyən fəhlələrə izah edilmiş və işçilər ərazidən uzaqlaşdırılmışdır. 06.11.2021-ci il tarixli aktda müəyyən edilir ki, neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə, 05.11.2021-ci il tarixdə 8 saylı qarovulun 2-ci iş növbəsində saat 05:30-da həmin əraziyə baxış keçirilən zaman,5 metr uzunluğu və 6 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparıldığı aşkar edilmişdir.Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu nəzərə alınaraq aşkarlanan tikili təkrar olaraq sökülərək yararsız vəziyyətə salındı. 09.11.2021-ci il tarixli aktda müəyyən olunur ki, 09.11.2021-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində saat 14:35-də sözügedən əraziyə təkrar baxış keçirilən zaman boş ərazidə 25 metr uzunluğunda və 5 mişar daşı hündürlüyündə yeni hasar tikintisi aşkar edilmişdir. Ərazidə xidmətr aparan PPX-nin əməkdaşları sözügedən yerə dəvət olunmuş və onlarla birlikdə Rəşad adlı şəxsə mühafizə zonası daxilində tikinti işlərinin aparılması qanunazidd olduğu izah edilmiş, lakin Rəşad adlı şəxs tikintinin dayandırılması barədə onlara söz versə də, yazılı xəbərdarlığı götürməkdən imtina etmişdir. 10.11.2021-ci il tarixli aktda müəyyən edilmişdir ki, 10.11.2021-ci il tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 10:50-də sözügedən ünvana təkrar baxış keçirilən sözügedən tikilinin üzərində 7 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılması aşkar edilmişdir.Faktla bağlı DİN-nin 102 xidmətinə məlumat verilmiş və polis əməkdaşlarının iştirakı ilə görülən iş dayandırılmış və özünü tikintinin sahibi kimi təqdim edən vətəndaş Cavabdeh görülən işlərə həmçinin əlavə işlərin aparılmamasına dair yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. Cavabdeh edilmiş Xəbərdarlıqdan müəyyən olunur ki, Böyükşor-Sumqayıt Dş 700 mm-lik neft kəmərinin 8 km-liyi magistral neft kəmərinin mühafizə zonasıdır. Azərbaycan Respublikası Prezidentinin 15.04.2002-ci il tarixli 685 saylı Fərmanı və 167 saylı Qərarı ilə neft kəmərlərinin mühafizə zonasında tikinti işlərinin aparılması, satış məqsədilə tikinti materiallarının yığılması qadağandır. Eyni zamanda cavabdehə neft kəmərlərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılmasına görə AR CM-nin 222-2 maddəsində cinayət məsuliyyəti olduğu bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşməsi ilə bağlı hər hansı plan-sxem və s. bu kimi sübutları nə məhkəmənin hazırlıq iclasında, nə də məhkəmə baxışında belə məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-684/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-684/2022
22.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver